Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu şəxslərin NƏZƏRİNƏ: Qeydiyyat BAŞLADI

By Vüsal Rafiqoğlu
11.06.2026 4 Min Read

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat elan edilib.

Bu barədə Musavat.com-a Dövlət İmtahan Mərkəzindən məlumat veirlib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 2026-cı il iyunun 11-dən 14-dək elektron qaydada aparılacaq.

Həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, həm də doktoranturada oxuyan iddiaçılar üçün xarici dillər üzrə imtahan 2026-cı il iyunun 25-də keçiriləcək. Doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı isə 16 iyunda keçiriləcək. Danışıq bloku üzrə imtahanın 17-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzi 2026-cı il iyun 11-dən 14-dək 2026/2027-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir.

Mərkəz eyni zamanda, qeyd olunan tarixlərdə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar Mərkəzin internet saytında (https://ekabinet.dim.gov.az/ ) “Şəxsi kabinet” yaratmalı (şəxsi kabineti olmayanlar) və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizəd və iddiaçılar “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər.

20 oktyabr 2026-cı ildən sonrakı tarixlər üzrə qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) silinir.

Nəzərinizə çatdırırıq ki, Mərkəzin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə məhdudiyyət qoyulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ya ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.

20 oktyabr 2026-cı ildən sonrakı tarixlər üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar sertifikatın hər iki üzünün surətini “JPG” faylda (hər faylın ölçüsü 300 kb-dan çox olmamaqla) qeydiyyat səhifəsində yükləməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra namizədlərə məlumat verilir, sonra isə namizəd öz ərizəsini təsdiq edir və xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Dövlət İmtahan Mərkəzi beynəlxalq dil imtahanlarının yalnız rəsmi imtahan mərkəzlərində keçirilmiş imtahan nəticələrini məqbul hesab edir. Bu məqsədlə, Mərkəz TOEFL iBT Home Edition, eləcə də IELTS-in onlayn versiyaları üzrə əldə olunan nəticələrin etibarlılığı və obyektivliyi riskləri səbəbindən zərurət yarandıqda namizədlərin dil biliyinin səviyyəsini dəqiqləşdirmək, əlavə izahat almaq və ya dil bacarıqlarını yoxlamaq məqsədilə imtahan, üzbəüz formatda müsahibə və ya qiymətləndirmə xarakterli görüşlər keçirilir.

Mərkəz tərəfindən doktorantura və dissertantura səviyyəsində keçirilən xarici dil imtahanının məzmunu Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə Sindikatının, həmçinin ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilmiş, onların rəy və tövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinə uyğunlaşdırılmışdır. Həm doktoranturaya qəbul imtahanında, həm də doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanında əvvəlki illərdə olduğu kimi, dinləyib-anlama bloku üzrə iki dinləmə mətni (monoloq və dialoq) və mətnlərin hər birinə aid 5 qapalı tipli test tapşırığı olmaqla, ümumilikdə 10 test tapşırığı təqdim olunacaq. Oxuyub-anlama və dil qaydaları blokunda qrammatik və leksik biliyi yoxlamaq məqsədilə bir kiçikhəcmli mətn üzrə 10 qapalı tipli test tapşırığı, bir oxu mətni üzrə 5 qapalı, digər oxu mətni üzrə isə 5 seçim tipli test tapşırığı, həmçinin yazı blokunda həm vizual məlumatın təsviri, həm də esse tipli yazı tapşırıqlarından istifadə olunacaq. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi isə əvvəlki qaydada kompüter proqramı vasitəsilə həyata keçiriləcəkdir.

Müvafiq proqramlarla keçidlərdə (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən namizədlər növbəti mərhələyə – fəlsəfə imtahanına buraxılırlar. Xarici dil üzrə imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Aeroport şosesində dəhşətli qəza – ANBAAN GÖRÜNTÜLƏR

Next

Bu rayonları leysan VURDU

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv