Cəmiyyət 

Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı – Daha nələr olacaq?

Ötən gün Qubaya güclü qar, Bakı və Abşerona isə şiddətli dolu yağıb. Aprel ayında ölkə ərazisində qış havasının müşahidə olunması çoxsaylı suallar doğurub. Azərbaycan təbiətində nə baş verir? Bizi daha hansı sürprizlər gözləyir? Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, proseslər təsadüfi deyil və arxasında həm mövsümi atmosfer dəyişiklikləri, həm də qlobal iqlim transformasiyaları dayanır: “Azərbaycan coğrafi mövqeyinə görə müxtəlif hava kütlələrinin kəsişdiyi regionda yerləşir. Yaz ayları isə xüsusilə keçid dövrü hesab olunur. Bu dövrdə şimaldan soyuq…

Read More
Cəmiyyət 

Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar – ARTACAQ

Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1.5-3 dəfə artım əmsalları tətbiq ediləcək.

Read More
Cəmiyyət 

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı,…

Read More
Cəmiyyət 

Onlar müdir müavini təyin edildilər

Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub. Musavat.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib. Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb. 2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb. 2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin…

Read More
Cəmiyyət 

Yanvar-mart aylarında 11,5 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin I rübü ərzində 11.5 min şəxsə əlillik təyin edilib. Musavat.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Onlardan 5.3 min şəxsə ilkin, 6.2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Read More
Cəmiyyət 

Abad Balaxanıya… gölməçə yollarla – FOTOLAR, VİDEO

Bura paytaxtın ən çox turist cəlb edən, tarixi və abadlığı ilə fəxr etdiyimiz Balaxanı qəsəbəsidir. Amma bir fərqlə… Bu gördüyünüz foto, videolardakı görüntülər qəsəbənin əsas giriş yoludur. Son illərdə aparılan genişmiqyaslı bərpa və abadlıq işlərindən sonra Balaxanı özünün rəngarəng küçələri, tarixi abidələri və təmizliyi ilə paytaxtın vizit kartlarından birinə çevrilib. Lakin qəsəbənin daxili küçələrindəki bu gözəllik, sakinlərin hər gün istifadə etdiyi əsas yola çıxan kimi kəskin bir təzadla əvəzlənir. Qəsəbənin ən işlək nəqliyyat damarı sayılan 216 saylı marşrut xətti (Balaxanı – Koroğlu m/st) hər gün yüzlərlə sərnişini mənzil başına çatdırır.…

Read More
Gündəm 

Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? – VACİB AÇIQLAMA

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir. Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunur. Onun sözlərinə görə, dünyada baş verən proseslərin ölkədaxili tariflərə birbaşa təsiri mümkün deyil. “Enerji qiymətlərinin artması dünya üçün problem olsa da,…

Read More
Siyasət 

Prezident qanun imzaladı

“Uşaq hüquqları haqqında” yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişikliklər təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham ƏLiyev bununla bağlı Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlara dəyişiklikləri imzalayıb. “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada…

Read More
Cəmiyyət 

İndi də bu VİRUS gəlir – Uşaqlara TƏHLÜKƏ…

Dünyanın bir neçə ölkəsində COVID-19 koronavirus infeksiyasının qeyri-rəsmi olaraq “Tsikada” (BA.3.2) adlandırılan yeni variantı yayılmaqdadır. Məlumata görə, artıq ABŞ, Böyük Britaniya və Avstraliya da daxil olmaqla 20-dən çox ölkədə yoluxma halları qeydə alınıb. Mütəxəssislər bu variantın xüsusiyyətlərini və yayılmasını araşdırmağa davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, uşaqlar xüsusilə risk altında ola bilərlər, baxmayaraq ki, “Tsikada”nın digər ştamlardan daha təhlükəli olduğuna dair hələlik heç bir dəlil yoxdur. Simptomlar tanış olaraq qalır: qızdırma, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, əzələ ağrıları, halsızlıq, nəfəs darlığı və ishal. “Tsikada”nın genetik xüsusiyyətləri əvvəlki…

Read More