Cəbhədən Xəbər 

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir. “İki sahil” xəbər verir ki,  DSX-nin mətbuat mərkəzindən verilən xəbərə görə, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər. Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər: – Müddətli həqiqi hərbi xidmət keçmiş; – 30 yaşadək, fiziki cəhətdən sağlam; – Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün: Ünvan: Xızı rayonu, Sitalçay qəsəbəsi, “N” nömrəli hərbi…

Read More
Cəbhədən Xəbər 

Müdafiə nazirindən bayram təbriki

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Publika.az xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi islami dəyərləri özündə yaşadan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Hər il respublikamızda dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan, müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilmiş müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir. Ümummilli Lider…

Read More
Cəbhədən Xəbər 

Ödəniş edib əsgərliyə getmək istəməyənlərə MÜHÜM XƏBƏR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış qanunla məcburi olsa da, gələcəkdə müəyyən şərtlər daxilində ödəniş əsasında hərbi xidmətdən azadolma mexanizminin tətbiqi mümkün görünür. Türkiyə modelinə uyğun sistemin Azərbaycanda da tətbiqi yaxın illərdə gündəmə gələ bilər. Musavat.com xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib. “Hazırkı qanunvericilikdə vətəndaşın pul ödəyərək hərbi xidmətə getməməsinə imkan verən hər hansı norma yoxdur. Lakin alternativ xidmət haqqında qanunun hələ də tam qəbul edilməməsi bu istiqamətdə yeni dəyişikliklərin mümkünlüyünü gündəmdə saxlayır”. Ekspert bildirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Read More
Cəbhədən Xəbər 

Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib

Qazaxıstan Respublikası Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qazaxıstanlı qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək gül dəstələri qoyub, ehtiram nümayiş etdiriblər. Daha sonra Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hərbi təhsil…

Read More
Cəbhədən Xəbər 

Bərpa və yenidənqurmanın əsas təməli – Minatəmizləmə

Ermənistanın 30 illik işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur misli görünməmiş vandalizmə məruz qalıb. T   əkcə bir faktı qeyd edək ki, ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Verilən məlumatlara görə, hazırda bu ərazilərdə bir milyon yarımdan artıq mina və partlamamış hərbi sursat mövcuddur. Heç də təsadüfi deyil ki, beynəlxalq ekspertlər bu torpaqları dünyanın minalarla ən çox çirkləndirilmiş ərazilərindən biri hesab edirlər. Ermənistanın dəqiq mina xəritələrini verməkdən imtina etməsi nəticəsində postmünaqişə dövründə 425 mina qurbanı qeydə alınıb. Bunlardan 73 nəfər həyatını…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov generallarla birlikdə Türkiyəyə getdi – FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib. Musavat.com xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər. Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə generelları GÖRÜŞDÜ

Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib.  Musavat.com xəbər verir ki, görüşdə ölkələrimizin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin ordularımızın döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, bu cür tədbirlər hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılmasında, təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir. Tərəflər, həmçinin hərbi və hərbi-texniki sahələrdə həyata keçirilən birgə fəaliyyətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. Musavat.com xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi – FOTO – VİDEO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına müvafiq olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə…

Read More