Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ağır qəzanın ağrısı və ağır cəzası – Həlak olan da yazıqdır, sağ qalan da

By Vüsal Rafiqoğlu
03.07.2026 4 Min Read

“Arzum”-qəza-cəza söhbəti çox böyüdü. Hər gün bir neçə dəfə bu cür qəzaların baş verdiyi ölkədə heç belə şey olmamışdı.

Bu ictimai ajiotajın, mübahisələrin bir neçə ciddi səbəbi var.

Birincisi tiktoker qadının bu cür cəzalanadırılmasının presedent ola biləcəyi ehtimalıdır.

Hər gün yüz minlərlə sürücü öz şəxsi avtomobilinin sükanı arxasına keçərək küçə və yollara çıxır və heç kəsin “Arzum” təxəllüslü İlduzə Hüseynova kimi görünməmiş qəzaya uğramaqdan sığortası yoxdur.

Bu cür qəzalar bir anın içində, şimşək parıltısı kimi baş verir, sönür və bəzilərinin həyatını söndürür, bəzilərinin həyatını qaraldır.

Məmləkət insanı anlayır ki, hər yol qəzasından sonra insanlar bu cür ağır şəkildə cəzalandırılsalar, ildə minlərlə sürücü həbsxanaya düşər.

Söz yox, avtoxuliqanlara, eləcə də sükan arxasında canavara dönən, başqa yol iştirakçılarının, piyadaların həyatına təhlükə törədən potensial qatillərə heç bir güzəşt olmamalıdır və onlar yollardan biryolluq yığışdırılmalıdır, amma təsadüfən baş verən qəzalara yanaşma başqa olmalıdır.

İ.Hüseynovanın düçar olduğu qəza o qədər də təsadüfi sayılmaz. Burada tiktoker qadının da təqsiri və məsuliyyət payı var. Ancaq yayılmış videolardan da görünür ki, əsas təqsir qəza zamanı həlak olan Amal adlı gəncdə olub.

Yaşayış məntəqəsinin içində sürət həddini iki dəfədən çox aşmaq “gəlirəm” deyən qəzanın tam özüdür. Adam avtomobilini tormozlasa da, 70-80 metr boyunca texnikanı ram edə bilmir və gedib divara çırpılır. O cür sürət birmənalı şəkildə başqa yol iştirakçılarının, yol keçən piyadaların, səkiylə gedənlərin, yol kənarında ticarət-xidmət obyektlərində işləyənlərin qəsdinə durmaqdır.

Düzdür, “Arzum” ehtiyatsız manevr etməsə, böyük ehtimalla Amal həmin sürətlə irəliləyib mənzil başına çatacaqdı, amma həmin vaxt hansısa piyada yolu keçmək istəsə necə olacaqdı? O sürətlə şütüyən avtomobil piyadanı vurardısa, ikincinin sağ tikəsi ələ gəlməyəcəkdi. Bu zaman kimi günahlandıracaqdıq? Əlbəttə ki, maşınla ralliyə çıxan avtopilotu. Amma indi onu müdafiə edənlər də var.

Ümumiyyətlə, iki yol iştirakçısının düçar olduğu qəzaların tam əksəriyyətində heç vaxt günah yalnız bir tərəfdə olmur. Əsasən tərəflərin ikisində də təqsir olur – ya bərabər şəkildə, ya da birində az, o birində çox. Qalmaqala səbəb olmuş qəzada isə təqsirin həlledici şəkildə çox hissəsi həlak olan gəncdədir. Bu, birmənalıdır.

İ.Hüseynovanın əsas təqsiri uzaqdan gələn maşının sürətini hesablaya bilməməsidir. Bu isə ona görədir ki, avtomobil heç də X km\saat sürəti ilə gəlmir, saniyə ilə ölçülən külək sürəti ilə gəlir. Qadın bir sağa, bir sola baxana qədər uçan avtomobil onu haqlayıb və maşınların yüngül toxunuşu bəs edib ki, mərhum sürücü idarəetməni itirsin.

Azərbaycanlı sürücülərin, demək olar ki, hamısı işə gedib-gələrkən yollarda vaxtaşırı fors-major hallarla qarşılaşır, qəza şəraitinə düşürlər. Onları ölümdən yalnız aşağı sürətləri və vaxtında tormozlama etmələri xilas edir. Fakr budur ki, yollar intizamsız və məsuliyyətsiz sürücülərlə doludur. Maşının maşına çatmasına 5 metr qalmış yola çıxan sürücülər olur – həm də işıq siqnalı vermədən. Bu halda toqquşmanın qarşısını yalnız düz yolla normal sürətlə hərəkət edən sürücünün çevikliyi alır.

Mərhum sürücünün çəkib-yaydığı videokadrlar göstərir ki, o, sürət və manevr aludəçisi olub. Bəzi videokadrlarda onun sürücü kimi ustalığının üst səviyyədə olduğu sezilir. Amma bu texnikadır, yoldur, hər tindən adamın qarşısına bir təhlükə çıxa bilər, ona görə də ustalığa etibar yoxdur. Yüksək sürət ən iti beyinin düzgün qərar qəbul etmək imkanını məhdudlaşdırır, ən cəld əl-ayaq hərəkətləri belə müddəti bir neçə salisə çəkən qəza anından salamat qurtulmağa bəs etmir.

Ötən ilin iyununda Mərdəkanda baş verən faciəvi qəzada məhz bu hal yaşanıb.

Gənc övladı həyatdan vaxtsız gedən valideynlərin və onun həyat yoldaşının ruh halını təsəvvür etmək çətin deyil. Onlar sarsılmış durumdadırlar və birdəfəlik pozulmuş növraqlarının möhnətini yaşayırlar. Ona görə də onların digər qəza iştirakçısını – “Arzum”u bağşlayacaqlarını gözləmək olmaz. Xüsusilə də ona görə ki, tiktoker qadın zərərçəkən tərəfin gözləntilərini (maddi kompensasiya, üzrxahlıq tələbini) yerinə yetirməyib.

Bu kimi hallarda zərərçəkən tərəfin fikrini dəyişən yeganə yüngülləşdirici hal zərər vuranın səmimi peşmançılıq ifadə etməsi, itkiyə məruz qalmış adamlardan dönə-dönə üzr istəməsi, ailənin düşdüyü zərərin maddi hissəsini qarşılaması olur. Bunun qarşısında “məndə heç bir günah yoxdur, kim nə bilirsə, etsin” demək, qarşı tərəfin öz şikayətindən geri çəkilməməsinə rəvac verir.

İlduzə Hüseynovanın ağır cəza almasında bu detal – qarşı tərəfin israrlı şəkildə şikayətçi olması da rol oynayıb.

Yaxın tanışın başına gəlmiş ağır bir qəzada cəzanın xeyli yüngül olması presedentinə toxunaraq qeyd edək ki, həmin faciəvi qəzada sağ qalan tərəf həlak olanın ailəsinə sona qədər maddi yardım göstərmiş, mərhumun dəfn və hüzr məclislərini təşkil etmiş, onun məzarının üstünü götürmüş, bu yolla ailənin şikayətçi olmamasını təmin etmişdi. Bununla yanaşı, başqa yüngülləşdirici detalların nəzərə alınmasıyla təqsirkar sürücüyə məntəqə tipli cəzaçəkmə yerində 4 illik cəza təyin edildi.

Yəni qəzaya düçar olmuş insan gərək təqsirinin ölçüsündən asılı olmayaraq, konstruktiv mövqe tutsun, qarşı tərəfin hiss-həyəcanlarını da nəzərə alsın və düzələn işi pozmaq moduna girməsin.

Bununla belə, pərdə arxasında olub-bitənlərin təfərrüatına varmadan da görmək olar ki, tiktoker qadına kəsilən cəza lazım olduğundan sərtdir. O, sadəcə, düz yoldan burulub evinə getmək istəyirdi, başqa birinin tələsməsi səbəbindən indi yolu həbsxana düşüb.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri…

Next

Moruğun bu faydalarından xəbəriniz var?

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv