Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Avropadakı rekord istilər Azərbaycana da gələcək? – Açıqlama

By Vüsal Rafiqoğlu
29.06.2026 2 Min Read

Avropada son günlər müşahidə olunan rekord istilər bir sıra ölkələrdə həyatı iflic edib. Rumıniyada qırmızı təhlükə səviyyəsi elan olunub, İtaliya, Fransa, İspaniya və Yunanıstanda isə temperaturun 40 dərəcəni keçməsi fonunda əhaliyə ciddi xəbərdarlıqlar edilir. Dünya Meteorologiya Təşkilatı (WMO) da Avropanın dünyanın ən sürətlə istiləşən qitəsi olduğunu və ekstremal istilərin tezliyi, intensivliyi və davametmə müddətinin artacağını bildirir.

Bəs oxşar ekstremal istilər Azərbaycanda da müşahidə oluna bilərmi?

Publika.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, uzunmüddətli hava proqnozları çox vaxt özünü doğrultmur:

“İki ay əvvəldən havanın necə olacağını dəqiq söyləmək mümkün deyil. Təcrübəmdə dəfələrlə müxtəlif proqnozlar səsləndirilib, lakin sonradan onların əksəriyyəti özünü doğrultmayıb. Buna görə də indidən bu yay Azərbaycanda mütləq ekstremal istilərin olacağını demək düzgün olmaz”.

Ekoloq qeyd edib ki, bu ilin yaz mövsümündə Azərbaycanda müşahidə olunan yağıntılar ölkənin çoxillik iqlim xüsusiyyətlərinə uyğun olub:

“Azərbaycanda yağıntıların əsas dövrü qışın sonu, yazın əvvəli, eləcə də yazın sonu və yayın əvvəlinə təsadüf edir. Bu il də həmin tendensiya müşahidə olundu. Bəzi ərazilərdə yağıntının miqdarı normadan bir qədər artıq olsa da, bunu qeyri-adi hadisə hesab etmirəm. Azərbaycanda yüksək temperatur yeni hadisə deyil. Naxçıvanda, xüsusilə Culfa rayonunda, eləcə də bəzi Aran rayonlarında tarixən 40-45 dərəcə isti qeydə alınıb. Culfada 44 dərəcə, Naxçıvanın digər ərazilərində isə 42 dərəcəyə çatan temperatur müşahidə olunub”.

Ekspert bildirib ki, Avropada eyni temperatur göstəriciləri Azərbaycana nisbətən daha ağır nəticələrə səbəb olur:

“Avropanın iqlim şəraiti fərqlidir. Bir çox bölgələrdə havanın rütubəti yüksək olur. İsti hava ilə yüksək rütubətin birləşməsi insan orqanizmi üçün daha ağır şərait yaradır. Bundan əlavə, Avropa ölkələrində yaşlı əhalinin payı daha yüksəkdir və bu da isti hava dalğalarının təsirini artırır. Azərbaycanda hazırda təşvişə düşmək üçün əsas yoxdur. İndidən Avropadakı kimi ekstremal istilərin Azərbaycanda da olacağını söyləmək mümkün deyil. Havanın necə inkişaf edəcəyini zaman göstərəcək. Elmi baxımdan əvvəlcədən qəti proqnoz vermək doğru deyil”.

Bununla yanaşı, o, yüksək temperaturun müəyyən risklər yarada biləcəyini də vurğulayıb:

“İsti hava dövründə kondisionerlərdən istifadə artır. Bu isə elektrik enerjisinə tələbatı yüksəldir və müəyyən çətinliklər yarada bilər. Həmçinin yaşlı insanlar və sağlamlıq problemi olan şəxslər belə hava şəraitində daha diqqətli olmalıdırlar. Hazırkı yağıntılı dövr meşələr və bitki örtüyü üçün müsbət təsir göstərib. Hazırda rütubətli dövrdən keçirik. Qar və yağıntı ehtiyatları meşələrin və yaşıllıqların inkişafına müsbət təsir göstərib. Bakıda da bunu aydın görmək mümkündür. Ağaclar və yaşıllıq əvvəlki illərlə müqayisədə daha yaxşı vəziyyətdədir”.

Ənvər Əliyev Dünya Meteorologiya Təşkilatı və digər beynəlxalq qurumların proqnozlarına ehtiyatla yanaşdığını da bildirib:

“İqlim prosesləri çox mürəkkəbdir. Müxtəlif beynəlxalq proqnozlar var, lakin konkret bir ölkə üçün aylar öncədən dəqiq nəticə söyləmək mümkün deyil. Ona görə də vəziyyəti müşahidə etmək və mövsümün gedişinə uyğun qiymətləndirmə aparmaq daha düzgün yanaşmadır”.

Sonda ekspert vurğulayıb ki, Azərbaycanda tarixən yüksək temperatur halları müşahidə olunsa da, hazırkı məlumatlar ölkədə yaxın vaxtlarda Avropadakı kimi fövqəladə istilik ssenarisinin mütləq baş verəcəyini deməyə əsas vermir:

“Azərbaycanda 40-45 dərəcə temperatur yeni hadisə deyil. Belə şəraitdə insanlar illərlə işləyiblər. Hazırda təşvişə düşmək üçün əsas görmürəm. Gözləyək, yay mövsümü necə keçəcək, bundan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

Next

Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv