Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rəqəmsal mühitdə nəzarət ictimai məsuliyyət tələb edir

By Vüsal Rafiqoğlu
10.06.2026 4 Min Read

Məqsəd uşaqların daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyət göstərməsinə şərait yaratmaqdır

Müasir dövrdə sosial şəbəkələr uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Təhsil almaq, məlumat əldə etmək, dostlarla ünsiyyət qurmaq və maraq dairələrini genişləndirmək baxımından bu platformalar mühüm imkanlar yaradır. Lakin məsələ ondadır ki, sosial şəbəkələrin təqdim etdiyi imkanlarla yanaşı, onların yaratdığı təhlükələr də eyni sürətlə artır. Xüsusilə yaş xüsusiyyətləri nəzərə alınanda uşaqlar manipulyasiya xarakterli məlumatlara, zərərli ideoloji təsirlərə, kibertəcavüzə, onlayn dələduzluğa və müxtəlif psixoloji risklərə qarşı daha həssas qrup hesab olunurlar.

Məhz buna görə dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal məkanda müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericilik təşəbbüsləri irəli sürülür. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. İyunun 8-də Milli Məclisdə müzakirə olunan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər məhz uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsinə xidmət edir. Təklif olunan yeniliklər sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, uşaqların şəxsi məlumatlarının qorunması, onların zərərli məzmunlardan uzaq saxlanılması və rəqəmsal platformaların məsuliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, uşaqların internetdə keçirdikləri vaxtın artması onların emosional vəziyyətinə, sosial münasibətlərinə və psixoloji inkişafına birbaşa təsir göstərir. Virtual aləmdə yaradılan ideal həyat görüntüləri, sosial şəbəkələrdə populyarlıq uğrunda aparılan rəqabət, bəyənmə və izləyici sayı üzərində qurulan dəyərləndirmə sistemi bir çox hallarda yeniyetmələrdə özünəgüvənlik problemləri yaradır. Bununla yanaşı, rəqəmsal asılılıq uşaqların dərs fəaliyyətinə, ailə münasibətlərinə və real sosial ünsiyyət bacarıqlarına da mənfi təsir göstərə bilir.

Dünyanın müxtəlif ölkələrində qəbul edilən qərarlar göstərir ki, dövlətlər internet məkanını tam sərbəst buraxılan sahə kimi deyil, müəyyən qaydalar və məsuliyyət mexanizmləri tələb edən ictimai mühit kimi qiymətləndirirlər. Bu yanaşmanın əsas məqsədi uşaqların hüquqlarını və təhlükəsizliyini qorumaqdır. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar beynəlxalq təcrübəyə uyğun olaraq rəqəmsal mühitdə yaranan yeni risklərə adekvat cavab vermək məqsədi daşıyır.

Bununla belə, qanunvericilik təkbaşına bütün problemləri həll edə bilməz. Uşaqların rəqəmsal təhlükələrdən qorunması üçün ailə, məktəb, media və dövlət qurumlarının birgə fəaliyyəti vacibdir. Valideynlərin rəqəmsal savadlılığının artırılması, məktəblərdə kibertəhlükəsizlik və media savadlılığı mövzularının daha geniş tədrisi, uşaqlarla açıq və etibarlı ünsiyyətin qurulması bu sahədə mühüm rol oynayır. Çünki texnologiyanın inkişafını dayandırmaq mümkün deyil, lakin uşaqları həmin texnologiyalardan təhlükəsiz istifadə etməyə hazırlamaq mümkündür.

Rəqəmsal təhlükələr qarşısında yeni yanaşma zərurəti

Sosioloq Naib Niftəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yaş məhdudiyyəti uzun illərdir müzakirə olunan və daim gündəmdə qalan məsələlərdən biridir: “Dünyanın bir çox ölkələrində, o cümlədən Fransa, Almaniya və postsovet məkanındakı bəzi dövlətlərdə uşaqların internet və sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunur. Azərbaycan da beynəlxalq təcrübədən yararlanaraq uşaqları mümkün risk və təhlükələrdən qorumaq məqsədilə bu istiqamətdə addımlar atır.

Milli Məclisin qəbul edəcəyi qanunvericilik dəyişiklikləri uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunması və gələcək inkişafının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, müəyyən edilən meyarlar çərçivəsində tətbiq olunacaq məhdudiyyətlər uşaqların mənafeyinə xidmət edəcək və onların daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyət göstərməsinə şərait yaradacaq”.

Nəzarət mexanizmləri olmadan nəticə əldə etmək çətindir

Ekspert qeyd etdi ki, məhdudiyyətlərin yalnız qanunvericilikdə təsbit olunması kifayət deyil. Əsas məsələ onların praktik tətbiqinin təmin edilməsidir: “Bu baxımdan 16 yaşadək şəxslərin internet platformalarında qeydiyyatı və istifadəsi ilə bağlı müəyyən nəzarət mexanizmlərinin yaradılması, ictimai və sosial nəzarətin gücləndirilməsi vacibdir. Belə tədbirlər uşaqların rəqəmsal mühitdə daha məsuliyyətli davranmasına, riskləri düzgün qiymətləndirməsinə və internetdən təhlükəsiz şəkildə istifadə etməsinə kömək edə bilər.

Eyni zamanda, bu yanaşma valideyn-övlad münasibətlərində virtual təsirlərin azalmasına, ailədaxili ünsiyyətin güclənməsinə də xidmət edir. Valideynlərin və müəllimlərin bu prosesə cəlb olunması uşaqların internet davranışlarına daha effektiv nəzarət etməyə imkan yaradır. Bu isə həm tərbiyəvi təsirin güclənməsinə, həm də uşaqların sağlam sosial mühitdə formalaşmasına müsbət təsir göstərir”.

İnternet azadlığı məsuliyyətlə tamamlanmalıdır

N. Niftəliyev onu da diqqətə çatdırdı ki, sosial şəbəkələrdən istifadə müəyyən məsuliyyət prinsiplərinə əsaslanmalıdır: “İnternet vaxt itirmək, insanları təhqir etmək və ya saxta kimliklər arxasında gizlənərək qeyri-etik davranışlar nümayiş etdirmək üçün vasitəyə çevrilməməlidir. Təəssüf ki, son illərdə internet dələduzluğu, kibercinayətlər və müxtəlif şəbəkə cinayətləri sürətlə artıb. Bu hallardan ən çox zərər çəkən qruplardan biri də uşaqlardır.

Məhz buna görə də yeni qanunvericilik təşəbbüsünün qəbul olunması vaxtında və zəruri addımdır. Hətta bu istiqamətdə müəyyən qədər gecikdiyimizi də söyləmək olar. Bununla belə, əsas məsələ vacib qərarın qəbul edilməsi və onun effektiv şəkildə tətbiq olunmasıdır. Qanun qəbul edilirsə, paralel olaraq onun icrasını təmin edən mexanizmlər, nəzarət alətləri və maarifləndirmə tədbirləri də həyata keçirilməlidir. Yalnız bu halda uşaqların rəqəmsal təhlükələrdən qorunmasında və sağlam inkişafında real nəticələr əldə etmək mümkün olacaq”.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TikTok qadağası nəyi dəyişəcək?

Next

Hava yenidən dəyişir: Bu rayonlara yağış və dolu gəlir

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv