Qızqaçırma adətinin dəyişən adı və maddəsi
Onda eşidirdin ki, kəndə hay düşdü: “Filankəsin oğlu Filankəsin qızını qaçırıb”. Mövzuyla bağlı polemikalar, diskussiyalar, debatlar və sair bu kimi söhbətlər başlayırdı. Mütləq kimsə deyirdi ki, onlar çoxdan alışıb-verişmişdilər, bir gün belə olacağı bəlliydi. Başqa biri aydırırdı ki, qızı başqasına nişanlayacaqmışlar, ona görə oğlan cəld tərpənib. Başqa biri qızın ailəsinin höcətlik etdiyi, qızı oğlana vermək istəmədiyi, bu üzdən gənclərin qəti addım atdıqlarını deyirdi. Oğlanın böyük qardaşı subay-salıq qaldığı halda qız qaçırması qızmışlığa yozulurdu. Qızın qardaşları camaatın içində and içirdilər ki, gədəni tutsalar, qanına bulaq edəcəklər. Kimsə də onlara təpinirdi ki,…
Read More