Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Avropadakı market təcrübəsi Azərbaycanda tətbiq oluna bilər? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

By Vüsal Rafiqoğlu
03.06.2026 3 Min Read

Son illərdə dünyanın bir çox ölkəsində, xüsusilə də Avropa ölkələrində supermarketlərdə məhsulların tərkibinə xüsusi diqqət ayrılır. Bir sıra market şəbəkələrində təbii, orqanik və konservantsız məhsullar ayrıca vitrin və rəflərdə təqdim olunur, süni qatqılı və emal olunmuş məhsullar isə fərqli bölmələrdə yerləşdirilir. Bu yanaşmanın əsas məqsədi alıcıların seçim imkanlarını asanlaşdırmaq, sağlam qidalanmaya marağı artırmaq və istehlakçıları məhsulun tərkibi barədə daha məlumatlı etməkdir. Son dövrlərdə Azərbaycanda da qida məhsullarının tərkibi, istifadə olunan qatqılar və sağlam qidalanma mövzusu daha çox müzakirə olunur.

Bir çox alıcı marketlərdə məhsulların daha aydın şəkildə kateqoriyalara bölünməsinin vacib olduğunu düşünür. Bəs Avropada tətbiq olunan bu təcrübənin ölkəmizdə də istifadəsi mümkündürmü? Marketlərdə məhsulların “təbii” və “qeyri-təbii” bölmələr üzrə ayrılması istehlakçılar üçün nə dərəcədə faydalı ola bilər?
Avropadakı market təcrübəsi Azərbaycanda tətbiq oluna bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk olaraq qeyd edim ki, palma yağı qiymət baxımından və qidanın rəf ömrünü uzatdığı üçün qida sənayesində geniş istifadə olunur. Xeyli sayda günlük həyatımızda qəbul etdiyimiz qidaların tərkibində var. Onun sözlərinə görə, bu gün ən çox müzakirə olunan mövzulardan biri də şokolad yağlarında, uşaqların və böyüklərin sevimli səhər yeməyi bəzəyi olan krem-pastalarda palma yağının geniş istifadəsi gəlir: “Qida sənayesində, xüsusilə də şokolad kremlərində palma yağının əvəzolunmaz hesab edilməsinin səbəbi sərfəli olması və fiziki xassələri ilə bağlıdır. Təbii kakao yağı çox bahalı bir xammaldır. Sənaye nəhəngləri üçün kakao yağını əvəz edəcək, otaq temperaturunda əriməyən, donmayan, çörəyin üzərinə rahatlıqla yaxılan, ən əsası məhsulun rəf ömrünü aylarla uzadan alternativ palma yağıdır. Palma yağı təbiəti etibarilə yarı bərk quruluşa malikdir. Trans yağların yaranmasına səbəb olan süni hidrogenləşdirmə prosesinə ehtiyac duymur. Amma bu texnoloji rahatlıq insan biologiyası ilə qarşı-qarşıya gəldikdə ciddi fəsadlar doğurur.

Palma yağının ən böyük problemi onun tərkibindəki doymuş yağ turşularının, xüsusən də palmitik turşunun həddindən artıq yüksək olmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən aparılan çoxsaylı araşdırmalar sübut edir ki, mütəmadi olaraq yüksək doymuş yağ istehlak etmək insan orqanizmində pis xolesterol kimi tanınan maddənin artmasına səbəb olur. Bu isə birbaşa olaraq damar sərtliyinə və nəticədə infarkt, insult kimi ölümcül ürək-damar xəstəliklərinə zəmin hazırlayır.

Məsələnin digər tərəfi yağın emalı prosesində ortaya çıxan kimyəvi çirkləndiricilərdir. Avropa Qida Təhlükəsizliyi Qurumunun rəsmi hesabatlarında vurğulanır ki, palma yağı qida sənayesində istifadə olunmazdan əvvəl qoxunun və rəngin kənarlaşdırılması üçün iki yüz dərəcədən yüksək temperaturda rafinə edilir. Bu yüksək termik emal zamanı yağın tərkibində qlisidil yağ turşusu efirləri və qısa adı ilə 3MSPD olaraq bilinən toksiki maddələr formalaşır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi bu maddələri genotoksik kanserogenlər sırasına daxil edib. Bu maddələr birbaşa insan DNT-sini zədələmək və hüceyrələrdə xərçəng prosesini başlatmaq potensialına malikdir. Xüsusilə hələ inkişaf mərhələsində olan, bədən çəkisi az olan uşaqların bu şokolad yağlarını çox istehlak etməsi gələcək nəsillərin sağlamlığını ciddi şəkildə təhlükəyə atır. Lakin bütün bunlarla yanaşı
ölkəmizdə qida təhlükəsizliyi sahəsində son illərdə atılan müsbət addımları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə trans yağların qidalardakı payının iki faizlə məhdudlaşdırılması barədə qəbul edilən normativ sənədlər çox mühüm bir addımdır. Növbəti addım birbaşa palma yağı və onun toksiki komponentlərinin tənzimlənməsi olmalıdır. Çünki trans yağ qadağasından qaçmaq istəyən bir çox yerli və xarici istehsalçılar alternativ olaraq məhsullara daha çox palma yağı əlavə etməyə başlayıblar.

İlk növbədə milli qanunvericiliyimiz və texniki reqlamentlərimiz tamamilə Avropa İttifaqının qida standartları ilə sinxronlaşdırılmalıdır. Avropa İttifaqı hazırda qidalarda palma yağından tamamilə imtina etməsə də onun tərkibindəki kanserogen qlisidil efirlərinin və toksiki emal məhsullarının maksimum miqdarına çox sərt limitlər tətbiq edir. Azərbaycanın müvafiq laboratoriya infrastrukturu gücləndirilməli və ölkəyə daxil olan, eləcə də yerli istehsalda istifadə olunan palma yağlarında bu toksik maddələrin analizi məcburi hala gətirilməlidir. Standartlara cavab verməyən, yüksək dərəcədə rafinə edilmiş ucuz və keyfiyyətsiz sənaye yağlarının ölkəyə girişi tamamilə qadağan edilməlidir.
İkinci mühüm addım etiketləmə qaydalarının sərtləşdirilməsidir. İstehlakçının hüququ var ki, aldığı məhsulun içində nə olduğunu dəqiq bilsin. Hazırda bir çox şokolad yağlarının üzərində sadəcə bitki yağları ifadəsi yazılır ki, bu da real tərkibi gizlətmək üsuludur. Qanunvericilik tələb etməlidir ki, əgər məhsulda palma yağı, ya onun fraksiyaları istifadə olunubsa, etiketin üzərində açıq şəkildə, oxunaqlı şriftlə qeyd edilsin. Hətta uşaq qidalarında və uşaqların kütləvi istehlak etdiyi şokolad kremlərində palma yağının istifadəsinə xüsusi kvotalar, Heç bir kommersiya marağı bizim gələcəyimiz olan uşaqların həyatından üstün ola bilməz. İstehlakçılar olaraq biz marketlərdə daha diqqətli olmalı, etiketləri oxumalıyıq”.

Müəllif: İlkin Məmmədkərimov

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hacı Tahirin gözləri tutuldu

Next

Zaxarovadan İrəvana ağır təhqir və lağ: “Ermənistan “A” məntəqəsindən…”

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv