Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rəqəmsal intizam təhsildə nəyi dəyişəcək?

By Vüsal Rafiqoğlu
01.07.2026 3 Min Read

Ekspert: Mobil telefonlardan dərs zamanı istifadənin məhdudlaşdırılması şagirdlərin diqqətini dərsə yönəltməklə tədrisin keyfiyyətini artıracaq

Məktəblərdə mobil telefon və digər elektron cihazlardan istifadə uzun illərdir təhsil mühitində ən çox müzakirə olunan məsələlərdən biri idi. Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi şagirdlərin tədris prosesində diqqətinin yayınması, dərs intizamının pozulması, sosial şəbəkələrdən və oyunlardan həddindən artıq istifadə kimi problemləri də gündəmə gətirib. Bununla yanaşı, mobil cihazların təhsil məqsədilə düzgün və nəzarətli istifadəsinin əhəmiyyəti də müasir tədris prosesinin əsas tələblərindən biri hesab olunur.

Məhz bu amillər nəzərə alınaraq Elm və Təhsil Nazirliyinin Kollegiyası məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydaları təsdiqləyib. Yeni sənəd şagirdlərin dərs vaxtı mobil telefon, planşet, ağıllı saat, noutbuk və digər daşına bilən elektron qurğulardan istifadəsini qadağan etməklə yanaşı, onların məktəb daxilində hansı hallarda və hansı şərtlərlə istifadə oluna biləcəyini də dəqiq müəyyənləşdirir. Qaydalara əsasən, dərs müddətində bu cihazlar söndürülmüş və ya səssiz rejimdə məktəbin müəyyən etdiyi saxlama yerlərində saxlanılacaq, yalnız müəllimin icazəsi və nəzarəti altında tədris məqsədləri üçün istifadə edilə biləcək. Fövqəladə və ya sağlamlıqla bağlı zəruri hallarda isə mobil cihazlardan informasiya mübadiləsi məqsədilə istifadə olunmasına imkan veriləcək.

Qərarın əsas məqsədi məktəblərdə tədris mühitini daha səmərəli təşkil etmək, şagirdlərin diqqətini dərs prosesinə yönəltmək, rəqəmsal texnologiyaların yaratdığı riskləri minimuma endirməklə yanaşı, onların təhsil prosesində faydalı alət kimi istifadəsini də təmin etməkdir. Eyni zamanda, qaydaların pozulması zamanı cəzalandırıcı yanaşmadan daha çox profilaktik tədbirlərə üstünlük verilməsi, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və şagirdlərlə maarifləndirici işlərin aparılması nəzərdə tutulur. Bu dəyişikliklər məktəblərdə rəqəmsal intizamın formalaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir və yeni tədris mühitinin tələblərinə uyğun balanslı yanaşmanı əks etdirir.

Texnologiya qadağan edilmir, istifadəsi düzgün çərçivəyə salınır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, burada əsas məqam “texnologiyanı qadağan etmək” deyil, onun məktəb mühitində məqsədyönlü və nəzarətli istifadəsini təmin etməkdir: “Son illərdə müşahidə edirik ki, mobil telefonlar və digər elektron cihazlar şagirdlərin diqqətinin yayınmasına, dərs prosesində iştirak səviyyəsinin azalmasına, eləcə də sosial şəbəkələr və oyunlar səbəbindən vaxtın səmərəsiz istifadəsinə gətirib çıxarır. Bu baxımdan dərs müddətində cihazlardan istifadənin məhdudlaşdırılması müəllimin tədris prosesini daha effektiv idarə etməsinə, şagirdlərin isə diqqətini dərsə cəmləməsinə kömək edəcək. Eyni zamanda, bu qərarın yalnız intizam baxımından deyil, uşaqların rəqəmsal təhlükələrdən qorunması baxımından da əhəmiyyəti böyükdür. Xüsusilə məktəb yaşlı uşaqların zərərli məzmun, kibertəhdidlər və sosial şəbəkələrin yaratdığı psixoloji təsirlərdən qorunması dövlətin prioritet istiqamətlərindən biridir. Bu mənada qərarın Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların qorunmasına dair tapşırıqlarının icrası çərçivəsində qəbul edilməsi də təsadüfi deyil”.

Rəqəmsal mədəniyyət məktəb, müəllim və valideyn əməkdaşlığı ilə formalaşır

Pərvanə Qədimova qeyd etdi ki, qaydalarda vacib bir balans qorunub: “Texnologiya tamamilə tədrisdən çıxarılmır. Müəllimin nəzarəti altında və tədris məqsədi ilə mobil və elektron cihazlardan istifadə mümkündür. Müasir təhsil rəqəmsal bacarıqların inkişafını tələb edir və bu baxımdan texnologiya düzgün zamanda, düzgün məqsədlə istifadə olunmalıdır. Düşünürəm ki, bu qaydaların uzunmüddətli təsiri yalnız qadağanın tətbiqindən deyil, onun necə icra olunacağından asılı olacaq. Məktəb, müəllim və valideyn eyni mövqedən çıxış etdikdə şagirdlərdə rəqəmsal mədəniyyət, məsuliyyətli texnologiya istifadəsi və özünənəzarət kimi bacarıqlar formalaşacaq. Qaydalarda maarifləndirmə tədbirlərinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzularının da yer alması məhz buna xidmət edir”.

Yeni qaydalar təhlükəsiz və səmərəli təhsil mühitinə xidmət edir

Təhsil eksperti diqqətə çatdırdı ki, bu qərar təhsildə texnologiyaya qarşı deyil, onun daha təhlükəsiz, daha səmərəli və pedaqoji məqsədlərə uyğun istifadəsinə yönəlmiş bir yanaşmadır. Düzgün tətbiq olunduğu təqdirdə, onun həm tədrisin keyfiyyətinin yüksəlməsinə, həm şagird intizamının möhkəmlənməsinə, həm də məktəblərdə daha sağlam və təhlükəsiz təhsil mühitinin formalaşmasına mühüm töhfə verəcəyinə inanıram.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gündən qüvvədədir: Pensiya sistemində mühüm dəyişiklik

Next

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində oldu – FOTO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv