Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

ŞƏHƏRSALMANIN HÜQUQİ ƏSASLARI VƏ ÖZBAŞINA TİKİLİLƏR PROBLEMİNƏ MÜASİR BAXIŞ

By Vüsal Rafiqoğlu
19.06.2026 4 Min Read

Müasir dövrdə şəhərlər yalnız yaşayış məkanları deyil, dövlətin inkişaf səviyyəsini, idarəetmə keyfiyyətini və hüquq mədəniyyətini əks etdirən mühüm göstəricilərdən biridir. Şəhərlərin necə qurulması, hansı prinsiplərlə inkişaf etməsi və şəhərsalma qaydalarına nə dərəcədə əməl olunması cəmiyyətin gələcək inkişafına birbaşa təsir göstərir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə aparılan genişmiqyaslı quruculuq siyasətinin və şəhərsalma sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi qiymətləndirilir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində artan rolunun göstəricisidir. Bu hadisələr şəhərsalma məsələlərinin təkcə memarların və mühəndislərin deyil, həm də dövlət qurumlarının, hüquq mühafizə orqanlarının və bütövlükdə cəmiyyətin diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirir.

Şəhərsalma dedikdə çox vaxt yeni binaların tikilməsi və ya şəhərlərin genişlənməsi başa düşülür. Halbuki şəhərsalmanın mahiyyəti bundan qat-qat genişdir. Şəhərsalma insanın təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılması, torpaq ehtiyatlarından səmərəli istifadə olunması, mühəndis-kommunikasiya sistemlərinin düzgün təşkili və gələcək inkişafın planlaşdırılması deməkdir. Bu məqsədlərə nail olmaq isə ilk növbədə qanunvericiliyin tələblərinə riayət edilməsindən asılıdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

Şəhərsalma münasibətlərində rast gəlinən əsas problemlərdən biri özbaşına tikililər və qanunsuz tikinti hallarıdır. Hər iki anlayış praktikada tez-tez eyniləşdirilsə də, onlar mahiyyətcə fərqlidir.

Özbaşına tikili dedikdə qanunvericiliklə müəyyən edilmiş hüquqi şərtlər olmadan inşa edilmiş tikili başa düşülür. Belə tikililər adətən tikinti üçün hüquqi əsas olmayan torpaq sahəsində, yaxud müvafiq icazələr alınmadan inşa edilir. Bu halda tikilinin mövcudluğu hüquqi baxımdan mübahisəli xarakter daşıyır və onun üzərində mülkiyyət hüququnun tanınması məsələsi qanunvericiliyin tələbləri çərçivəsində həll olunur.

Qanunsuz tikinti anlayışı isə daha geniş məzmun daşıyır. Belə ki, tikintiyə icazə verilmiş olsa belə, layihədən kənara çıxılması, mərtəbələrin artırılması, tikinti norma və qaydalarının pozulması və ya şəhərsalma sənədlərinin tələblərinə əməl edilməməsi qanunsuz tikinti kimi qiymətləndirilə bilər. Başqa sözlə, hər bir özbaşına tikili qanun pozuntusunun nəticəsi olsa da, hər qanunsuz tikinti özbaşına tikili hesab edilmir.

Şəhərsalma baxımından bu cür tikililərin yaratdığı problemlər kifayət qədərdir. Özbaşına və qanunsuz tikintilər yaşayış məntəqələrinin baş planının realizəsini çətinləşdirir, nəqliyyat infrastrukturunun inkişafına mane olur, mühəndis-kommunikasiya şəbəkələrinin fəaliyyətinə əlavə yük yaradır.

Problemin digər mühüm tərəfi təhlükəsizlik məsələsidir. Bəzi hallarda bu tikililər su, elektrik və qaz xətlərinin mühafizə zonalarında yerləşdirilir ki, bu da insanların həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır. Tikinti norma və qaydalarına əməl edilmədən inşa olunan obyektlərin texniki dayanıqlığı yoxlanılmadığı haldarda ciddi problemlərə yol açır. Xüsusilə seysmik baxımdan aktiv bölgələrdə bu amil böyük risklər yarada bilər. Buna görə də şəhərsalma qaydalarına riayət olunması yalnız inzibati tələb deyil, həm də insan həyatının və sağlamlığının qorunmasına xidmət edən mühüm hüquqi şərtdir.

Azərbaycan Respublikasının qanunvericiliyi özbaşına tikililər və qanunsuz tikinti halları ilə bağlı hüquqi məsuliyyət müəyyən etmişdir. Belə hallarda mülki-hüquqi və inzibati məsuliyyət tədbirləri tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması, özbaşına tikinti işlərinin aparılması, şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması və sair inzibati xətaların törədilməsi məsuliyyət yaradır və sözügedən inzibati xətaları törətmiş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunur.

Lakin bəzi hallarda tikinti sahəsində yol verilən qanun pozuntuları daha ağır nəticələr doğurduğundan cinayət-hüquqi məsuliyyət də yarada bilir. Məsələn tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, özbaşına tikinti işləri aparma, müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma və sair bu kimi əməllərin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuşdur. Sadalanan maddələrdə tikinti sahəsində müəyyən edilmiş qaydaların pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normalar bir daha göstərir ki, tikinti fəaliyyəti yalnız iqtisadi və ya mülki münasibətlər sahəsi deyil, eyni zamanda ictimai təhlükəsizliklə sıx bağlı olan fəaliyyət istiqamətidir.

Bundan başqa, hesab edirəm ki, qanunsuz tikinti və özbaşına tikililər probleminin həllinə yalnız cərimə və ya söküntü prizmasından yanaşmaq düzgün olmazdı. Uzun illər ərzində formalaşmış bəzi yaşayış massivlərində minlərlə vətəndaş məhz belə tikililərdə yaşayır. Buna görə də hər bir hal ayrıca qiymətləndirilməli, bir tərəfdən qanunun aliliyi təmin olunmalı, digər tərəfdən isə vətəndaşların qanuni maraqları nəzərə alınmalıdır. Hüquqi dövlətin mahiyyəti də məhz bu balansın qorunmasından ibarətdir. Bu sahədə vətəndaşların hüquqi maarifləndirilməsi, tikinti proseslərinin daha əlçatan və şəffaf təşkili, eləcə də şəhərsalma tələblərinə uyğun olan obyektlərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi vacibdir.

Son illər ölkəmizdə şəhərsalma və tikinti sahəsində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elektron informasiya sistemlərinin tətbiqi, rəqəmsal nəzarət imkanlarının genişləndirilməsi, tikinti proseslərinin şəffaflaşdırılması və hüquqi maarifləndirmə tədbirlərinin gücləndirilməsi qanunsuz tikinti hallarının qarşısının alınmasına xidmət edir.

Bu gün Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, müasir urbanizasiya yanaşmaları şəhərsalma sahəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcından xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətimizin bu sahənin gələcək inkişafına verdiyi xüsusi önəmi nümayiş etdirir. Həmçinin 2026-cı ilin 17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq səviyyədə qazandığı nailiyyətlərin nəticəsidir. Bu iki mühüm hadisə şəhərsalma mədəniyyətinin formalaşdırılması, qanuni tikinti fəaliyyətinin təşviqi, şəhərlərin dayanıqlı inkişafının təmin edilməsi və müasir yaşayış mühitinin yaradılması istiqamətində yeni imkanlar açır.

Şəhərlərin inkişafı yalnız yeni binaların inşası ilə deyil, qanunun aliliyinə, planlı inkişaf prinsiplərinə və memarlıq irsinə hörmətlə ölçülür. Şəhərsalma qaydalarına hörmət əslində dövlətə, cəmiyyətə və gələcək nəsillərə qarşı məsuliyyətin ifadəsidir. Məhz bu dəyərlər üzərində qurulan şəhərsalma siyasəti Azərbaycanın dayanıqlı inkişafının mühüm təminatlarından biri olacaqdır.

Aytən Hacıyeva-Qasımova,
Goranboy rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Next

Xankəndi şəhərinə daha 18 ailə yola salındı

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv