Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Davamlı sülhün ən vacib şərtlərindən biri

By Vüsal Rafiqoğlu
01.07.2026 3 Min Read

1988-ci ildən başlayarq Ermənistanın Azərbaycana qarşı irəli sür­düyü əsassız ərazi iddiaları və həyata ke­çirdiyi hərbi təcavüzlə ölkəmiz silahlı münaqişəyə cəlb edildi. Münaqişə davam etdiyi müddətdə mülki azərbaycan­lı əhali kütləvi şəkildə qətlə yetirildi, əsir-girov götürüldükdən sonra qeyri-insa­ni şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplə­rindən kənar rəftara məruz qoyuldu. Bütün bu hallar xeyli sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb oldu.

Xatırladaq ki, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar qeydiyyata alınmış itkin düşmüş şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə İkinci Qarabağ müharibəsində itkin düşüb. İtkin düşənlərin 3 222-si hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var.

Bəli, bu gün 4000-dən çox insanın ailəsi onilliklərdir ki, əzizlərinin yolunu gözləyir.  Amma Ermənistan hələ də itkin düşmüş şəxslərin taleyi, həmçinin kütləvi məzarlıqların dəqiq yerləri barədə heç bir məlumat vermək istəmir. Bütün bunlara baxmayaraq rəsmi Bakı itkin düşənlərin taleyi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çağırışlar etməkdədir. Bu da bir daha Azərbaycanın itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet hesab etməsini təsdiqləyir.  Şübhəsiz, bu problemin həlli eyni zamanda Ermənis­tan-Azərbaycan münasibətlərinin normallaşdırılması baxımından da vacibdir. Daha doğrusu, postmünaqişə dövründə davamlı sülhə nail olmağın ən mühüm şərtlərindən biri məhz bu problemdir. Odur ki, Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq bu məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Prezident İlham Əliyevin sözləri ilə desək, bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyevin itkin düşmüş doğmalarımızın taleyinə aydınlıq gətirilməsi sahəsində həyata keçirdiyi tədbirlər, şəhid və itkin düşmüş şəxslərin ailərinə göstərdiyi diqqət və qayğı, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Dövlət Komissiyası tərəfindən həyata keçirilən axtarış və qazıntı işləri, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirmə işlərinin aparılması itkin düşmüş şəxslərin ailələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Onu da qeyd edək ki, Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib. Bu günədək aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub. Bu il iyunun 30-na olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Bununla da 30 ildən artıq cisimləri Vətən torpağına qarışan insanlar dövlətinə, xalqına və ailələrinə qovuşub. Dəfn edilənlərdən 181-i hərbçi, 45-i isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14-ü qadın, 2-si isə azyaşlı olub. Yaxın günlərdə də şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidimizin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək.

Bütün bunlar barədə iyunun 30-da Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bir daha söz açılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun moderatorluğu ilə keçirilən tədbirdə itkin düşmüşlərin probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərin davam etdirildiyi bildirilib. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bombergerin də iştirak etdiyi tədbirdə Q. Əhmədov vurğulayıb ki, cari ilin oktyabr ayında da Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır: “Xüsusilə qeyd etmək istəyirəm ki, 2024-cü və 2025-ci illərdə Azərbaycanda keçirilmiş beynəlxalq konfransların yekun sənədləri BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb. Bu, Azərbaycanın itkinlər mövzusuna ayırdığı diqqətə BMT strukturlarının verdiyi dəyərdir”. Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov bildirib ki, Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllində dünyaya açıqdır və  Ermənistan tərəfi ilə bu sahədə əməkdaşlığa hazırdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rəsmi Bakıdan Ermənistanın gizlətdiyi faktlarla bağlı mühüm açıqlama

Next

Azərbaycan oxucularına Birinci Türkoloji Qurultaya həsr olunmuş monoqrafiya təqdim edilib

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv