Cəmiyyət 

9 noyabr – Azərbaycan Dövlət Bayrağı günüdür

07 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Heydər Əliyev prospekti 38” Ərazi Partiya Təşkilatında 9 noyabr – “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib.   Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Ramiz Nəsirov qeyd edib ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının…

Read More
Cəmiyyət 

8 Noyabr – Azərbaycanlıların Şuşa yarasının sağaldığı şanlı tarix  

07 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatında 8 Noyabr – Şuşa Günü münasibətilə tədbir keçirilib.   Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının fəal üzvü, Vətən müharibəsi iştirakçısı Teyyub Carçıyev qeyd edib ki, Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu…

Read More
Cəmiyyət 

Vətən müharibəsi şəhidi İbrahim Cəfərovun ildönümündə xatirəsi anılıb

07 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Cəfərov İbrahim Şamil oğlunun ildönümüdür. Bu münasibətilə Yenigün kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.   Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Daha sonra tədbir iştirakçıları şəhid İbrahim Cəfərovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.  …

Read More
Cəmiyyət 

Kiberhücumlara qarşı Azərbaycan müdafiəsini gücləndirir – mütəxəssislər danışır

Azərbaycanda kiber təhlükəsizlik sahəsində son illər müəyyən irəliləyişlər əldə olunsa da, bu istiqamətdə hələ də ciddi problemlər qalmaqdadır. Xüsusən dövlət qurumlarının, təhsil müəssisələrinin və özəl sektorun informasiya sistemlərinin müdafiəsi tam yetkin səviyyədə deyil. Kiber hücumların, məlumat sızmalarının və fişinq halların artması rəqəmsal mühitin təhlükəsizliyini təhdid edir. Əsas problemlərdən biri də kiber savadlılığın zəif olması və bu sahədə ixtisaslı kadr çatışmazlığıdır. Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bu məsələyə toxunub: “İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır…

Read More
Cəmiyyət 

Vətəndaşların nəzərinə: Pensiya kapitalı bu qədər artacaq

Azərbaycanda gələn il üçün minimum pensiya məbləğinin artırılmayacağı açıqlanıb. Bu qərar sosial təminat sistemində müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, vətəndaşların fərdi pensiya kapitalına, yəni topladıqları sosial sığorta yığımlarına bunun təsirinin olub-olmayacağı maraq doğurur. Bəs gələn il pensiya kapitalı artacaqmı və bu məbləğ nəyə əsasən hesablanacaq? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, hökumət hər il inflyasiya səviyyəsini nəzərə alaraq pensiya kapitalının indeksləşdirilməsini həyata keçirir və bu, əmək pensiyalarının artımını təmin edir: “Pensiya kapitalı hər il əmək pensiyalarının indeksləşdirilməsi ilə paralel şəkildə artırılır. Yəni hökumət inflyasiyaya uyğun olaraq…

Read More
Cəmiyyət 

Sabah ilin ən güclü maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) alimləri 2025-ci ilin ən güclü geomaqnit qasırğasının noyabrın 7-də gözlənildiyini açıqlayıblar. Günəşdən Yerə doğru hərəkət edən plazma buludlarının ilkin hərəkət modeli, geomaqnit aktivliyinin ilkin proqnozu ilə birlikdə hazırlanıb. Hazırda proqnoz noyabrın 5-də gecə baş verən ən son, ən güclü alovları nəzərə almır və 24 saat ərzində onu gücləndirmək üçün yuxarıya doğru yenidən nəzərdən keçiriləcək. Qrafiklərdə nə göstərilməsindən asılı olmayaraq, noyabrın 7-də Yer ilin ən güclü geomaqnit qasırğasını və son illərin ən güclülərindən birini yaşayacaq. Alimlərin…

Read More
Cəmiyyət 

Qəşəm Nəcəfzadəyə vəzifə verildi

Tanınmış şair Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edilib. “Qafqazinfo” xəbər verir ki, təyinat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb. “Azərbaycan Prezidentinin 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncamı ilə Qəşəm Nəcəfov Audiovizual Şuranın üzvü təyin edilib”. Qeyd edək ki, Şuranın Q.Nəcəfzadə ilə birgə 6 üzvü var. Audiovizual Şuranın sədri İsmət Səttarovdur.

Read More
Cəmiyyət 

Elektrik mühərrikli avtomobillərin ƏDV-yə cəlb edilməsi bazara necə təsir göstərəcək?

Gələn ildən elektrik mühərrikli avtomobillərin idxalı və satışı əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Bu dəyişiklik avtomobil bazarında qiymət dinamikasına, istehlakçı davranışına və ümumi rəqabət mühitinə təsir göstərə bilər. ƏDV-nin tətbiqi elektrik avtomobillərinin qiymətlərinin artmasına, nəticə etibarilə isə satış tempinin müəyyən qədər zəifləməsinə səbəb ola bilər? Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, idxal olunan elektromobillər əlavə dəyər vergisinə cəlb ediləcəksə, təbii ki, bu növ nəqliyyat vasitələrinin qiymətində yüksəlmə olacaq. O, qeyd edib ki, elektromobillərin əlavə dəyər vergisinə cəlb edilməsi avtomobil bazarına ümumilikdə ciddi təsir etməyəcək. “Elektromobillərə bizim ölkədə…

Read More
Cəmiyyət 

Prezidentin qızları sərgi-satış yarmarkasında – Fotolar

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər. “Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər. Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai…

Read More