Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Orqan bağışlamaq savabdır, yoxsa günah?

By Vüsal Rafiqoğlu
04.07.2026 3 Min Read

Tanınmış bloqerin vəfat edən bacısının orqanlarının bağışlanması cəmiyyətdə müxtəlif reaksiyalar doğurdu. Bu hadisə orqan donorluğunun dini baxımdan necə qiymətləndirildiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Görəsən, İslam dini orqan bağışlanmasına necə yanaşır?

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, İslam dini insanın doğulduğu andan vəfatına qədər həyatının bütün mərhələlərini əhatə edir:

“Din yalnız ibadətlə bağlı hökmləri deyil, eyni zamanda insanın sağlamlığına, bədəninə, onun qorunmasına və bu əmanətlə necə davranılmasına dair göstərişlər verir. Sağlam bədən Allahın insana bəxş etdiyi ən böyük nemətlərdən biridir. Uca Allah bu neməti insana lütf olaraq verib ki, o, saleh əməllər etsin, ibadətlərini yerinə yetirsin və Qiyamət günü Rəbbinin hüzuruna savabla gəlsin. Peyğəmbər Məhəmməd səlləllahu aleyhi və səlləm buyurmuşdur ki, insanların əksəriyyətinin qədrini bilmədiyi iki nemət sağlamlıq və boş vaxtdır. Başqa hədisdə isə bildirilir ki, hər kim səhəri sağlam bədənlə, evində əmin-amanlıq və həmin günün ruzisi ilə açarsa, sanki bütün dünya ona verilmişdir. Bu da göstərir ki, sağlamlığın qədrini bilmək və onu qorumaq ibadət qədər mühüm əhəmiyyət daşıyır”.

O bildirib ki, hazırda orqan nəqli mövzusu dünyanın müxtəlif ölkələrində geniş müzakirə olunur:

“Bu məsələ tibbi, hüquqi və dini baxımdan mürəkkəb və çoxşaxəli xarakter daşıyır. İslam ölkələrində də bu mövzu ilə bağlı fərqli yanaşmalar mövcuddur və alimlər arasında fikir ayrılığı var. Alimlərin bir qismi müəyyən şərtlər daxilində orqan nəqlini caiz hesab etdiyi halda, digərləri bunun dinin ruhuna uyğun olmadığını bildirirlər. Mənim qənaətimə görə, bu məsələyə yalnız bir istiqamətdən baxmaq düzgün deyil. Onu Qurani-Kərimin prinsipləri, Peyğəmbərin (s) hədisləri və fiqh alimlərinin müasir elmi nəticələrə əsaslanan rəyləri birlikdə nəzərə alınmaqla qiymətləndirmək lazımdır.

İslamda insan həyatı ən yüksək dəyər hesab edilir. Qurani-Kərimdə buyurulur ki, kim bir insanın həyatını xilas edərsə, sanki bütün insanları diriltmiş kimidir (Maidə, 32). Bu ayə göstərir ki, bir nəfərin həyatını qorumaq bütün bəşəriyyətə xidmət etmək mənası daşıyır. Elə buna görə də İslam hüququnun beş əsas məqsədindən biri insan həyatının qorunmasıdır. Bu baxımdan, əgər orqan köçürülməsi bir insanın həyatını xilas edirsə, bu, dinin əsas hədəflərindən birinə xidmət etmiş sayılır”.

O deyib ki, müasir dövrdə yaşayan bəzi alimlər bu məsələyə başqa cür yanaşırlar:

“Onlar bildirirlər ki, əgər orqan köçürülməsi insan həyatını xilas etmək məqsədi daşıyırsa və donorun və ya onun ailəsinin razılığı varsa, bu əməl caiz hesab edilə bilər. Burada əsas götürülən prinsip zərərin aradan qaldırılması və insan həyatının qorunmasıdır. Peyğəmbərin (s) “Nə zərər vermək, nə də zərərə zərərlə cavab vermək olar” hədisi də bu mövzuda əsas fiqhi dəlillərdən biri sayılır. Əgər orqan nəqli insanlara fayda gətirir, heç kimə zülm və zərər vermirsə, bu, İslamın mərhəmət və xeyirxahlıq prinsiplərinə zidd hesab olunmur.

Xüsusilə beyin ölümü adlandırılan vəziyyətlə bağlı orqan köçürülməsi ayrıca müzakirə olunur. Tibbi baxımdan bu hal beynin bütün fəaliyyətinin tam və geri dönməz şəkildə dayanması deməkdir. Ürək süni cihazların köməyi ilə işləməyə davam etsə də, insanın həyati funksiyaları artıq bərpa olunmur. Müasir İslam alimlərinin əksəriyyəti hesab edir ki, əgər beyin ölümü tibbi və hüquqi baxımdan tam təsdiqlənibsə, fiqh baxımından bu, ölüm sayılır və belə vəziyyətdə orqan köçürülməsinə icazə verilə bilər. Canlı donordan orqan götürülməsi məsələsində isə məsuliyyət daha ağırdır. Əgər bir şəxs öz böyrəyini və ya digər orqanını könüllü şəkildə başqa bir insanın həyatını xilas etmək məqsədilə bağışlayırsa və bu, onun sağlamlığına təhlükə yaratmırsa, həmin əməl din baxımından caiz və savab sayılır. Lakin bu addım donorun həyatını təhlükəyə atacaq və ya sağlamlığına ciddi zərər vuracaqsa, orqan vermək haram hesab edilir. Çünki Qurani-Kərimdə buyurulur ki, öz əllərinizlə özünüzü təhlükəyə atmayın.

Beləliklə, İslamda orqan nəqli ilə bağlı nə tam qadağa, nə də tam sərbəstlik mövcuddur. Burada əsas meyar niyyət, məqsəd, şərait və nəticədir. Əgər bütün şərtlər yerinə yetirilir, əməliyyat şəffaf şəkildə və insan ləyaqətinə hörmət edilərək həyata keçirilirsə, bu, dini baxımdan qəbul edilə bilər. Əksinə, orqan ticarəti, razılıqsızlıq, zorakılıq, hörmətsizlik və tibbi sui-istifadə halları varsa, bunlar həm dini, həm də əxlaqi baxımdan qadağandır”, – deyə o qeyd edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər – SƏBƏB

Next

Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibətilə təbrik etdiFOTO

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv