Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qış bitdi, dəm qazı “qətliamı” bitmədi

By Vüsal Rafiqoğlu
10.06.2026 4 Min Read

Kommunal xidmətlər üzrə ekspert: “Bunun əsas səbəblərindən biri…”

Bakıda bir ailənin 3 üzvü mənzildə dəm qazından zəhərlənib. Hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. 1974-cü il təvəllüdlü Əbülfəz Əbiyev və oğlanları – 2005-ci il təvəllüdlü Nurlan Əbiyev və 2013-cü il təvəllüdlü Kamran Əbiyev dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Ə.Əbiyev və oğlu Kamran ölüb, Nurlan Əbiyev isə xəstəxanaya çatdırılıb.

Cari ildə ölkə üzrə Bakı, Qusar, Qobustan və Naxçıvan bölgələrində qeydə alınan faciələrdə onlarla vətəndaşımız dəm qazından dünyasını dəyişib. Bu qurbanlar arasında müxtəlif yaş qrupları, o cümlədən azyaşlı uşaqlar və ailə üzvləri var. Bu mövzuda onlarla maarifləndirici məqalələr dərc olunub, mütəxəssislər çağırışlar edib, amma nəticəsi yoxdur. Görünür ki, daha ciddi şəkildə bir müdaxiləyə ehtiyac var.

Müqayisə üçün rəsmi qurumların açıqlamalarına əsasən, ötən illərdə ölkədə ümumilikdə 400-500 civarında zəhərlənmə hadisəsi baş verib ki, bunun da nəticəsində hər il orta hesabla 40-66 nəfər həyatını itirir. Qızdırıcı cihazların, xüsusilə hamam otaqlarındakı “titon” və ya qaz sütunlarının olduğu yerlərdə təmiz hava axını və aspirasiya (havaçıxaran) borusu mütləq işlək vəziyyətdə olmalıdır.

Bəs daha nə olmalıdır ki, bu faciələrə son qoyulsun? Burada yalnız vətəndaş günahkardır, yoxsa aidiyyəti qurumların da üzərinə məsuliyyət düşür?

Mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov “Yeni Müsavat”a danışıb. Ekspert  deyib ki, sovet dövründə Azərbaycan əhalisinin təxminən 90 faizi qazdan istifadə edirdi: “Maraqlıdır ki, həmin dövrdə indiki qədər dəm qazından zəhərlənmə halları qeydə alınmırdı. Bu gün isə artıq yay aylarında belə dəm qazından zəhərlənmələr baş verir. Bunun əsas səbəblərindən biri aidiyyəti qurumların lazımi səviyyədə nəzarət həyata keçirməməsi və maarifləndirmə işlərinin kifayət qədər aparılmamasıdır”.

Onun sözlərinə görə, ildə ən azı iki dəfə – mövsüm başlamazdan əvvəl və mövsüm başa çatdıqdan sonra tüstü bacaları yoxlanılmalı, təmizlənməli və texniki vəziyyəti qiymətləndirilməlidir: “Təəssüf ki, bir çox hallarda bu işlər lazımi qaydada həyata keçirilmir. Qaz cihazlarından hər hansı sızma baş verdikdə, bu ilkin mərhələdə adətən hiss olunmur. Məhz buna görə də dünyada qəbul olunmuş standartlara uyğun olaraq təbii qaza xüsusi iyverici maddə – odorant əlavə edilir. Qış aylarında hər kubmetr qaza təxminən 16 qram, yay aylarında isə 8 qram odorant qatılmalıdır. Bu maddə çürük yumurta qoxusuna bənzər kəskin iy yayır. Məqsəd odur ki, qaz sızması baş verərsə, insanlar bunu qoxudan dərhal hiss etsin və vaxtında tədbir görə bilsinlər.

Bütün bunları görmək əvəzinə bəzi şəxslər çıxıb deyirlər ki, qazdan imtina, elektrik enerjisindən istifadə etmək lazımdır, çünki elektrik daha təhlükəsizdir. Halbuki elektrik enerjisinin yaratdığı komfort qazın verdiyi rahatlıq səviyyəsində ola bilməz. Bütün yanacaq növləri arasında həm iqtisadi, həm də təhlükəsizlik baxımından ən sərfəli yanacaq məhz metan qazıdır. Digər yanacaq növləri – ağac, kömür və müxtəlif yanacaq vasitələri daha çox risk daşıyır”.

Mütəxəssis qeyd edib ki, bu məsələdə vətəndaşların özlərinin də məsuliyyəti böyükdür: “Bəzən qaz təsərrüfatının əməkdaşları yoxlama aparmaq üçün mənzillərə gəldikdə sakinlər onları evə buraxmır, yoxlamaya icazə vermirlər. Halbuki ağıllı və məsuliyyətli vətəndaş özü ayda ən azı bir dəfə qaz idarəsinin əməkdaşını evinə dəvət edib qaz sisteminin vəziyyətini yoxlatdırmalıdır. Məlumdur ki, Xəzər dənizi hövzəsində hər gün müxtəlif gücdə xırda yeraltı təkanlar və seysmik hərəkətlər baş verir. Bu titrəyişlər nəticəsində qaz borularında mikroskopik çatlar yarana, birləşmə nöqtələrində boşalmalar əmələ gələ və qaz sızması baş verə bilər. Belə halları nəzarətsiz buraxmaq olmaz.

Bundan əlavə, fizika qanunları da öz sözünü deyir. Qış aylarında metal sıxılır, yığılır, yay aylarında isə istiliyin təsirindən genişlənir. Bu səbəbdən qaz borularında müəyyən yerdəyişmələr baş verə bilər. Nəticədə birləşmə nöqtələrində boşluqlar yaranaraq qaz sızmasına səbəb ola bilər. Məhz buna görə qaz təsərrüfatına mütəmadi nəzarət vacibdir. Təəssüf ki, bəzi hallarda vətəndaşların özləri də qazdan istifadə qaydalarına əməl etmirlər. Halbuki ən kiçik səhlənkarlıq belə faciə ilə nəticələnə bilər. Əgər tüstü bacası aylarla, hətta illərlə yoxlanılmırsa, təmizlənmirsə, hər an təhlükəli vəziyyət yarana bilər”.

Yüzlərlə insanı evində boğan “qatil” yenə peyda oldu – Onu necə dayandıraq?  - Turkustan.az

Nüsrət Qasımov

Nüsrət Qasımov həmçinin bildirib ki, digər ciddi problemlərdən biri də tüstü bacalarının düzgün quraşdırılmamasıdır: “Halbuki tüstü bacası qazla işləyən cihazlardan çıxan tüstünü və karbon monoksidi tam şəkildə yaşayış sahəsindən uzaqlaşdırmalıdır. Bunun üçün bacanın çıxışı dam səviyyəsindən ən azı yarım metr hündür olmalı, üst hissəsində isə xalq arasında “papaq” adlandırılan xüsusi qoruyucu qurğu quraşdırılmalıdır.

Təəssüf ki, bəzi evlərdə tüstü boruları birbaşa pəncərədən çölə çıxarılır, bəzilərində isə divar deşilərək boru sadəcə küçəyə uzadılır. Bu isə tamamilə yanlış və təhlükəli yanaşmadır. Belə hallarda tüstünün xaricə çıxma sürəti olduqca aşağı olur, saniyədə cəmi millimetrlərlə ölçülür. Halbuki Bakıda və Abşeron yarımadasında küləyin sürəti tez-tez saniyədə 40 metrə və daha artıq göstəricilərə çatır.

Nəticədə çöldən gələn güclü külək tüstünü geri istiqamətləndirərək yenidən evin daxilinə ötürür. Belə olduqda karbon monoksid yaşayış sahəsinə dolmağa başlayır. Karbon monoksid isə son dərəcə təhlükəli qazdır. Onun nə rəngi var, nə qoxusu var, nə də görünüşü. İnsan onu hiss edə bilmir.

Ən faciəli məqam da budur ki, insanlar qaz cihazını işlək vəziyyətdə qoyaraq yatdıqları zaman karbon monoksid otağa dolarsa, onlar baş verən təhlükədən xəbərsiz qalırlar. Nəticədə cəmi bir neçə dəqiqə ərzində ağır zəhərlənmə baş verir və bu, çox vaxt insan həyatının itirilməsi ilə nəticələnir. Buna görə də qazdan istifadə zamanı həm aidiyyəti qurumlar, həm də vətəndaşlar maksimum məsuliyyət nümayiş etdirməli, təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməlidirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TƏCİLİ! Müdafiə Nazirliyi məlumat yaydı – Xəzərdə…

Next

Meyvə bağları olanların diqqətinə! Subsidiya siyasəti dəyişir

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv