Region Xəbərləri 

Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin şəhidlərinin 40 mərasimləri keçirilib.

Bu gün Bərdə rayonundan olan Birinci Qarabağ müharibəsinin itkin şəhidləri – Hacıyev Qılman Surxay oğlunun rayonun Kələntərli kəndində, Vəliyev Hidayət İsa oğlunun rayonun Zümürxan kəndində, Dadaşov Dadaş Şərif oğlunun rayonun Otuzikilər kəndində və Ağdərə rayonundan olan Göyüşov Qurban Ramazan oğlunun rayonun Şirvanlı kəndində 40 mərasimləri keçirilmişdir.
Keçirilən mərasimlərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimlərdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunmuş, onların Vətənimizin ərazi bütövlüyü uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha çox xəbərlər