Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Deputatdan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMALARI

By Vüsal Rafiqoğlu
19.06.2026 3 Min Read

Deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib:

“2025-ci ilin dövlət büdcəsinin icrası təsdiq edir ki, ötən il fiskal diversifikasiya meyilləri daha da sürətlənib. Belə ki, qeyri neft-qaz sektorunun dövlət büdcəsinə töhfəsi 20 milyard 356 milyon manat olub. Bu, büdcə gəlirlərinin 52 faizi deməkdir.

Göründüyü kimi, fiskal gəlirlərimizdə qeyri-neft-qaz sektoru enerji sektoruna nibsətən daha çox paya malikdir. Bu kontesktdən, gəlirlər maddəsi üzrə diqqəti çəkən vacib məqamlardan biri qeyri-neft-qaz sektorunun fiskal gəlirlərimizdə payındakı artımlardır.

2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub ki, onun da 73.4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, qeyri-neft-qaz sektorundan 12 milyard manatdan çox daxil olma deməkdir”.

L9aWRL163uOlwWcEzPCAwDJ8bdHGAGaX5gvuSFVC_1200.jpg (199 KB)

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə gömrük orqanları dövlət büdcəsinə 6 milyard 369 milyon manat ödəyiblər:

“İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alsaq, gömrük qurumlarının funksiyası fiskal hədəflərdən daha çox iqtisadi təhlükəsizliyin daha da gücləndirilməsidir. Bu baxımdan, Azərbaycanda da ekosistemdəki mövcud keyfiyyət dəyişikliklərini nəzərə alsaq, gömrük xətti ilə fiskal ödənişlərinin azalması iqtisadi baxımdan anlaşılan olmalıdır.

Digər tərəfdən, dövlətin sahibkarlara güzəşt dəstəyinin genişləndirilməsi də bu istiqamətdə gəlirlərə birbaşa təsir göstərir. Qeyri- neft-qaz sektoru üzrə vergi tədiyyə növləri üzrə icra göstəricilərinə diqqət yetirəndə qeyri neft-qaz sektorunda mənfəət vergisi üzrə proqnoza 219 milyon manat və ya 5.3 faiz az əməl edilməsi diqqəti xüsusi cəlb edir. Bu baxımdan, iqtisadi islahatların dərinləşdiyini nəzər aldıqda birbaşa vergilərin payının artırılması prioritet olaraq qalmaqdadır.

Bəzi daxil olma mənbələri üzrə büdcəyə ödənilən vəsaitin məbləğində proqnoza nisbətən kəskin kənarlaşmalar və xüsusən də artımlar qeydə alınıb. Məsələn, proqnoza nisbətən torpaqların icarəyə və idarəetməyə verilməsindən daxil olan vəsait 36.8 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərdən əldə edilən vəsait 24.0 faiz, sair daxilolmalar büdcəyə ödənilən vəsait 45.5 faiz çox olub. Artımların daha yüksək faiz ilə ifadə olunması birmənalı şəkildə müsbət məqamdır. Bununla yanaşı, həmin maddələr üzrə proqnozlar hazırlanan zaman fundamental dəyişikliklərin tam nəzərə alınması olduqca vacibidr”.

Deputat bildirib ki, xərclər maddəsi üzrə 2025-ci ildə sosial paketin reallaşması xüsusilə qeyd edilməlidir:

“2025-ci ildə reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. Sənədlə tanışlıq göstərir ki, 2025-ci ildə sosial istiqamətə 15 milyard 254 milyon manat ayrılıb. Bu, müstəqillik illərində sosial istiqamətə ayrılan ən yüksək məbləğdir. Xərclər maddələri üzrə əsas dəyişikliklərdən biri əksər xərc maddələri üzrə proqnoza nisbətən daha az vəsaitin xərclənməsidir. Belə ki, ötən il təhsil xərcləri 5.7 faiz, elm xərcləri 13.2 faiz, səhiyyə xərcləri 4.2 faiz, kənd təsərrüfatı xərcləri 3.1 faiz az vəsait ayrılıb.

Büdcə icrası ilə bağlı hesabatda proqnoza nisbətən az xərcləmənin səbəbi hər bir sektor üzrə sifarişlər ilə əlaqələndirilib. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən xərclərin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən fəaliyyətlər təqdirəlayiqdir və dəstəklənməlidir.

Bununla yanaşı, növbəti büdcə proqnozlarında sifarişlərin öncədən daha konkret nəzərə alınması da vacib olaraq qalmaqdadır”.

V.Bayramov onu da deyib ki, 2025-ci ildə işğaldan azad olunan ərazilərimizə 4 milyard 454 milyon manat vəsait ayrılıb:

“Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı işğaldan azad olunan ərazilərimizdə müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrıldığını bildirdi. Dövlət başçımız əlavə etdi ki, bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır.

Son rəsmi statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb və 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın daxili maliyyə mənbələri, dövlət büdcəsi hesabına Qarabağ yenidən qurulur və inkişaf edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yanvar-may aylarında DOST mərkəzlərində 416 min vətəndaşa xidmət göstərilib

Next

Prezident Administrasiyasında Əli İnsanovla görüş keçirilib

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv