Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

23 ilin nəticəsi ortadadır- “Milli maraqlardan geri çəkilmədi”

By Vüsal Rafiqoğlu
03.07.2026 3 Min Read

Medianın İnkişafı Agentliyinin 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə və vətəndaşların dövlət başçısına münasibətinə dair keçirdiyi ictimai rəy sorğusu cəmiyyətdə yüksək etimadın davam etdiyini göstərib. Sorğunun nəticələrinə görə, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərir, 93,6 faizi onun fəaliyyətini müsbət qiymətləndirir, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab edir.

Musavat.com bildirir ki, bu göstəricilər təkcə statistik rəqəmlər deyil, həm də uzun illər ərzində həyata keçirilən dövlət siyasətinin, qəbul olunan strateji qərarların və ölkənin inkişaf istiqamətində görülən işlərin cəmiyyət tərəfindən necə dəyərləndirildiyini əks etdirir.

Yüksək ictimai etimadın əsas səbəbləri sırasında ilk növbədə Prezident İlham Əliyevin milli maraqları prioritet hesab edən, prinsipial və uzaqgörən siyasəti göstərilir. Dövlət başçısının xalqla qarşılıqlı etimada əsaslanan idarəçilik modeli, qərarlarında vətəndaşların maraqlarını ön planda saxlaması və gücünü xalqın dəstəyindən alması da bu etimadı möhkəmləndirən əsas amillərdəndir.

Sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin qətiyyətli lider obrazı, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qazandığı nüfuz da vətəndaşların münasibətində mühüm rol oynayır. Respondentlər onun rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişafını, müasir ordu quruculuğunu, dövlətin dayanıqlığının möhkəmlənməsini və ölkənin regional lider mövqeyini yüksək qiymətləndirirlər.

İctimai etimadı gücləndirən əsas amillərdən biri də Azərbaycanın müstəqil xarici siyasət kursu və beynəlxalq nüfuzunun artmasıdır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin liderliyi ilə əlaqələndirilən ən mühüm nailiyyətdir.

Bununla yanaşı, mürəkkəb beynəlxalq şəraitdə ölkədə sabitliyin, təhlükəsizliyin və ictimai asayişin qorunması, Azərbaycanın davamlı inkişafını təmin edən siyasətin həyata keçirilməsi də vətəndaşların dövlət başçısına yüksək etimad göstərməsinin başlıca səbəbləri sırasında qeyd olunur.

Beləliklə, sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevə olan yüksək ictimai dəstək təkcə cari siyasi vəziyyətlə deyil, uzunmüddətli dövlət idarəçiliyi, iqtisadi inkişaf, milli təhlükəsizlik, müstəqil xarici siyasət və tarixi nailiyyətlər fonunda formalaşmış ictimai münasibətin ifadəsidir.

Sabiq millət vəkili, Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevə yüksək etimad 2003-cü ildən etibarən keçirilən bütün seçkilərdə öz əksini tapıb: “Bu baxımdan, son sorğu da daxil olmaqla, indiyə qədər ictimai rəyin öyrənilməsi zamanı ortaya çıxan nəticələr reallığa adekvatdır. Həqiqətən də Prezident İlham Əliyevə etimadın səviyyəsi 90 faiz civarındadır, hətta daha çox olduğunu əminliklə deyə bilərik. Mütləq əksəriyyət onun daxili və xarici siyasətini bəyənir, dəstəkləyir və 80 faizdən çox insan onun alternativinin olmadığı fikrindədir”.

Keçmiş deputat onu da diqqətə çatdırıb ki, 20 ildən artıq dövrün mənzərəsini özündə əks etdirən bu rəqəmlər İlham Əliyev epoxasının nəticəsidir: “Azərbaycanın siyasi, iqtisadi, ideoloji baxımdan nəhəng inkişafı məhz onun -İlham Əliyevin liderliyi altında baş verib və bu dövrün canlı şahidi xalqdır, buna görə rəy sorğularında Prezidentə mütləq dəstək ən təbii hal, onun siyasətinə verilən qiymətin statistik ifadəsi hesab oluna bilər. Əliyevin damğasını vurduğu 23 illik dövrün konkret nəticələrə əsaslanan təhlilini apardıqda hər şeyi görmək mümkündür. Hər bir ölkədə sosial, yaxud iqtisadi vəziyyətdən öncə məhz milli maraqların toxunulmazlığı əsas streotipdir. Sosial-iqtisadi, yaxud daxili və xarici siyasətdə atılan addımlar milli maraqlara əsaslandığı halda cəmiyyətin tam etimadını qazanmaq mümkün olur, bunun əksi, yaxud hansısa məqamda kiçik də olsa, atılacaq yanlış addım və ya veriləcək qərar bütün ictimai rəyi kökündən dəyişdirə bilər. İctimai rəydə Prezident İlham Əliyevə dəstəyin 2003-cü ildən başlayaraq, yüksələn xətlə artmasının təməlində məhz bu faktor – milli maraqların müdafiəsi dayanır. İlham Əliyev heç bir xarici təzyiq qarşısında geri çəkilmədən, milli maraqlara əsaslanan müstəqil siyasət kursundan imtina etməməklə xalqın etimadını, inamını qazandı”.

Cavanşir Abbaslı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda çörəyin içindən görün nə çıxdı – FOTOLAR

Next

İtkin şəhidlərimiz dəfn olundu – VİDEO/FOTO

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv