Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

By Vüsal Rafiqoğlu
17.06.2026 5 Min Read

Hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublika olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılıb, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanılıb, yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülüb.

Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.

Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilib, öz peşə və bacarıqlarını inkişaf etdirərək Vətənə qayıdıblar.

Prezident İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur.

Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti son illər nazirlik tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə ilə bağlı atılan addımlar, ötən və bu il ərzində respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərə qarşı aparılan mübarizə tədbirləri, işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən xəstəxanalar və əhaliyə göstərilən tibbi xidmətlərlə bağlı AZƏRTAC-ın sorğusunu cavablandırıb.

Bildirilib ki, son illərdə Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sisteminin rəqəmsal transformasiyası istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Bu layihələrin əsas məqsədi səhiyyə xidmətlərinin əlçatanlığını, keyfiyyətini və şəffaflığını artırmaqla yanaşı, idarəetmə proseslərini müasir rəqəmsal həllər əsasında formalaşdırmaq, qərar qəbuletməni məlumatlara əsaslanan model üzərində qurmaq və vətəndaşlara göstərilən xidmətləri tam rəqəmsal müstəviyə keçirməkdir. Bu istiqamətdə ilk növbədə, nazirlikdə və tabeli qurumlarda elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndirilib, daxili və xarici yazışmaların, müraciətlərin, arayışların və digər inzibati proseslərin elektron formada idarəolunması təmin edilib. Nəticədə sənəd mübadiləsinin operativliyi artırılıb, qərar qəbuletmə prosesləri sürətləndirilib, idarəetmədə şəffaflıq yüksəlib və kağız daşıyıcılardan istifadə əhəmiyyətli dərəcədə azalıb.

Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərlə yanaşı, daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində də mühüm layihələr həyata keçirilib. Bu çərçivədə 2025-ci ildə dövlət sektorunda ilk dəfə olaraq dövlət qulluqçularının iş mühitinin avtomatlaşdırılmasını təmin edən “Rəqəmsal iş yeri – İntranet” sistemi istifadəyə verilib. Təhlükəsiz və qapalı şəbəkə mühitində fəaliyyət göstərən platforma əməkdaşların daxili resurslara çıxışını, sənəd dövriyyəsini, informasiya mübadiləsini və iş proseslərinin operativ idarəolunmasını vahid rəqəmsal mühitdə birləşdirir.

“İntranet” platformasına inteqrasiya olunmuş “Vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyənin analizi və monitorinqi” sistemi vasitəsilə səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili həyata keçirilir. Bu həll əhalinin sağlamlıq göstəricilərinin davamlı monitorinqinə, səhiyyə sahəsində mövcud tendensiyaların müəyyənləşdirilməsinə, resursların daha səmərəli planlaşdırılmasına və strateji qərarların məlumatlara əsaslanaraq qəbul edilməsinə imkan yaradır.

Rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri Vahid Səhiyyə İnformasiya Sisteminin inkişaf etdirilməsi olub. Bu çərçivədə müxtəlif informasiya sistemləri və dövlət reyestrləri arasında inteqrasiya təmin edilib, tibbi məlumatların vahid platformada toplanması və idarəolunması istiqamətində mühüm nəticələr əldə edilib. Hazırda sistemin “hökumət buludu”na miqrasiyası tam başa çatdırılıb ki, bu da məlumatların təhlükəsizliyinin, əlçatanlığının və sistemlərin dayanıqlığının artırılmasına xidmət edir.

Səhiyyə Nazirliyinin tətbiq etdiyi innovativ həllər sırasında “Elektron resept” sistemi xüsusi yer tutur. Sistem həkimlərə reseptlərin elektron formada tərtib edilməsinə, vətəndaşlara isə təyin olunmuş dərman vasitələrinə dair məlumatları rəqəmsal şəkildə əldə etməyə imkan yaradır. Bu yanaşma dərman təyinatlarının izlənilməsini asanlaşdırır, insan amilindən qaynaqlanan səhvləri minimuma endirir və xidmətlərin daha şəffaf həyata keçirilməsini təmin edir.

Bununla yanaşı, ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi tam başa çatdırılıb və bu sahədə kağız daşıyıcılardan istifadə ləğv olunub. Həmçinin elektron epikrizlərin vahid reyestri yaradılıb, sosial ödənişlər və tibbi sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb. Bu yeniliklər həm vətəndaşların, həm də tibb işçilərinin vaxt itkisini azaltmaqla yanaşı, məlumatların daha operativ və etibarlı mübadiləsini təmin edir.

Rəqəmsal xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə “Elektron Səhiyyə” platforması və mobil tətbiqi inkişaf etdirilib. Platforma vasitəsilə vətəndaşlar reseptlərə, xəstəlik vərəqələrinə, tibbi arayışlara və digər sağlamlıq məlumatlarına çıxış əldə edir, müxtəlif elektron xidmətlərdən istifadə edə bilirlər. Eyni zamanda, tibb işçiləri üçün işə qəbul, sertifikasiya, davamlı tibbi təhsil və digər peşəkar proseslər də rəqəmsal müstəviyə keçirilib.

Cari ildə təqdim olunan “Tibbi Rəqəmsal Əkiz Sistemi” isə ölkənin rəqəmsal səhiyyə inkişafında yeni mərhələnin əsasını qoyur. Beynəlxalq FHIR standartları əsasında qurulan sistem 20-dən çox rəqəmsal həlli vahid mühitdə birləşdirərək vətəndaşların sağlamlıq məlumatlarının təhlükəsiz və fasiləsiz mübadiləsini təmin edir. Platforma real vaxt rejimində sağlamlıq göstəricilərinin monitorinqinə, təkrarlanan analiz və tibbi prosedurların azaldılmasına, profilaktik tədbirlərin daha səmərəli təşkilinə, eləcə də gələcəkdə süni intellekt əsaslı analitika və qərar dəstəyi mexanizmlərinin tətbiqinə geniş imkanlar yaradır.

Ümumilikdə son illər həyata keçirilən rəqəmsallaşma tədbirləri nəticəsində Azərbaycan səhiyyəsində vahid məlumat ekosisteminin formalaşdırılması, xidmətlərin elektronlaşdırılması, vətəndaş məmnunluğunun artırılması və məlumatlara əsaslanan idarəetmə modelinin qurulması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Həmçinin qeyd edilib ki, ötən və cari il ərzində respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərə qarşı epidemioloji nəzarət və immunizasiya tədbirləri davam etdirilib. Yoluxucu xəstəliklər üzrə epidemioloji müşahidələr aparılıb, vəziyyət mütəmadi təhlil olunub və risklərin vaxtında qiymətləndirilməsi təmin edilib. Xəstəliklərin erkən aşkarlanması, yayılmasının qarşısının alınması, əhalinin peyvəndlə əhatə səviyyəsinin artırılması və laborator nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Görülən kompleks tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət sabit olaraq qalır və nəzarət altında saxlanılır.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun bərpası və inkişafı istiqamətində işlər davam etdirilir. Şuşa şəhərində yerləşən Şuşa Müalicə Sağlamlıq Mərkəzində əhaliyə ambulator tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Bununla yanaşı, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir. Eyni zamanda, Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın, Sabunçu rayonunun Maştağa qəsəbəsində ixtisaslaşdırılmış narkoloji tibb müəssisəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yarımtikili xəstəxana binasının tikintisi həyata keçirilib, habelə 1 nömrəli Uşaq Somatik Sanatoriyasında təmir işləri başa çatdırılıb.

Müxbir- Günel Türksoy

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı – 2026” təlimində iştirak edirlər

Next

Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -VİDEO

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv