Cəmiyyət 

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? – VİDEO

Bəzi heyvan bazarları açılıb, Gürcüstandan diri heyvan idxalı və tranzitinə qoyulan qadağa ləğv edilib. Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bazarların açılması onların işini asanlaşdırıb. Amma, hazırda bazarda qiymətlərin nə enməsi, nə də qalxması müşahidə edilir. Ekspertlər bu addımın qiymətlərin sabit qalmasına kömək edəcəyini bildirirlər. Bununla yanaşı, uzunmüddətli sabitlik üçün yerli istehsalın artırılmasının vacibliyi də vurğulanır. O da əlavə edilib ki, subsidiya proqramlarının tətbiqinin genişləndirilməsi qiymətlərin enməsinə səbəb ola bilər.

Read More
Cəmiyyət 

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ – Bu ildən…

Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Musavat.com-un xəbərinə görə, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum…

Read More
Cəmiyyət 

Dövlət başçısı: Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb

Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. Dövlətimizin başçısı bildirib ki, yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.

Read More
Cəmiyyət 

Azərbaycana Yeni il gəldiVİDEO

Musavat.com xəbər verir ki, Azərbaycan 2026-cı ilə qədəm qoyub. Gecə yarısı ilə birlikdə ölkədə Yeni il rəsmən başlayıb. Yeni ilin gəlişi münasibətilə paytaxt Bakıda və regionlarda bayram ab-havası yaşanıb. Yeni ilin gəlişi atəşfəşanlıqla qarşılanıb. 2026-cı il “Alovlu qırmızı at ili” hesab olunur. Şərq təqviminə görə bu il daha çox dinamika, fəallıq və yenilənmə ilə xarakterizə edilir. Musavat.com

Read More
Cəmiyyət 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Read More
Cəmiyyət 

Bir tarix, bir yaddaş, bir millət: 31 dekabr Azərbaycan xalqının bölünməz ruhu

Məlum olduğu kimi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Bu gün bütün dünya azərbaycanlılarını bir ideya, bir tarixi yaddaş və bir milli kimlik ətrafında birləşdirən simvolik bir gündür. Bu tarix Azərbaycan xalqının parçalanmış taleyinə, sərhədlərlə ayrılmış coğrafiyasına və buna baxmayaraq sarsılmayan milli ruhuna işarə edir. 31 dekabr Azərbaycan üçün milli həmrəyliyin, tarixi ədalətsizliyə etirazın, birliyin və özünüdərkin rəmzidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu gün milli köklərə qayıdış, milli mənsubiyyətə sədaqət və ümumi gələcək üçün məsuliyyət hissini ifadə edir. Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi…

Read More
Cəmiyyət 

“Ölkəyə sağaldan yox, öldürən dərmanlar gətirilir” iddiası

Söhbət sistemli problemə çevrilməkdə olan təhlükəli tendensiyadan gedir Son vaxtlar Azərbaycanda dərmandan zəhərlənmə hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. İnsanlar artıq aptekdən aldıqları dərmanın onları sağaldacağına yox, təhlükə yarada biləcəyinə dair ciddi şübhələr keçirir. Hadisələrin sayı və xarakteri göstərir ki, söhbət tək-tük faktlardan deyil, sistemli problemə çevrilməkdə olan təhlükəli tendensiyadan gedir. Bu narahatlığı bir daha gündəmə gətirən hadisə paytaxtın Yasamal rayonunda baş verib. 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı mənzildə qəbul etdiyi dərmandan zəhərlənərək həyatını itirib. İlkin məlumatlara görə, ölümün səbəbi məhz qəbul edilən dərman preparatının orqanizmə mənfi…

Read More
Cəmiyyət 

Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR – AÇIQLAMA

Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Sosial şəbəkədə gedən müzakirələrə qoşulanların bir qismi quru sərhədlərin açılmalı olduğunu deyir, digərləri isə təhlükəsizliklə bağlı düşünərək, tələsik qərar verilməməli olduğunu bildirirlər. Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib. Musavat.com xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir: “Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün…

Read More