Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal

By Vüsal Rafiqoğlu
01.07.2026 2 Min Read

Xəbər verildiyi kimi, Aleksandr Alden ABŞ-nin Azərbaycandakı yeni səfiri ola bilər. O, Donald Tramp administrasiyasının müdafiə və immiqrasiya müqavilələri ilə əlaqəli böyük bir şirkət olan “Palantir”də işləyir və 25 milyon dollarlıq səhmə malikdir. Bu barədə NOTUS federal açıqlama sənədlərinə istinadla xəbər verib.

Trampın Azərbaycana səfir seçdiyi Aleksandr Alden kimdir? | Modern.az

Bu ayın əvvəlində Tramp tərəfindən səfir vəzifəsinə namizəd göstərilən Alden 2021-ci ildən “Palantir”in baş məsləhətçisi vəzifəsində çalışıb. Əgər Azərbaycanda səfir kimi təsdiqlənərsə, Alden 90 gün ərzində “Palantir”dəki səhmlərini satmaq, şirkətdən istefa vermək və ödənilməmiş səhmlərindən imtina etmək öhdəliyini götürüb.

Alden “Palantir”də işləyərkən həm də dövlət katibi Marko Rubioya xüsusi dövlət işçisi kimi məsləhət verib. Dövlət Departamenti NOTUS-a bildirib ki, təsdiqlənərsə, Alden “etik müqaviləsinin bütün şərtlərinə tam əməl edəcək”.

Son maliyyə ilində “Palantir”, ICE ilə böyük texnologiya müqavilələri də daxil olmaqla, təxminən 1 milyard dollarlıq dövlət müqavilələri alıb. Şirkət, həmçinin, ABŞ-də qanunsuz olmaqda şübhəli bilinən miqrantları axtarmaq üçün proqram təminatı hazırlayıb. Bundan əlavə, “Palantir” ABŞ ordusunun İrana qarşı müharibənin ilk günlərində hədəfləri seçmək üçün istifadə etdiyi hərbi süni intellekt platforması Maven Smart Systems-i yaradıb. Bu ilin əvvəlində Tramp həmçinin şəxsən “Palantir” səhmləri ilə milyonlarla dollarlıq ticarət aparıb.

Bəs Konqresin ermənipərəst üzvləri bu məqamı (namizədin müdafiə nəhəngi “Palantir”lə əlaqəsi) əsas götürüb onun səfir təyinatına əngəl yarada bilərlərmi?

Elşad Musayev vətəndaşları qəbul edib

Deputat Elşad Musayev namizədin təsdiq olunacağını gözləyir. Onun fikrincə, Tramp dönəmində ermənilər Konqresə təsir edə bilməyib: “Hətta Bayden dövründə də onların fəallığı ciddi nəticə vermirdi. İndi isə ABŞ-dakı erməni lobbisinin təşəbbüsləri suya düşür. O baxımdan, səfir postuna namizədin bundan əvvəl hansı vəzifədə işləməsindən asılı olmayaraq, Senatda respublikaçıların üstünlüyü ilə təsdiqlənəcəyinə ümid edirəm”.

E.Musayev hesab edir ki, səfirin fəaliyyəti önəmlidir, lakin onsuz da Azərbaycan-ABŞ münasibətləri inkişafdadır: “Hazırda Cənubi Qafqazın heç bir ölkəsində amerikalı səfir yoxdur. Amma ABŞ-nin ən geniştərkibli diplomatik heyəti İraqdan sonra Ermənistandadır. Yəni səfirsiz belə ABŞ bu ölkədə təsir gücünü artırır və Rusiyanı sıxışdırır. Eləcə də Azərbaycanda Mark Libbinin gedişindən sonra səfir vəzifəsi boşdur, amma əlaqələrimiz yüksəlişdədir. Bu baxımdan, düşünürəm ki, yeni səfirin təyinatında ciddi problem olmamalıdır. Çünki əvvəllər erməni lobbisi keçmiş Qarabağ məsələsi üzərindən qərəzli şəkildə təyinata əngəl olmağa çalışırdı. Hazırda Azərbaycan və Ermənistan sülh dövrünə qədəm qoyub və səfirin kimliyi ciddi təftiş mövzusu olmamalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilibFOTO

Next

Tovuzda 32 yaşlı kişi qətlə yetirildi

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv