Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Boşanmalar ən çox BU YAŞDA olur – NƏ etməli?

By Vüsal Rafiqoğlu
08.06.2026 3 Min Read

2025-ci ildə Azərbaycanda 20 və daha çox il evli olan cütlüklər arasında 2681 boşanma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qurumun məlumatına görə, son üç ildə ən çox boşanma 10 ildən 19 ilə qədər davam edən nikahlarda qeydə alınıb. 2025-ci ildə ölkədə 20.675 boşanma qeydə alınıb. Bunlardan 7.354-ü 10 ildən 19 ilə qədər, 5.795-i 5 ilə qədər, 4.845-i 5 ildən 9 ilə qədər və 2.681-i 20 ildən çox davam edən nikahlarda qeydə alınıb. 2024-cü ildə boşanmaların ümumi sayı 21.384 olub. Bunlardan 7768-i 10-19 illik evlilikdən, 5715-i 5 ilə qədər, 5347-si 5-9 ildən və 2554-ü 20 və daha çox illik evlilikdən sonra baş verib. 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb ki, bunlardan 7735-i 10-19 il, 5814-ü 5 ilə qədər, 5805-i 5-9 ildən və 2334-ü 20 illik evlilikdən sonra olub.

Boşanma halları niyə ən çox 10-19 illik evliliklərdə baş verir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a deyib ki, boşanmaların meyarı psixoloji uyğunsuzluqdur: “Latent bioloji və fizioloji faktorlar var ki, aşkarlana bilmir. Azərbaycanda evlilik çox zaman ailə institutuna xidmət etmir. Ailələrdə qadın və ya kişi xəyanətləri artıb. Sevgi və hörmət bitdiyi halda yoldaşlarına xəyanət edib evliliyi davam etdirmək istəyirlər. Evlilikdə xəyanət səhv deyil, xarakterdir. Uzun müddət davam edən evliliklərin dağılması göstərir ki, münasibətlərin davamlılığı yalnız nikahın müddəti ilə ölçülmür. İnsanlar illərlə eyni dam altında yaşasalar da, aralarında emosional bağlılıq, qarşılıqlı hörmət və etimad zəiflədikdə ailə formal bir birlik halına çevrilir. Bir çox hallarda tərəflər ailəni qorumaq naminə problemləri görməzlikdən gəlir, lakin zaman keçdikcə həll olunmayan narazılıqlar daha dərin böhran yaradır”.

Cemiyyetde qorxu var, psixoloq “deli doktoru” deyil” - Psixoterapevt Rövşən  Nəcəfov

Psixoloq əlavə edib ki, münasibətlərdə sevgi və hörmət tükəndiyi zaman xəyanət üçün zəmin formalaşır: “Xəyanət isə adətən ani qərardan çox, insanın xarakteri, dəyərləri və məsuliyyət hissi ilə bağlı məsələdir. Sadiqliyi həyat prinsipi kimi qəbul etməyən şəxslər üçün evliliyin hüquqi və ya sosial çərçivəsi münasibəti qorumağa kifayət etmir. Bu səbəbdən də bəzi insanlar həm ailəni saxlamaq, həm də paralel münasibətlər yaşamaq istəyirlər ki, bu da etimadın tamamilə məhv olmasına gətirib çıxarır. Ailə münasibətlərinin sağlam qalması üçün tərəflərin bir-birinə qarşı dürüst olması, hiss və gözləntilərini açıq ifadə etməsi vacibdir. Əks halda, illərlə yığılan incikliklər, gizli narazılıqlar və etimadsızlıq münasibətləri içəridən zəiflədir. Nəticədə uzun müddət davam edən evliliklər belə möhkəm görünməsinə baxmayaraq dağılır və boşanma tərəflər üçün çıxış yolu kimi görünür”.

Dünya üzrə ailə tədqiqatçıları və psixoloqların araşdırmaları da göstərir ki, boşanma riski evliliyin ilk illərindən sonra azalmaq əvəzinə müəyyən mərhələlərdə yenidən yüksələ bilir. Xüsusilə 10-20 illik evliliklər bir çox ölkələrdə “kritik dövr” hesab olunur. Amerikalı ailə terapevti Con Qotman uzunmüddətli araşdırmalarında bildirir ki, boşanmaların əsas səbəbi bir hadisə deyil, illərlə yığılan narazılıq və ünsiyyət problemləridir. Onun fikrincə, cütlüklər problemləri vaxtında həll etmədikdə münasibətlərdə emosional uzaqlaşma yaranır və bu proses illər sonra boşanma ilə nəticələnə bilər. Son illərdə Qərb ölkələrində “grey divorce” (“boz boşanma”) termini geniş yayılıb. Bu anlayış 50 yaşdan yuxarı şəxslərin boşanmasını ifadə edir. Amerikalı sosioloqlar Susan Braun və I-Fen Lin qeyd edirlər ki, son onilliklərdə uzunmüddətli evliliklərin dağılması halları artıb. Bunun səbəbləri arasında insanların daha uzun ömür sürməsi, fərdi xoşbəxtliyə daha çox önəm verməsi və iqtisadi müstəqilliyin artması göstərilir. Ailə psixoloqları “empty nest syndrome” (boş yuva sindromu) adlandırılan vəziyyətə diqqət çəkirlər. Uşaqlar universitetə gedəndə və ya ailədən ayrıldıqda bəzi cütlüklər anlayırlar ki, onları birləşdirən əsas faktor məhz uşaqlar olub. Bu mərhələdə münasibətlər yenidən qiymətləndirilir.

Kanadalı psixoloq Eli Finkel isə hesab edir ki, müasir dövrdə insanlar evlilikdən əvvəlki nəsillərlə müqayisədə daha çox şey gözləyirlər. Əvvəllər evlilik daha çox iqtisadi və sosial institut kimi qəbul edilirdisə, indi insanlar həm də emosional dəstək, şəxsi inkişaf və özünüreallaşdırma gözləyirlər. Bu gözləntilər qarşılanmadıqda münasibətlərdə məyusluq artır. Azərbaycan statistikasında da boşanmaların ən çox 10-19 illik nikahlarda qeydə alınması beynəlxalq tendensiyalara uyğundur. Mütəxəssislərin fikrincə, bu dövrdə: uşaqlar artıq böyüməyə başlayır;tərəflər orta yaş mərhələsinə daxil olur; maddi və məişət yükünün təsirləri yığılır; münasibətlərdəki həll olunmamış problemlər daha qabarıq görünür. Dünya təcrübəsi göstərir ki, evliliyin 10-20-ci illəri münasibətlər üçün ən həssas dövrlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bu mərhələdə cütlüklər ilk dəfə olaraq gündəlik qayğılardan kənarda münasibətlərinin real vəziyyəti ilə üzləşirlər. Məhz buna görə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da boşanmaların əhəmiyyətli hissəsi bu dövrə təsadüf edir.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Next

Meteor yağışı olacaq

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv