Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ölkəni cənginə alan DƏRMAN reklamları – Təhlükədən NECƏ qorunmalı?

By Vüsal Rafiqoğlu
02.07.2026 3 Min Read

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif dərman preparatları və qida əlavələrinin reklamları geniş yayılıb. Bəzi reklamlarda həmin vasitələrin həkim müayinəsi və ya məsləhəti olmadan qəbul edilə biləcəyi vurğulanır. Mütəxəssislər isə xəbərdarlıq edir ki, bu cür reklamlara aldanaraq dərmanların özbaşına qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər.

Məsələ qanunvericilik baxımından dəqiqləşdirilməlidir. Əgər Azərbaycan qanunvericiliyi belə reklamların yayımlanmasına icazə vermirsə, o zaman haqlı sual yaranır: bu reklamlar niyə televiziya kanallarında və digər platformalarda yayımlanır?

Azərbaycanda vəkillərə elektron order verilməsi təklif olunur

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycan qanunvericiliyi dərman preparatlarının reklamı ilə bağlı konkret məhdudiyyətlər müəyyənləşdirir: “Reseptlə satılan dərman vasitələrinin reklamı qadağandır. Belə preparatlar yalnız həkimlər və əczaçılar üçün nəzərdə tutulmuş peşəkar nəşrlərdə reklam oluna bilər. Bioloji aktiv qida əlavələri isə hüquqi baxımdan dərman hesab edilmir. Buna görə də onların reklamında “xəstəliyi müalicə edir” kimi ifadələrdən istifadə oluna bilməz. Reklamlarda yalnız qida əlavəsi və ya profilaktik vasitə olduğu göstərilməlidir”.

Vəkilin sözlərinə görə, bu sahədə qanunvericilik kifayət qədər aydındır və Nazirlər Kabineti də müvafiq ekspertiza qaydalarının sərtləşdirilməsi ilə bağlı tapşırıqlar verib: “Reklam haqqında qanunvericilik və digər normativ aktlar bu məsələləri tənzimləyir. Eyni zamanda, səhiyyə orqanlarından müvafiq lisenziya almamış və ya qida təhlükəsizliyi qeydiyyatından keçməmiş məhsulların reklamı qanunla qadağandır. Çünki belə məhsullar insan sağlamlığı üçün risk yarada bilər və onların istifadəsi yalnız həkim tərəfindən fərdi qaydada müəyyən edilməlidir”.

Ekspert bildirib ki, qanun pozuntularına görə inzibati məsuliyyət də nəzərdə tutulur:

“Bu hallarla bağlı Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi-Əczaçılıq Agentliyi nəzarət həyata keçirir. Qanun pozuntuları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət yaradır və kifayət qədər yüksək cərimələr tətbiq oluna bilər. Bununla belə, praktikada nəzarət və araşdırmaların əksəriyyəti vətəndaşların şikayətləri əsasında aparılır”.

Bəxtiyar Hacıyev qeyd edib ki, belə hallarda cinayət məsuliyyəti nəzərdə tutulmasa da, mülki-hüquqi məsuliyyət yarana bilər: “Əgər hər hansı preparatın və ya qida əlavəsinin reklamına aldanaraq onu qəbul edən şəxsin sağlamlığına zərər dəyərsə, həmin şəxs vurulmuş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu, maddi məsuliyyət yaradır. Lakin hazırkı qanunvericilikdə belə reklamların yayılmasına görə birbaşa cinayət məsuliyyəti nəzərdə tutulmur. Hər hansı əməl yalnız Cinayət Məcəlləsində ayrıca cinayət kimi müəyyən edildiyi halda cinayət məsuliyyəti yarada bilər”.

Vəkilin fikrincə, xüsusilə lisenziyası və xüsusi icazəsi olmayan məhsulların reklamına nəzarət daha da gücləndirilməlidir: “Təəssüf ki, bəzi hallarda xüsusi icazəsi olmayan, hətta satışı qadağan edilən məhsulların reklamı ilə də rastlaşırıq. Hesab edirəm ki, bu sahədə nəzarət mexanizmi daha effektiv işləməli, yalnız qanunvericiliyin tələb etdiyi bütün icazələri alan məhsulların reklamına yol verilməlidir”.

Dünyanın bir çox ölkəsində dərman vasitələrinin və qida əlavələrinin reklamı ciddi qaydalarla tənzimlənir. Xüsusilə reseptlə satılan dərmanların geniş ictimaiyyətə reklamı əksər inkişaf etmiş ölkələrdə qadağandır. Məsələn, Avropa İttifaqına üzv ölkələrdə reseptli dərman preparatları yalnız tibb işçilərinə yönəlik peşəkar nəşrlərdə tanıdıla bilər. ABŞ isə bu məsələdə istisna sayılır. Burada reseptli dərmanların televiziya və digər kütləvi informasiya vasitələrində reklamına icazə verilsə də, reklamda preparatın mümkün yan təsirləri, riskləri və istifadə qaydaları mütləq şəkildə açıqlanmalıdır. Dərman reklamlarına ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) ciddi nəzarət edir.

Qida əlavələrinin reklamı da bir çox ölkədə xüsusi tələblərə tabedir. Avropa İttifaqı, Böyük Britaniya, Kanada və Avstraliyada belə məhsulların reklamında onların xəstəlikləri müalicə etdiyi və ya sağaltdığı barədə iddialar irəli sürmək qadağandır. İstehsalçı yalnız elmi cəhətdən sübut edilmiş və rəsmi qurumlar tərəfindən təsdiqlənmiş sağlamlıq bəyanatlarından istifadə edə bilər. Əks halda məhsulun reklamı dayandırılır, istehsalçı və ya yayımlayan media orqanı yüksək məbləğdə cərimələnə bilər.

Beynəlxalq təcrübə göstərir ki, əsas məqsəd reklamı tam qadağan etmək deyil, istehlakçını yanlış və əsassız məlumatlardan qorumaqdır. Buna görə də bir çox ölkədə dərman və qida əlavələrinin reklamı səhiyyə qurumlarının nəzarəti altında həyata keçirilir, reklam mətnləri əvvəlcədən yoxlanılır və insanlarda “tam sağaldır”, “100 faiz effekt verir”, “həkimə ehtiyac yoxdur” kimi yanlış təsəvvür yaradan ifadələrə yol verilmir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Euronews”: Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur

Next

“Haber Global” İlham Əliyevlə Ursula Fon der Lyayenin görüşü barədə süjet hazırlayıb

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv