Cəmiyyət 

Bakının bu əraziləri qazsız qalacaq

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 26.08.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. “Azəriqaz”dan Musavat.com-a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Bir millətin iki serialı – nədə geri qalırıq?

Ayaz Salayev: “Təhsili olmayan, “məktəb”” keçməyən şəxslər seriallara çəkilir, ona görə də…” Türkiyə mədəniyyətinin ən güclü ixrac vasitələrindən biri sayılan seriallar dünya miqyasında rekord qırmağa davam edir. Ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, hazırda türk seriallarının tamaşaçı sayı 1 milyard nəfərə çatıb. Halbuki cəmi bir il əvvəl bu rəqəm iki dəfə az idi. Nazirin sözlərinə görə, hazırda 170 ölkədə yayımlanan türk serialları Amerika ilə rəqabətdə Türkiyəni dünya kino və televiziya sənayesinin əsas oyunçularından birinə çevirib. Məşhur “Möhtəşəm Yüzil” və ya “Sən çal qapımı” kimi layihələrin izləyiciləri…

Read More
Cəmiyyət 

Bu ərazidə 4 saat işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Musavat.com-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 26-da 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Read More
Cəmiyyət 

Daha bir ölkə dördgünlük iş rejiminə keçir – bəs bizdə?

İqtisadçı deyir ki, Azərbaycanda insanlar heç beşgünlük iş rejimini də bərpa edə bilmirlər, sahibkarlar çox vaxt işçilərini 6 gün işləməyə məcbur edirlər Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 min nəfərdən çox artıb. “Guardian” xəbər verir ki, Milli Statistika İdarəsi (ONS) 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışdığını bildirib. Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 mindən çoxdur. Həmçinin ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş həftəsinə…

Read More
Cəmiyyət 

Yod çatışmazlığı ilə bağlı bunları bilirsinizmi?

Müasir pəhrizdə qida istehsalındakı dəyişikliklər səbəbindən yod daha az olsa da, son vaxtlara qədər insanların çoxu kifayət qədər miqdarda yod istehlak edirdi. Ancaq son zamanlar tədqiqatçılar hamilə qadınlarda və uşaqlarda yod səviyyəsinin aşağı olduğunu, getdikcə artan yod çatışmazlığını bildirirlər. Yod çatışmazlığı çox ciddi qəbul edilməlidir. Bu yazıda yod çatışmazlığı və onun təsiri, həmçinin onun qarşısının alınması haqqında bilməli olduğunuz hər şeyi öyrənəcəksiniz. Maraqlıdır, yod çatışmazlığınız ola bilərmi? Yod çatışmazlığı nədir? Yod çatışmazlığı tiroid vəzinin düzgün işləməsi üçün lazım olan miqdarda yodun olmamasıdır. Qalxanvari vəzi nədir? Qalxanabənzər vəz boynun ön hissəsində…

Read More
Cəmiyyət 

Fasilənin gücü: Aramla yaşamaq psixi sağlamlığımızı necə qoruyur?

Yavaşlamaq bizə duyğularımızı, ehtiyaclarımızı hiss etməyə imkan verir. Bu, psixi rifahı qorumaq üçün həyati bir zərurətdir, türkiyəli klinik psixoloq İlayda Kutevu izah edib ki, insan ağlı istirahət etmədən daim tələsməklə sağlam qala bilməz. Yavaşlamaq bizə duyğularımızı hiss etməyə, ehtiyaclarımızı anlamağa və həqiqətən həyatda mövcud olmağa imkan verir. Müasir dünyada bu təcrübə getdikcə daha çox əhəmiyyət kəsb edir. Aramla yaşamaq Müasir həyat çox vaxt məşğulluğu müvəffəqiyyətlə eyniləşdirir. Kutevuya görə, bu daimi tələskənlik bəzən hisslərimizdən daha dərindən qaçmağı gizlədə və məşğul olmaqdan bir növ asılılığa səbəb ola bilər. Bir çoxları üçün dayanmaq…

Read More
Cəmiyyət 

Doğma nəfəs duyuncu dikəldi Dəmirçilər

Ata yurdu işğaldan azad edilmiş ərazilərdə olanlarımıza ithaf edirəm 2020-ci ilin 9 noyabr səhərinə ən gözəl səhər demişdim. O vaxtdan üzü bu yana səhər – Zəfər səsləşməsi dualarımın təkbiri olub. Mənə elə gəlib ki, (gəlir ki,) o vaxtdan sonra bütün uğurlar başlanğıcını 9 noyabr səhərinin dan yerindən götürür; ən gözəl səhərin işığını ruhumuzun yol göstərəni bilirik – Qubadlının Dəmirçilər kəndinə uğur üstəyik. İşğaldan qurtulmuş ərazilərdə bəzi yaşayış məntəqələrində müəyyən zəruri baxış – yoxlamalara, dəqiqləşdirmələrə görə sahili sahilə birləşdirən, mənzili ünvana yetirən körpüdə dayanmışıq. Uğur üstə olanlara elə gəlir ki, belə…

Read More
Cəmiyyət 

Kənd təsərrüfatında sudan israfçılığın qarşısı necə alınır?

Azərbaycanda quraqlığa davamlı məhsul sortlarının yetişdirilməsi istiqamətində ilkin uğurlu nəticələr var Dünyada ciddi narahatlıq yaradan su qıtlığı artıq qlobal  problemdir. Xüsusilə su israfının qarşısının alınması üçün indi bir çox ölkələrdə ciddi elmi araşdırmalar və pilot layihələr həyata keçirilir. Bu araşdırmalar nəticəsində məlum olub ki, ən çox su israfçılığı kənd təsərrüfatı sahəsində qeydə alınır. Məhz bu sahədəki sözügedən israfçılığın qarşısının alınması üçün yeni və innovativ metodlardan istifadəyə başlanılıb. Bəs bu istiqamətdə ölkəmizdə hansı yeniliklər mövcuddur? Qeyd edək ki, artıq aqrar sektorun modernləşdirilməsi istiqamətində ilkin addımlar atılmağa başlanılıb. Belə ki, ölkə fermerlərinə…

Read More
Cəmiyyət 

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub. “Azərbaycan müəllimi” xəbər verir ki, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz. Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur. Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil. Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyib ki, bütün siniflərdə dərs müddəti eynidir – 45 dəqiqə. Onun fikrincə, xüsusilə…

Read More
Cəmiyyət 

Bağça müəllimi olmaq istəyənlərin nəzərinə!

Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, 5593 namizədin iştirakı planlaşdırılan müsabiqə 29 imtahan mərkəzində təşkil olunacaq. Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.//Milli.Az

Read More