Cəmiyyət 

“Sədərək” ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib

“Sədərək” ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib. Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib. Məlumata əsasən, üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub. Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Read More
Cəmiyyət 

1300 abonentin qazı kəsiləcək – Bərpa tarixi bəlli deyil

Bu gün Sumqayıt şəhərində 1300 abonentin qazı kəsiləcək. Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də orta təzyiqli d-108 mm qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1300 abonentin qaz təchizatında fasilə yaranacaq. Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb./Report

Read More
Cəmiyyət 

Magistraturada 3 min yeri boş qoyan səbəb BU YAZIDA

2025-ci ilin magistratura imtahanlarının nəticələri ali təhsil sistemində diqqətçəkən mənzərəni ortaya qoyub. Plan yerlərinin xeyli hissəsi boş qalıb. Rəsmi məlumatlara əsasən, ümumilikdə 3700 boş yer üçün cəmi 1418 nəfər seçim edib. Onlardan isə yalnız 617 nəfər qəbul olub. Nəticədə təxminən 3000 yer boş qalıb. Bu statistika sual doğurur: nə üçün minlərlə gənc magistraturada təhsil almaq istəmir və ya qəbul ola bilmir? Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Musavat.com-a açıqlama verib. Onun sözlərinə görə, yerlərin boş qalmasının çoxşaxəli səbəbləri var: “Birinci problem ondan ibarətdir ki, magistraturanı bitirənlərlə bakalavr məzunları arasında…

Read More
Cəmiyyət 

Kəmaləddin Heydərov bu xanıma yüksək vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib. Qaynarifo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Şahhüseynov Aleksey Teymuroviç vəzifəsindən azad edilib. Onun yerinə Məmmədova Ləman Aydın qızı təyin olunub. Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə əyin olunmuşdu.

Read More
Cəmiyyət 

Medianın İnkişafı Agentliyində Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

25 avqust tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. O, həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs…

Read More
Cəmiyyət 

Səmərəli subsidiya siyasəti: İntensiv bağçılığa dövlət dəstəyi və meyvə ixracında artım dinamikası arasında əlaqə

Dövlət dəstəyinin gücləndirilməsi xarici bazarlara rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının ixracını təmin edir Azərbaycanda bağçılığa dövlət dəstəyinin artırılması, müasir standartlara uyğun intensiv bağların salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artmasına müsbət təsir edir. Aqrar Subsidiya Şurası 2019-cu ildən başlayaraq yeni salınmış intensiv bağların hər hektarına görə fermerlərə yüksək əmsallı subsidiyalar ayırır. Sonrakı illərdə isə intensiv bağlara əkin subsidiyası ilə yanaşı birdəfəlik əkin subsidiyası da verilir. İntensiv bağçılığa dövlət dəstəyinin artırılmasında məqsəd yeni intensiv və superintensiv bağların salınmasını stimullaşdırmaq, xarici bazarlara meyvə ixracını artırmaq, kənd təsərrüfatında müasir suvarma sistemlərinin…

Read More
Cəmiyyət 

Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR

Bakıda yeni metro stansiyasının təmir işləri davam edir. Şərti adı “B-04” olan layihə çərçivəsində stansiyanın strukturu, tunellərin birləşdirilməsi və digər texniki işlər sürətlə aparılır. Bəs yeni stansiyada işlər nə yerdədir və stansiyanın açılışı nə zaman baş tutacaq? Məsələ ilə bağlı “Bakı metropoliteni QSC”dən News24.az-a bildirildi ki, yeni stansiyanın tikintisi sürətlə davam edir: “Xəttin layihə adı “B-04″ olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər görülür. İnşaat işlərinin…

Read More
Cəmiyyət 

Xəbəri olmadan bağban vəzifəsində işləyir – Tragikomik hadisəVİDEO

İşləmir, lakin 150 manat maaş aldığı göstərilir. ARANTV.AZ  Xəzər TV-yə istinadən məlumat verir ki, belə bir vəziyyətlə paytaxtda yaşayan Qəbələ rayon sakini Fərhad Bayramov üzləşib. Onun sözlərinə görə, heç bir yerdə işləmir. Amma rəsmi olaraq işlədiyi müvafiq sistemdə qeyd olunub. Hətta 150 manat məbləğində məvacib aldığı göstərilir. Fərhad Bayramov bildirib ki, rəsmi iş yerində adı olduğundan onu digər yerlərə işə qəbul etmirlər. O, bununla bağlı lazımi yerlərə müraciət etdiyini də deyir. Hüquqşünaslar isə bildiriblər ki, belə halla üzləşən vətəndaşlar mütləqdir ki, əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Qanuna uyğun olaraq həmin…

Read More
Cəmiyyət 

Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu – VİDEO

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb. ARANTV.AZ xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib. O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb. Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub. O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib. Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub. Ətraflı “Baku Tv”-nin videomaterialında:

Read More