Zərdabda maşın kanala düşdü- 2 ölü, 4 yaralı
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com “Zerdabcom saytı”na istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, “Hyundai SantaFe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı hadisə yerində həyatını itirib.
Hadisə zamanı daha 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarətləri alıblar.

