Cəmiyyət 

Məktəbdə yandırılan şagirdin son vəziyyəti açıqlandı

Bakının 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Musavat.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, şagirdin vəziyyəti ağırdır. “20.04.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – məlumatda deyilir. Qeyd edək ki, ötən gün sözügedən məktəbdə insident baş verib. Səhər saatlarında 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına yanıq xəsarəti yetirib. Məlumata görə,…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyidən XƏBƏRDARLIQ: Kollektiv immuniteti qorumaq üçün…

“İmmunizasiya həftəsinin əsas məqsədi cəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti barədə məlumatlılığı artırmaq və insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtında vaksinasiya olunmağa təşviq etməkdir”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin epidemioloqu Əlcəfər Cəfərov açıqlayıb. Onun sözlərinə görə, hər il bu mövzuya xüsusi diqqət ayrılmasının səbəbi, kollektiv immuniteti qoruyub saxlamaqla kütləvi epidemiya risklərinin qarşısını almaq və qarşısı alına bilən xəstəliklər səbəbindən yaranan fəsadları minimuma endirməkdir: “Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarını gücləndirməyə və peyvənd təqvimindən…

Read More
Cəmiyyət 

Nazirlikdən valideynlərə müraciət: Peyvənd olunmamış uşaq daim risk altındadır

“Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq immun müdafiəni bərpa etmək mümkündür”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim epidemioloqu Əlcəfər Cəfərov açıqlayıb. Onun sözlərinə görə, peyvənd qrafikində yaranan boşluğu doldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağın yaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir: “Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır, sadəcə qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildə tamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiə səviyyəsinə çatması üçün dozalararası…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə edilib

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K. Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə…

Read More
Cəbhədən Xəbər 

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. XTQ komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov tədbirdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin – Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatını, bütövlükdə Şanlı…

Read More
Cəmiyyət 

Azərbaycanda bu internet provayderlərinin fəaliyyəti dayandırıldı

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb. Musavat.com xəbər verir ki, bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir. Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib. Xatırladaq ki, “Skynet” 2023-cü ilin aprel ayında, “Robonet” MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb. Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub. Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Read More
Gündəm 

Əli Əsədov iclas keçirdi – FOTOLAR

Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Musavat.com xəbər verir ki, iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.…

Read More
Siyasət 

TƏCİLİ! Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Read More
Cəmiyyət 

Qanunsuz əməliyyat iddiaları: “Dr. Gülü” gizli pasiyent qəbul edir?

Ötən il “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılıb. Bununla bağlı Musavat.com-a daxil olan məlumatlarda bildirilir ki, sosial şəbəkələrdə özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva hazırda “Billur Estetik Mərkəz” adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. İddialara görə, burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur. Mənbənin sözlərinə görə, əvvəlki qalmaqallardan sonra onun fəaliyyətini dayandırdığı bildirilsə də, sonradan yeni sosial şəbəkə hesabları açaraq müştəri cəlbinə başlayıb. “Billur…

Read More
Siyasət 

Milli Məclisdən Belçika və Niderland parlamentlərinə SƏRT ETİRAZ

Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib, Azərbaycanın Milli Məclisi isə bu addımı qınayıb. Musavat.com xəbər verir ki, bu fikirlər Milli Məclisin məsələ ilə bağlı açıqlamasında yer alıb. “Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir”, – açıqlamada qeyd olunub. “Azərbaycan ilə Ermənistan arasında…

Read More