Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist…
Qanunvericiliyə əsasən, Azərbaycanda partiya qurmaq üçün ən azı 5000 üzv tələb olunur. Azərbaycanda bu şərti ödəyən 26 partiya Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Siyasi partiyaların uğuru əksər hallarda onların rəhbərlərinin bilik, təcrübə və şəxsi keyfiyyətlərindən asılı olur. Partiya sədrlərinin ixtisasları da ictimai idarəetmə baxımından böyük əhəmiyyət daşıyır. Bəs Azərbaycandakı siyasi partiya sədrləri hansı ixtisaslara malikdirlər? Musavat.com xəbər verir ki, modern.az saytı mövzunu araşdırıb. Yeni Azərbaycan Partiyasının (YAP) sədri Prezident İlham Əliyevdir. O, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri…
Read More