Bakıda və rayonlarda hava dəyişir: duman, külək, təzyiqin enməsi…
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə…
Read More