Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Məhv olmaqdan Zəfərə: 15 İyun möcüzəsi

By Vüsal Rafiqoğlu
13.06.2026 4 Min Read

Azərbaycan xalqının müasir tarixində taleyüklü hadisələr çox olsa da, onların arasında 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Çünki bu tarix dövlət müstəqilliyimizin qorunub saxlanıldığı, xalqın parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edildiyi, Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirildiyi dönüş nöqtəsidir. Məhz 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı vətəndaş qarşıdurması, siyasi xaos və dövlətçilik böhranından qurtardı, ölkənin müstəqilliyini əbədi və dönməz etdi.

Bu gün Azərbaycanın qazandığı bütün uğurların, əldə etdiyi nailiyyətlərin, iqtisadi inkişafın, siyasi sabitliyin, beynəlxalq nüfuzun, ərazi bütövlüyünün və suverenliyinin təməlində məhz həmin tarixi Qurtuluş dayanır.

Milli Qurtuluş Günü: Əsası 1993-cü il iyunun 15-də qoyulan inkişaf və zəfər  yolu - AZƏRTAC

Məlum olduğu kimi Azərbaycan tarixində Heydər Əliyevin fəaliyyəti iki mühüm mərhələni əhatə edir. Birinci mərhələ onun sovet dövründə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illəri, ikinci mərhələ isə müstəqillik dövründə dövlətçiliyimizin xilası və inkişafı missiyasını əhatə edir.

1969-cu ildə Azərbaycan SSRİ-ə rəhbər seçilən Heydər Əliyev qısa müddət ərzində respublikanın sosial-iqtisadi həyatında əsaslı dönüş yaratdı. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri hesab olunurdu. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük inkişaf mərhələsinə qədəm qoydu.

Onun rəhbərliyi illərində yüzlərlə sənaye müəssisəsi tikildi, yeni zavod və fabriklər istifadəyə verildi, kənd təsərrüfatında məhsuldarlıq artdı, minlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Bu dövrdə yetişən milli kadrlar sonradan Azərbaycanın müstəqillik illərində dövlət quruculuğunda mühüm rol oynadılar.

Heydər Əliyevin həmin illərdə həyata keçirdiyi siyasətin ən mühüm nəticələrindən biri milli özünüdərkin güclənməsi, Azərbaycançılıq ideyasının formalaşması və gələcək müstəqil dövlətçilik üçün möhkəm təməlin yaradılması oldu.

1991-ci ildə isə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə son dərəcə ağır vəziyyətlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadiyyat iflic vəziyyətinə düşürdü.

Milli Qurtuluş Günü - Xalqımızın uğur və zəfər tarixi

1992-1993-cü illərdə vəziyyət daha da ağırlaşdı. Hakimiyyət böhranı, idarəetmədə səriştəsizlik, silahlı qruplaşmaların fəaliyyəti, bölgələrdə separatçılıq meylləri Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Dövlət institutları faktiki olaraq fəaliyyət qabiliyyətini itirmişdi. Hətta Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu belə ciddi təhlükə altına düşmüşdü.

1993-cü ilin iyun hadisələri isə vəziyyətin nə qədər kritik olduğunu açıq şəkildə göstərdi. Ölkədə hakimiyyət boşluğu yaranmış, mərkəzi idarəetmə zəifləmış, dövlətçiliyin süqutu real təhlükəyə çevrilmişdi.

Belə ağır bir dövrdə Azərbaycan xalqının ümid yeri yalnız Heydər Əliyev idi. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın təkidli çağırışına cavab verərək Bakıya gəldi.

Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin bərpası prosesi başlandı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, separatçılıq meylləri neytrallaşdırıldı, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın parçalanmasının qarşısı qətiyyətlə alındı.

Heydər Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkədə qanunçuluq təmin edildi, nizami ordu quruculuğuna başlanıldı, beynəlxalq əlaqələr genişləndirildi və dövlətçilik ənənələri bərpa olundu.

Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətçilik modelini yaratmasıdır. Onun rəhbərliyi ilə yeni Konstitusiya qəbul edildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik institutların formalaşdırılması prosesi başladı.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. Bu müqavilə ölkəyə milyardlarla dollar investisiyanın cəlb edilməsinə imkan yaratdı və Azərbaycanı beynəlxalq enerji xəritəsinin mühüm iştirakçısına çevirdi.

15 İyun Milli Qurtuluş Günü: haradan haraya » BAYRAQDAR MEDİA

Eyni zamanda, Heydər Əliyev balanslaşdırılmış xarici siyasət kursu formalaşdıraraq Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkə regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmağa başladı.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu yeni mərhələyə qədəm qoydu. Dövlət başçısı ulu öndərin müəyyən etdiyi strateji inkişaf xəttini müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirdi.

Bu illər ərzində Azərbaycan sürətli iqtisadi inkişaf yolu keçdi, iri infrastruktur layihələri həyata keçirildi, ölkənin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirildi, sosial rifah yüksəldi və beynəlxalq mövqelər möhkəmləndi.

Xüsusilə enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən layihələr Azərbaycanı regionun əsas güc mərkəzlərindən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi layihələr ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırdı.

Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasətinin ən parlaq nəticəsi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə oldu.

2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Beləliklə, müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm tarixi vəzifə yerinə yetirildi.

Tarix yazmış lider: Prezident İlham Əliyevin qələbə və uğurlarla dolu 20 ili

Bu gün Azərbaycan dünyanın siyasi xəritəsində müstəqil, suveren, güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz regionun lider dövlətinə çevrilib, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir və qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Bütün bunların əsasında isə Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasi kurs və Azərbaycançılıq ideologiyası dayanır. Müstəqil, qüdrətli, qalib və suveren Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük təntənəsi, 15 İyun Milli Qurtuluş Gününün isə ən möhtəşəm nəticəsidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

BDYPİ-dən sürücülərə MÜRACİƏT

Next

Azad edilmiş ərazilərdə daha 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv