Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sosial şəbəkələrlə bağlı yeni meyarlar belə olacaq

By Vüsal Rafiqoğlu
03.07.2026 3 Min Read

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Mehriban Vəliyeva Teleqraf-a müsahibəsində uşaqların sosial şəbəkələrdən istifadəsi zamanı qarşılaşa biləcəkləri mümkün zərərli informasiyalardan necə qorunması, hüquqi müstəvidə tənzimlənən qaydalardan danışıb.

Publika.az müsahibəni təqdim edir:

– Mehriban xanım, 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinə dair qanun layihəsinin effektivliyi ilə bağlı nə düşünürsünüz?

– 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasının məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünü ilk növbədə uşaqların müdafiəsinə yönəlmiş mühüm sosial siyasət tədbiri kimi qiymətləndirirəm. Müasir dövrdə sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və özünüifadə baxımından geniş imkanlar yaratsa da, eyni zamanda uşaqların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə bilən riskləri də özündə ehtiva edir. Qanun layihəsinin mahiyyəti sosial şəbəkələrə qadağa tətbiq etmək deyil, yaş yoxlanılması mexanizmlərinin yaradılması və uşaqların zərərli məzmunlardan qorunmasıdır. Bu baxımdan məsələyə uşaqların hüquqlarının məhdudlaşdırılması kimi deyil, onların təhlükəsiz rəqəmsal mühitdə böyüməsinin təmin edilməsi kimi yanaşmaq lazımdır. Diqqətəlayiq haldır ki, dünyanın bir çox ölkələrində oxşar tənzimləmələr artıq qəbul edilir və ya müzakirə olunur. Avstraliya, Fransa, Böyük Britaniya, ABŞ-ın bir sıra ştatları, Norveç, İspaniya, Türkiyə və digər ölkələr bu istiqamətdə konkret addımlar atırlar. Bu isə göstərir ki, problem qlobal xarakter daşıyır və Azərbaycanın həyata keçirdiyi tənzimləmə beynəlxalq təcrübə ilə uzlaşır. Qanunun 12 aylıq keçid müddəti ilə tətbiq olunması da xüsusi əhəmiyyət daşıyır. Bu müddətdə həm sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, həm texniki həllərin hazırlanması, həm də valideynlərin və uşaqların maarifləndirilməsi həyata keçiriləcək. Bütün bunlar qanunun effektiv tətbiqinə xidmət edən vacib amillərdir.

– Artıq bir çox ölkələrdə bununla bağlı məhdudiyyətlər tətbiq edilir. Uşaqların zərərli vərdişlərdən və infomasiyalardan, eyni zamanda onların düşüncəsinə yad olan paylaşımlardan uzaq saxlanılması üçün atılan bu addımın mütərəqqiliyi ilə bağlı yanaşmalar nədən ibarətdir?

– Bu təşəbbüsün mütərəqqiliyi ondan ibarətdir ki, o, rəqəmsal texnologiyaların inkişafına qarşı deyil, həmin inkişafın yaratdığı risklərin idarə olunmasına yönəlib. Müasir dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri uşaqların təhlükəsiz informasiya mühitində böyüməsini təmin etməkdir. Bu gün uşaqların siqaretə, alkoqollu içkilərə, soyuq silahlara və pornoqrafik məzmunlara çıxışı qanunvericiliklə məhdudlaşdırılır. Bu məhdudiyyətlər heç vaxt hüquqların pozulması kimi deyil, uşaqların sağlamlığının və rifahının qorunması kimi qiymətləndirilib. Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi də eyni məntiqdən irəli gəlir. Azərbaycan bu istiqamətdə yeni hüquqi müstəvi yaratmır, əksinə, 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun davamı olaraq mövcud müdafiə mexanizmlərini rəqəmsal mühitə uyğunlaşdırır. Məqsəd uşaqları dezinformasiyadan, kibertəhdidlərdən, virtual zorakılıqdan, zərərli çağırışlardan və psixoloji təsirlərdən qorumaqdır. Mövzunun aktuallığı dünya liderlərinin çıxışlarında da öz əksini tapır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin qeyd etdiyi kimi, məsələ gənclərin sosial mediaya çıxışından çox, sosial medianın gənclərə nə dərəcədə təsir etməsindədir. Norveç Baş naziri Jonas Gar Størenin vurğuladığı kimi, uşaqların uşaqlığını alqoritmlərin və ekranların nəzarətinə verməmək müasir dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. Bu baxımdan qəbul edilən dəyişikliklər uşaqların təhlükəsizliyi, sağlam inkişafı və gələcəkdə daha məsuliyyətli rəqəmsal vətəndaş kimi formalaşmaları üçün mütərəqqi və zamanın çağırışlarına uyğun addım hesab edilə bilər.

– Uzun illər pedaqoji sahədə çalışan şəxs kimi gələcəyimiz olan uşaqların elmi və sağlam rəqabət şəraitində formalaşmasında bu kimi meyarların tətbiqinin effektivliyini necə dəyərləndirirsiniz?

– Hesab edirəm ki, uşaqların intellektual və mənəvi inkişafında yaş dövrlərinin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Hər bir uşağın dünyagörüşünün formalaşması, analitik düşüncə bacarıqlarının inkişafı və sosial münasibətlər sisteminə inteqrasiyası müəyyən mərhələlər üzrə baş verir. Erkən yaşlarda nəzarətsiz sosial şəbəkə istifadəsi uşaqların diqqətinin dağılmasına, asılılıq meyillərinin yaranmasına, sosial ünsiyyət bacarıqlarının zəifləməsinə və yanlış davranış modellərinin mənimsənilməsinə səbəb ola bilər. Buna görə də uşaqların ilk növbədə ailə, məktəb və sağlam sosial mühit vasitəsilə formalaşması daha məqsədəuyğundur. 16 yaşadək yaş məhdudiyyəti və 16-18 yaş arasında valideyn razılığı mexanizmi uşaqların rəqəmsal mühitə mərhələli şəkildə hazırlanmasına xidmət edir. Bu yanaşma onların informasiya savadlılığını artırmaqla yanaşı, gələcəkdə sosial şəbəkələrdən daha məsuliyyətli və təhlükəsiz istifadə etmələrinə imkan yaradır. Sağlam rəqabət, elmi düşüncə və mütərəqqi ideyalar ilk növbədə keyfiyyətli təhsil, mütaliə, idman, yaradıcılıq fəaliyyəti və canlı sosial münasibətlər üzərində formalaşır. Dövlətin həyata keçirdiyi bu tənzimləmələr də məhz uşaqların sağlam şəxsiyyət kimi yetişməsinə, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın tələblərinə cavab verən vətəndaşlar kimi formalaşmasına xidmət edir. Ona görə də bu qanunvericilik təşəbbüsünü uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların gələcəyinə yönəlmiş preventiv və strateji investisiya kimi qiymətləndirirəm.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək

Next

Prezident nazirə general-leytenant rütbəsi verdi

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv