Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

By Vüsal Rafiqoğlu
12.06.2026 2 Min Read

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 1997-ci ildə Amsterdam və Osloda keçirilən uşaq əməyinin ən pis formalarına qarşı mübarizəyə və mövcud problemlərə dair konfransların nəticələrinə görə təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü dünya əhalisinin diqqətini müxtəlif ölkələrdə uşaq əməyi problemlərinə cəlb etmək məqsədi daşıyır. Uşaq əməyinin istismarı ilə bağlı qlobal məlumatlılığı artırmaq və bu kimi halların aradan qaldırılması üçün kollektiv fəaliyyəti gücləndirmək məqsədilə 2002-ci ildən bəri hər il iyunun 12-də Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü qeyd olunur. Əsas fəaliyyət yaşı 14-dən az olan uşaqların müxtəlif sahələrdə işləməsi, həmçinin onların yoxsulluq, təzyiq və ya istismara məruz qalması hallarının aradan qaldırılmasına yönəlib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, 2026-cı ildə “Uşaq əməyinə qırmızı vərəqə göstər: Uşaqlar üçün ədalətli oyun, böyüklər üçün layiqli əmək” süarı ilə qeyd edilən bu gündə təşkilat uşaq əməyinin qarşısını alan və uşaqların bu prosesdən uzaqlaşdırılmasını təmin edən siyasətlərin gücləndirilməsinə çağırır. Bu siyasətlərə keyfiyyətli təhsil, universal sosial müdafiə, böyüklər üçün layiqli iş və adekvat dolanışıq imkanları, daha güclü qanunvericilik və icra mexanizmləri, daha yaxşı məlumat və monitorinq sistemləri, eləcə də kənd təsərrüfatı və təchizat zəncirlərində məsuliyyətli fəaliyyət daxildir.

Məlumatda, həmçinin bildirilib ki, əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada hələ də 138 milyon uşaq əmək fəaliyyəti ilə məşğuldur, onlardan təxminən 54 milyonu təhlükəli işlərdə çalışır.

Afrika qitəsi həm işləyən uşaqların faizinə (22 faiz), həm də istismara məruz qalan azyaşlıların mütləq sayına görə (87 milyon nəfərə yaxın) regionlar arasında ən yüksək yerdədir. Asiya və Sakit Okean regionu isə 2020-ci ildən bəri ən böyük azalma göstəricisini əldə edib. Burada uşaq əməyinin səviyyəsi 6 faizdən 3 faizə enib, uşaqların sayı isə 49 milyondan 28 milyona düşüb. Latın Amerikası və Karib hövzəsində son 4 ildə uşaq əməyinin yayılma göstəricisi dəyişməsə də, təsirlənən uşaqların ümumi sayı 8 milyondan təxminən 7 milyona enib.

Məlumatda qeyd olunub ki, 2000-ci ildən bəri uşaq əməyinin miqyası demək olar ki, iki dəfə azalıb – 246 milyondan 138 milyona düşüb. Lakin mövcud azalma tempi kifayət deyil və dünya 2025-ci ilə qədər uşaq əməyinin aradan qaldırılması üzrə qlobal hədəfə çata bilməyib. Növbəti 5 il ərzində bu problemin tam həlli üçün hazırkı irəliləyiş tempi 11 dəfə sürətlənməlidir.

BMT-nin məlumatında vurğulanıb ki, kənd təsərrüfatı uşaq əməyinin ən geniş yayıldığı sahə olaraq qalır və bütün halların 61 faizini təşkil edir. Sonrakı yerlərdə xidmət sektoru, o cümlədən ev işləri və bazarlarda məhsul satışı, həmçinin sənaye sektoru – mədənçilik və istehsalat sahələri yer alır.

Qeyd edək ki, Azərbaycan BƏT-in “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bundan başqa, milli qanunvericiliyimizdə yaşı 15-dən az olan uşaqların çalışmasına icazə verilmir. Eyni zamanda, ölkəmizdə uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qurtuluşdan inkişafa uzanan yol – TƏHLİL

Next

Boşanma statistikasına töhfə verən rekordsmen

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv