Cəmiyyət 

Naxçıvanda qar örtüyünün qalınlığı 88 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikasında (MR) 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib. “İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub. Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb. Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12…

Read More
Cəmiyyət 

Kiçik dəyişikliklər həyatınızı xilas edə bilər

Yeni elmi araşdırmanın nəticələrinə görə, gecə 8-9 saatlıq yuxu yatmaq sadə və sağlam həyat tərzi vərdişləri ilə birlikdə tətbiq edildikdə ürək tutması riskini 50 faizdən çox azalda bilər. Tədqiqatda qeyd olunur ki, kifayət qədər yuxu ilə yanaşı, gündə təxminən 42 dəqiqə orta və yüksək intensivlikli fiziki aktivlik və balanslı qidalanma rejimi də risklərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Hətta gecə əlavə cəmi 11 dəqiqə yatmaq, 4-5 dəqiqə sürətli gəzinti və gündəlik müəyyən miqdar tərəvəz qəbulu belə ürək-damar xəstəlikləri riskini təxminən 10 faiz azalda bilər. Mütəxəssislərin sözlərinə görə, orta və yüksək…

Read More
Cəmiyyət 

İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq

İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb. Musavat.com bildirir ki, bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib. Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır. Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır. Bunlara ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək…

Read More
Hadisə 

TƏCİLİ! Xəzərdə ZƏLZƏLƏ olduYENİLƏNİB

Xəzər dənizində bu gün 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib. Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 25 kilometrdir. *** Xəzər dənizində 3,8 maqnitudalı daha bir zəlzələ olub. Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 5 kilometrdir. Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər…

Read More
Cəmiyyət 

Qohum evliliyi davam edir – Qanun niyə işləmir…

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Yalnız bu deyil, ayrı-ayrı rayonlarda qohum evliliklərinin gizli şəkildə aparılması iddiaları var. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar, o cümlədən baba və nənələri ortaq olanlar arasında nikah qanunla qadağan olunub. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur. Bəs bu qadağaya nə dərəcədə…

Read More
Cəmiyyət 

Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı

Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanılıb. Qaydalara əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslərə şamil ediləcək. Publika.az xəbər verir ki, müqəddəs şəhərə yalnız orada verilmiş “yaşayış icazəsi” olanlar, Həcc vizası və ya mövsüm ərzində orada işləmək üçün rəsmi icazəsi olan şəxslər buraxılacaq. Müvafiq qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək. Mövsüm ərzində işləyən əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada “Absher” və “Muqeem” portalları vasitəsilə verilir.

Read More
Cəmiyyət 

Azərbaycanda cərimələrlə bağlı yenilik tətbiq oluna bilər – Şad xəbər

Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir. Publika.az xəbər verir ki, bəzi sürücülər tez-tez cərimələndiklərini, hətta cərimələri ödəmək üçün kredit götürdüklərini deyirlər. Onların sözlərinə görə, son dövrlərdə cərimə məbləğlərində artım daha da hiss olunur və bu, ciddi narazılıq yaradır. Narazılıq yalnız sürücülərlə məhdudlaşmır. Piyadalar da tətbiq edilən cərimələrin yüksək olduğunu qeyd edir. Onların fikrincə, mövcud məbləğlər vətəndaşların gəlirləri ilə müqayisədə uyğun deyil. Mövzu ilə bağlı səsləndirilən təkliflərdən biri cərimələrin minimum əməkhaqqına…

Read More
Cəmiyyət 

Mübariz İbrahimovun bu görüntüləri trend oldu – VİDEO

Milli Qəhrəman Mübariz İbrahimovun sosial şəbəkədə arxiv videosu yayılıb. Kadrlarda Mübariz İbrahimov toyda görüntülənib. Xatırladaq ki, 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir Mübariz təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.//Lent.az

Read More
Cəmiyyət 

Ağcabədidə xalauşaqları evləndi – Araşdırmalar başladı

Ağcabədidə xalauşaqları evlənib. Avşar kəndində xalaoğlu ilə xalaqızının ailə qurması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb. Qurumdan bildirilib ki, qanunvericiliyə əsasən, yaxın qohumlar arasında nikahın qeydiyyatı aparılmır və belə şəxslər rəsmi ər-arvad statusu daşımırlar. Üstəlik, bu cür münasibətlər tərəfləri bir sıra hüquqlardan da məhrum edir. Hüquqşünasların sözlərinə görə, bu adətən mirasla bağlı məsələlərdə özünü göstərir: “Vərəsəlik, sosial təminat, o cümlədən tərəflər arasında münaqişələr yarandığı təqdirdə aliment öhdəlikləri ilə bağlı və s. məsələlərdə bir tərəfin digər tərəfə qarşı iddia qaldırmaq…

Read More
Cəmiyyət 

Aprel ayında Azərbaycana hava sürprizi – Ciddi risk var?

Aprel ayı olmasına baxmayaraq, Azərbaycanın bəzi ərazilərinə – Daşkəsən, Gədəbəy və Tovuza qar yağıb. Bu, xüsusilə kənd təsərrüfatında müəyyən problemlərin yaranması ehtimalını gündəmə gətirib. Bildirilir ki, vaxtsız qar səbəbindən əkilən məhsullar tələf ola bilər. Yaz aylarında qar yağmasının hansı zərərləri var? Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev danışıb. O deyib ki, şaxta məhsula ziyan vura bilər: “Son 10 gün ərzində yağan yağışlar intensiv olsa da, davamlı xarakter daşımayıb. Yağıntılar 2-3 gün davam edib, daha sonra fasilələrlə müşahidə olunub. Bu isə əkin sahələrinə ümumilikdə müsbət…

Read More