Cəmiyyət 

Həcc ziyarətinə sənəd qəbulu dayandırıldı

Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb. Məlumata görə, 1500 yerlik kvota artıq tamamlanıb. Vüsal Cahangiri qeyd edib ki, sənəd qəbulu dayandırılsa da hələ də müraciət edənlər var: “Təəssüf ki, yer qalmayıb və bu şəxslər gələn ilə qalır”. Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də təşkil ediləcək. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Read More
Cəmiyyət 

Kartla ödəniş edənlərə PİS XƏBƏR – VİDEO

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir. Musavat.com xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq. Belə ki, yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25 %-i, yanacaq kateqoriyası üzrə 0.75 %-i, ümumi kateqoriyada isə 1.5 %-i səviyyəsində müəyyən olunub. Qeyd edək ki, banklar tərəfindən nağdsız ödənişlərə…

Read More
Gündəm 

Başlıbel qətliamından 33 il keçir

Ermənilərin törətdiyi Başlıbel qətliamından bu gün 33 il keçir. Musavat.com xəbər verir ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri…

Read More
Cəmiyyət 

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı – VİDEO

Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz. Musavat.com xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib. Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər: “Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi”. Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.…

Read More
Cəmiyyət 

Azərbaycan “kupça” bataqlığından çıxa bilmir – Səbəblər

Azərbaycanda daşınmaz əmlak sahibi olmaq yalnız tikinti ilə bitmir. Bu prosesin hüquqi müstəviyə keçməsi — yəni “çıxarış” (kupça) alınması hələ də minlərlə vətəndaş üçün çətin sınaq olaraq qalır. Baxmayaraq ki, bu sahədə şəffaflığı artırmaq üçün Prezident ardıcıl fərmanlar verir, sərəncamlar imzalatır, icra mexanizmindəki bürokratik boşluqlar əmlakları iqtisadi dövriyyədən kənarda saxlayır. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, torpaq sahəsinin təyinatının dəyişdirilməsi prosesi artıq tam elektronlaşdırılıb. Vətəndaşlar İqtisadiyyat Nazirliyinin e-services.economy.gov.az portalı vasitəsilə müraciət edə bilərlər. Prosesin nəzəri sxemi kifayət qədər operativ görünür. Müraciətlər “Digital login” və ASAN imza ilə təsdiq olunur. Bundan…

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 18-də, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun…

Read More
Cəmiyyət 

Bu gündən qatarlar Kürdəmirdə də dayanır: 1 saat tez

18 apreldən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. Məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir. Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib. Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur. Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan…

Read More
İdman 

Azərbaycanda iki komanda arasında insident düşdü, köməyə polis çağırıldı – VİDEO

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” qarşılaşması dramatik və gərgin anlarla yadda qalıb. Meydan sahiblərinin son dəqiqələrdə vurduğu bərabərlik qolu tərəflər arasında ciddi narazılığa səbəb olub. Oyunun əsas vaxtına əlavə olunmuş 90+4-cü dəqiqədə “Zirə”nin futbolçusu Brahim Konate hesabı bərabərləşdirib (1:1). Bu qoldan sonra “Neftçi”nin ehtiyat oyunçular skamyasında etirazlar baş qaldırıb. Baş məşqçi Yuri Vernidubun dördüncü hakimdən VAR-a baxılmasını tələb etməsinə cavab olaraq baş hakim İnqilab Məmmədov ona sarı vərəqə göstərib. Bundan daha da əsəbləşən və idman papağını yerə çırpan ukraynalı mütəxəssis birbaşa qırmızı vərəqə ilə meydandan…

Read More
Cəmiyyət 

Emosiyaları NECƏ İDARƏ EDƏK? – OXUYUN XƏBƏRİNİZ OLSUN

Həyatın çətin anlarında emosiyaları idarə etmək və sakit qalmaq üçün müxtəlif praktiki üsullar mövcuddur. Psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bu üsulları izah edib. Onun sözlərinə görə, ən effektiv metodlardan biri dərin və ritmik nəfəs alma texnikalarıdır. Bu üsul sinir sistemini sakitləşdirir və panika hissini azaldır. Psixoloq bildirib ki, emosiyaları basdırmaq əvəzinə onları qəbul etmək daha sağlam yanaşmadır. Qısa fasilələr vermək, vəziyyətdən uzaqlaşmaq və fiziki hərəkət etmək emosional gərginliyi azaldır. Təranə Paşayeva əlavə edib ki, düşüncələri yazmaq və ya bölüşmək insanın daxili rahatlamasına kömək edir. Bu üsulların müntəzəm tətbiqi onların…

Read More
Siyasət 

Prezidentin köməkçisi: “Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir”

“Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir”. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “ADF 2026” çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib. Hikmət…

Read More