Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rayonlara təcili yardım lazımdır – Komitə sədrindən ÇAĞIRIŞ

By Vüsal Rafiqoğlu
19.06.2026 3 Min Read

Regionlarda ilkin tibbi yardım xidmətinin vəziyyəti və bu sahədə mövcud problemlər yenidən gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hesab edir ki, ilkin tibbi yardımın gücləndirilməsi olmadan əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq mümkün deyil. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov: Ötən illərdə olduğu kimi növbəti ilin də dövlət  büdcəsi sosial yönümlüdür

O bildirib ki, ilkin tibbi yardımın təşkili və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı Səhiyyə komitəsində dəfələrlə geniş müzakirələr aparılıb. Onun sözlərinə görə, bu prosesə Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumlar cəlb olunub. Əhliman Əmiraslanov qeyd edib ki, böyük şəhərlərdə bu sahədə müəyyən irəliləyiş əldə olunsa da, regionlarda, xüsusilə kənd yerlərində vəziyyət hələ də qənaətbəxş deyil.
Onun sözlərinə görə, rayon mərkəzlərindən uzaq kəndlərdə yaşayan insanların vaxtında tibbi yardım ala bilməməsi bəzən ağır nəticələrə səbəb olur.

Bu problemin səbəbləri nədən qaynaqlanır və hansı işlər görülməlidir?

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a qeyd edib ki, regionlarda tibbi xidmətin əlçatanlığı məsələsi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada daim diqqət tələb edən və həlli istiqamətində davamlı addımlar atılan problemlərdən biridir:

“Bu sahədə müxtəlif ölkələr fərqli yanaşmalar tətbiq edir və hər biri öz imkanları çərçivəsində həll yolları axtarır. Ən vacib məsələlərdən biri regionlarda ilkin tibbi infrastrukturun yaradılmasıdır. Yəni xəstəxanaların, tibb müəssisələrinin və zəruri avadanlıqların mövcudluğu əsas şərtlərdəndir. Bu baxımdan Azərbaycanda son illər ciddi işlər görülüb. Müasir xəstəxanalar tikilib, onlar lazımi tibbi avadanlıqlarla təchiz olunub və infrastruktur baxımından əhəmiyyətli nəticələr əldə edilib.

Növbəti mühüm məsələ isə kadr təminatıdır. Kadr probleminin həllində bir sıra vacib nüanslar mövcuddur. Ümumiyyətlə, tibb sahəsində həm pasiyentlər, həm də həkimlər və digər tibbi personal üçün mərkəzə yönəlmə meyli həmişə olub. İnsanlar kəndlərdən rayonlara, rayonlardan şəhərlərə, şəhərlərdən isə daha böyük şəhərlərə və hətta xarici ölkələrə müalicə üçün üz tuturlar. Bu proses təsadüfi deyil. Çünki iri şəhərlərdə və inkişaf etmiş ölkələrdə yerləşən böyük, iqtisadi cəhətdən daha yaxşı təmin olunmuş xəstəxanalarda daha müasir texnologiyaların və qabaqcıl müalicə metodlarının tətbiqi imkanları geniş olur. Buna görə də həm öyrənmək, həm peşəkar inkişaf etmək, həm də müalicə almaq məqsədilə mərkəzə yönəlmə təbii proses hesab olunur”.

ZÜLFÜQAR YUSİFOV İNVAZİV AĞRI MÜTƏXƏSSİSİ, WİP, WAPMU, AVLS, ASRA ÜZVÜ -  Azərbaycan Tibb Ensiklopediyası

Zülfüqar Yusifov vurğulayıb ki, hər bir kənddə və ya rayonda bütün yüksək texnologiyalı tibbi xidmətlərin yaradılması nə mümkündür, nə də zəruridir: “Lakin ilkin tibbi yardımın göstərilməsi, standart prosedurların və əsas tibbi xidmətlərin həyata keçirilməsi regionlarda tam şəkildə təmin olunmalıdır. Bu istiqamətdə ən vacib amillərdən biri kadr potensialının gücləndirilməsidir”.

Müsahibimizin sözlərinə görə kadr çatışmazlığının aradan qaldırılması üçün müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq edilə bilər: “İlk növbədə, regionlarda çalışan tibb işçilərinin əməkhaqqının adekvat səviyyədə olması vacibdir. Bir çox hallarda məhz layiqli əməkhaqqı mütəxəssislərin regionlara getməsi üçün əsas motivasiya vasitəsinə çevrilir. Digər mühüm məsələ regionlarda çalışan həkimlərin peşəkar inkişafına dəstək göstərilməsidir. Bunun üçün elmi tədbirlərin, konfransların, ixtisasartırma kurslarının və müxtəlif təlim proqramlarının daha çox regionlarda keçirilməsinə çalışmaq lazımdır. Beynəlxalq və yerli tibbi konfransların regionlarda təşkili həm mütəxəssislərin inkişafına töhfə verər, həm də regionlarla mərkəz arasında əlaqələrin davamlı və canlı qalmasına imkan yaradar. Bu, regionlarda çalışan tibb işçilərinin özlərini sistemdən kənarda və ya diqqətdən yayınmış hiss etmələrinin qarşısını alar”.

Həmçinin qeyd olunub ki, bir sıra ölkələrdə tətbiq olunan uğurlu təcrübələrdən də yararlanmaq mümkündür: “Məsələn, qardaş Türkiyədə tibb təhsilini başa vuran həkimlər müəyyən müddət ərzində regionlarda işləməyə cəlb olunurlar. Bu sistemin mühüm üstünlükləri var. Beləliklə, yeni məzun olmuş, müasir bilik və bacarıqlara yiyələnmiş gənc mütəxəssislər regionlarda fəaliyyət göstərirlər. Təcrübə göstərir ki, onların müəyyən hissəsi sonradan həmin bölgələrdə qalmağa qərar verir, iş şəraitinə uyğunlaşır, ailə qurur və fəaliyyətini orada davam etdirir. Nəticədə regionlar yeni kadr potensialı qazanmış olur. Eyni zamanda, əlavə stimullaşdırıcı mexanizmlər də nəzərdən keçirilə bilər. Bunlara mənzil təminatı, müxtəlif sosial güzəştlər, əlavə ödənişlər, karyera üstünlükləri və hətta pensiya təminatı ilə bağlı xüsusi təşviq mexanizmləri daxil ola bilər. Bütün bunlar regionlarda tibbi xidmətin əlçatanlığının artırılmasına ciddi töhfə verə bilər.

Bununla belə, regionlarda göstərilən tibbi xidmətlə iri şəhərlərdəki və mərkəzi klinikalardakı xidmət arasında müəyyən fərqlərin qalması hər zaman mümkün olacaq və bu, normal prosesdir. Əsas məqsəd həmin fərqləri minimuma endirmək, regionlarda keyfiyyətli ilkin tibbi xidmətin təmin edilməsinə nail olmaqdır. Düşünürəm ki, region və mərkəz arasında bu paralellik qorunmalıdır. Hər iki istiqamət davamlı şəkildə inkişaf etməli, təkmilləşməli və bir-biri ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərməlidir. Eyni zamanda, bu koordinasiya elə qurulmalıdır ki, pasiyentin problemi region səviyyəsində həll oluna bilmədiyi halda onun qısa müddət ərzində mərkəzi tibb müəssisələrinə yönləndirilməsi və lazımi tibbi yardım alması mümkün olsun”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşdı – 1 qəpiyə satılır

Next

Gömrük bəyannaməsi manatla təqdim ediləcək

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv