Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan mediasında böyük islahat: yeni Şura hansı dəyişiklikləri gətirəcək?

By Vüsal Rafiqoğlu
17.06.2026 4 Min Read

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yeni qurum yaradılır. Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu Musavat.com-a şərhində bildirib ki, Media və Yayım Şurasının yaradılması ilə bağlı qərar ölkənin media siyasətində son illərin ən mühüm institusional dəyişikliklərindən biri kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bu addım dövlətin media sektoruna yanaşmasında fundamental fəlsəfə dəyişikliyidir:

“İndiyə qədər mövcud olan idarəetmə aparatı daha çox sahəvi (biri yalnız çap və onlayn, digəri isə yalnız televiziya və radio ilə məhdudlaşan) xarakter daşıyırdı. Yeni Şuranın formalaşması isə medianın bütün qollarının vahid platformada birləşdirici modelə keçidini təmin edir. Edilən dəyişiklik ilk baxışdan sadəcə iki qurumun birləşdirilməsi təsiri bağışlasa da, əslində daha geniş strateji məqsədlərə xidmət edən idarəetmə modelinin formalaşdırılması deməkdir. Söhbət yalnız struktur islahatından deyil, həm də rəqəmsal transformasiya dövründə Azərbaycanın media sisteminin yeni reallıqlara uyğunlaşdırılmasından gedir. Son illərdə qlobal media mühiti köklü dəyişikliklərə məruz qalıb. Ənənəvi media ilə rəqəmsal platformalar arasındakı sərhədlər faktiki olaraq aradan qalxıb. Televiziya kanalları internet üzərindən yayımlanır, xəbər portalları video məzmun istehsal edir, sosial şəbəkələr isə milyonlarla insan üçün əsas informasiya mənbəyinə çevrilib. Bu gün bir internet qəzeti eyni zamanda canlı yayım edir, teleradio şirkəti isə öz saytında araşdırma və ya analitik məqalələr təqdim edir. Platformalar arasında fərq itdikdən sonra onları vahid hüquqi çərçivələrlə tənzimləmək zərurəti özünü göstərməkdə idi. Yeni Şuranın yaradılması məhz bu dəyişikliklər fonunda media siyasətinin vahid strateji çərçivədə həyata keçirilməsinə yönəlmiş addım kimi görünür”.

WhatsApp Image 2026-06-17 at 09.04.34.jpeg (46 KB)

Beynəlxalq təcrübə barədə danışan Vüqar Zifəroğlu qeyd edib ki, Böyük Britaniyadakı OFCOM (Office of Communications), yaxud Fransadakı ARCOM kimi qurumlar da məhz bu cür konsolidasiya nəticəsində yaranıb:

“Struktur islahatları inzibati xərclərin azaldılması, bürokratik ləngimələrin aradan qaldırılması və ən əsası, media subyektləri üçün “vahid pəncərə” prinsipinin tətbiqinə xidmət edir. Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür: media idarəçiliyinin optimallaşdırılması, milli informasiya təhlükəsizliyinin gücləndirilməsi və media sənayesinin dayanıqlı inkişafının təmin olunması. İlk növbədə, yeni qurumun yaradılması media sahəsində idarəetmənin daha çevik və koordinasiyalı həyata keçirilməsinə imkan yarada bilər. İndiyədək MEDİA Agentliyi əsasən media inkişafı, jurnalistlərin peşəkar hazırlığı, media layihələrinin dəstəklənməsi və Media Reyestri kimi funksiyaları həyata keçirirdisə, Audiovizual Şura televiziya və radio yayımının tənzimlənməsinə cavabdeh idi. Müxtəlif istiqamətlər üzrə qərarlar fərqli qurumlar tərəfindən verilirdi. Yeni model isə vahid yanaşmanın formalaşmasına və qərarların daha operativ qəbul edilməsinə şərait yarada bilər. MEDİA-nın stimullaşdırıcı və inkişafyönümlü alətləri ilə Audiovizual Şuranın tənzimləyici və lisenziyalaşdırma funksiyalarının sinerjisi medianın keyfiyyət standartlarını qaldıracaq. Məsələn, reyestr məlumatları ilə yayım tezliklərinin idarə edilməsi eyni mərkəzdən koordinasiya olunduqda, media subyektlərinin akkreditasiya və lisenziya məsələləri daha çevik şəkildə həll oluna biləcək”.

V.Zifəroğlu bildirib ki, yeni qərar həm də milli informasiya təhlükəsizliyi ilə bağlıdır:

“Müasir dövrdə dövlətlərin təhlükəsizliyi artıq yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. İnformasiya məkanı da milli təhlükəsizliyin əsas komponentlərindən biri, hətta birincisidir. Xüsusilə son illərdə müxtəlif regionlarda müşahidə olunan informasiya müharibələri, dezinformasiya kampaniyaları, süni intellekt vasitəsilə hazırlanmış saxta materiallar və xarici təsir əməliyyatları göstərir ki, informasiya sahəsində koordinasiyalı dövlət siyasəti strateji zərurətə çevrilib. Azərbaycan da son illərdə müxtəlif beynəlxalq və regional informasiya kampaniyalarının hədəfi olub. İstər Vətən müharibəsi dövründə, istərsə də sonrakı mərhələlərdə ölkəyə qarşı yönələn dezinformasiya fəaliyyətləri göstərdi ki, informasiya məkanının qorunması sistemli yanaşma tələb edir. Yeni Media və Yayım Şurası məhz bu baxımdan dövlətin informasiya siyasətinin daha koordinasiyalı həyata keçirilməsinə töhfə verə biləcək institut rolunu oynaya bilər. “Hibrid müharibə” şəraitində saxta xəbərlər və bot şəbəkələri daxili sabitliyə birbaşa təhdid yaradır. Əgər əvvəllər teleradioda gedən dezinformasiyaya bir qurum, internet xəbər portallarında yayılan eyni məzmuna isə digər qurum reaksiya verməli idisə, indi Media və Yayım Şurası sayəsində “vahid böhran idarəetməsi” həyata keçiriləcək. Bu, dövlətin asimmetrik informasiya hücumlarına qarşı cavab reaksiyasını dəfələrlə sürətləndirəcək. Diqqətçəkən digər məqam isə yeni qurumun funksiyalarının yalnız nəzarət və tənzimləmə ilə məhdudlaşmamasıdır. Məlum olduğu kimi, yeni Şuraya media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, dövlət-media əməkdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi kimi vəzifələr də həvalə olunur. Bu isə göstərir ki, qurum klassik tənzimləyici modelindən daha geniş funksiyalara malik olacaq. Əslində dünya praktikasında da media siyasətində yalnız nəzarətedici yanaşmadan tədricən uzaqlaşılır. Müasir dövrdə dövlətlər media institutlarının iqtisadi davamlılığını, texnoloji modernləşməsini və peşəkar potensialını gücləndirməyə çalışırlar. Çünki iqtisadi cəhətdən zəif media mühiti keyfiyyətli jurnalistika istehsal etməkdə çətinlik çəkir və nəticədə dezinformasiya üçün münbit şərait yaranır. Bu baxımdan yeni Şuranın inkişaf və dəstək mexanizmlərini özündə birləşdirməsi strateji əhəmiyyət daşıyır. Yeni Şuranın medianın iqtisadi müstəqilliyini hədəf seçməsi, rəqəmsal reklam bazarının optimallaşdırılması və yerli media startaplarına qrant dəstəyinin verilməsi üçün unikal şans yaradır. Qurum həm də “ekosistemi bəsləyən” bir lokomotivə çevrilir”.

Həmsöhbətimizin sözlərinə görə, yeni model qarşısında mühüm çağırışlar da dayanır:

“Hər şeydən əvvəl, qurumun fəaliyyətinin şəffaflığı və peşəkarlığı xüsusi əhəmiyyət kəsb edir. Media ictimaiyyəti üçün əsas məsələ yeni strukturun hansı idarəetmə fəlsəfəsinə əsaslanacağıdır. Əgər qurum media sektorunun inkişafını təşviq edən, innovasiyaları dəstəkləyən, jurnalist peşəkarlığını gücləndirən və müasir texnologiyaların tətbiqinə şərait yaradan institut kimi formalaşarsa, bu islahatın nəticələri daha effektiv olacaq. Digər tərəfdən, süni intellektin media sənayesinə sürətli daxil olması, rəqəmsal platformaların təsir imkanlarının genişlənməsi və qlobal informasiya axınının intensivləşməsi fonunda Azərbaycanın da yeni media strategiyasının formalaşdırılması zəruridir. Bu mənada Yeni Şuranın fəaliyyəti yalnız mövcud problemlərin həllinə deyil, həm də gələcək risklərin idarə olunmasına yönəlməlidir. Məhz bu səbəbdən onun fəaliyyətində strateji planlaşdırma və texnoloji yeniliklər xüsusi yer tutmalıdır. Media və Yayım Şurasının yaradılması Azərbaycan media sisteminin yeni inkişaf mərhələsinə keçidinin göstəricisi hesab edilə bilər. Bu qərar media idarəçiliyinin optimallaşdırılması, rəqəmsal transformasiya şəraitində daha çevik qərarvermə mexanizmlərinin formalaşdırılması və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əgər yeni qurum fəaliyyətini müasir media çağırışlarına uyğun qura bilsə, bu islahat yaxın illərdə Azərbaycanın media siyasətində ən uğurlu institusional dəyişikliklərdən biri kimi qiymətləndirilə bilər. Bu dəyişikliyin əsas məqsədi, təkcə media üzərində tənzimləməni gücləndirmək deyil, həm də ölkənin informasiya ekosistemini daha dayanıqlı, peşəkar və rəqabətqabiliyyətli hala gətirməkdir. Məhz buna görə də yeni Şuranın fəaliyyəti Azərbaycanın media tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib – FOTOLAR

Next

Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv