Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR

By Vüsal Rafiqoğlu
25.06.2026 3 Min Read

Balıq və digər su bioresurslarının ovuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Bu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” qanun layihəsində əks olunub.

Layihəyə görə, bununla yanaşı, balıqçılıq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri aşağıdakılardır:

– balıqçı gəmilərini, habelə qanunsuz balıq ovu ilə məşğul olan gəmiləri saxlamaq, onları təyin olunmuş yerə istiqamətləndirmək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlara maneəsiz daxil olmaq, eləcə də həmin gəmilərin, habelə balıq və digər su bioresurslarının daşınmasında istifadə olunan digər nəqliyyat vasitələrinin, balıqovlama biletlərinin, balıqovu alətlərinin və əldə edilmiş balıqçılıq məhsullarının yoxlanılmasını həyata keçirmək;

– ovlanmış balıqçılıq obyektlərinin balıq ovu üçün kvotaya uyğunluğunu yoxlamaq;

– ixtisaslaşdırılmış bazarlarda ticarət dövriyyəsinə daxil edilməsi üçün balıq və digər su bioresurslarının mənşəyi, cinsi, növü, miqdarı, ölçüləri və çəkisi barədə məlumatları əks etdirən müşayiətedici sənədin mövcudluğunu və faktiki vəziyyətin həmin məlumatlarla uyğunluğunu yoxlamaq;

– balıq və digər su bioresurslarının dayanıqlı ovunun təmini məqsədilə balıqçılıq subyektləri tərəfindən istifadə edilən balıqçılıq infrastrukturu, balıq ovu alətləri və balıqçı gəmiləri ilə bağlı texniki tələbləri müəyyənləşdirmək, uçotunu və izlənməsini (o cümlədən məsafədən izləmə sistemləri vasitəsilə) həyata keçirmək və bununla bağlı nəzarət tədbirləri görmək;

– müqavilə əsasında istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıqçılıq subyektləri tərəfindən həyata keçirilən meliorasiya fəaliyyətinə nəzarət etmək;

– balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və yeni növlərinin balıqçılıq su obyektlərinə buraxılmasına nəzarət etmək;

– kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazənin (sertifikatın) verilməsini təmin etmək;

– balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün satılan məhsulun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etmək;

– akvakultura təsərrüfatlarına daxil olmaq və onların bu Qanunun maddəsində nəzərdə tutulan Biotexnoloji Layihə Sənədinə uyğunluğunu, habelə həmin təsərrüfatlarda balıqçılıq haqqında qanunvericiliyə əməl etməsini yoxlamaq;

– akvakultura təsərrüfatlarında balıqçılıq obyektləri istehsalının uçotunu aparmaq və izlənmə sisteminin qurulmasını təmin etmək;

– akvakultura təsərrüfatlarında nohurların qurudulması, doldurulması, formasının dəyişdirilməsi, qum və digər torpaq resurslarının götürülməsi ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək;

– ətraf mühit amillərinin, o cümlədən istifadə edilən suyun keyfiyyətinin balıqçılığa və akvakultura fəaliyyətinə təsiri ilə bağlı monitorinq həyata keçirmək;

– balıqların kürütökmə yerlərində bəndin çəkilməsinə və dağılmış bəndlərin bərpa edilməsinə razılıq vermək;

– balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsinə razılıq vermək;

– sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi məqsədilə çaylarda, çay qollarında və kanallarda qalaqlar yaradılmasına və ya su axınının qarşısının kəsilməsinə, su anbarlarından, göllərdən və limanlardan suyun buraxılmasına razılıq vermək;

– balıq və digər su bioresurslarının təbii artımının təmini məqsədilə təbii balıqçılıq su obyektlərində süni riflər və digər balıqartırma tikililərinin qurulması ilə bağlı tələblər müəyyənləşdirmək;

– balıqçılıq subyektlərinə normativ hüquqi aktların tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək.

Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri nəzarət tədbirlərinin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xüsusi geyim, fərqlənmə nişanları, xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatlar ilə, nəqliyyat vasitələri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurum) tərəfindən müəyyən edilən fərqlənmə nişanları ilə təmin olunacaqlar.

Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq edə biləcəklər.

Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına aid bölməsində və daxili su hövzələrində balıqçılıq sahəsində mühafizə və dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə gəmiləri, minik avtomobillərini və digər nəqliyyat vasitələrini satın almaq, icarəyə (kirayəyə) və əvəzsiz istifadəyə götürmək hüququna malik olacaq.

Sahibkarlara münasibətdə balıqçılıq sahəsində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Balıqçılıq subyektləri və obyektləri, habelə balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri barədə və balıqçılıq sahəsində idarəetmənin və nəzarətin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində toplanacaq.

Balıqçılıq su obyektləri, o cümlədən vətəgə sahələri barədə məlumat daşınmaz əmlakın dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri məlumatlarının tamlığının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

Next

Dövlət başçısından daha bir FƏRMAN

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv