Cəmiyyət 

Orqanizmi təmizləyən və arıqladan UCUZ VASİTƏ – VİDEO

Aktivləşdirilmiş kömür tibdə çoxdan istifadə olunur və çox effektli və ziyansız vasitə kimi tanınır. Kömür bağırsaqlarda olan ziyanlı maddələri özünə hopdurur və çölə çıxardır. ARANTV.AZ  bildirir ki, kömür zəhərlənmə zamanı ən tanınmış ilk tibbi yardım vasitəsidir. Həmçinin kömür profilaktik vasitə kimi də istifadə oluna bilər. Kömür orqanizmdən toksinlər, şlaklar, radionukleidlər, ağır metalların duzları və s. ziyanlı maddələri çıxardır, arıqlamağa kömək edir, dərinin vəziyyətini yaxşılaşdırır. Profilaktik məqsədlə kömür gündə 1 dəfə səhər yeməkdən əvvəl qəbul olunur. 10 kq bədən çəkisi üçün 1 həb götürülür. Məsələn, çəkiniz 62 kq olduqda – 6…

Read More
Cəmiyyət 

Bu kənd məktəbinin bütün məzunları tələbə oldular

Zərdab rayonunun Şirvani adına İsaqbağı kənd tam orta məktəbinin builki məzunları fərqləniblər. Tam orta məktəbi bitirən 10 məzunun hər biri ali təhsil ocaqlarına qəbul olub. Belə ki, məzunlar Bakı Dövlət Universitetində, Milli Aviasiya Akademiyasında, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan İdman Akademiyasında, və Gəncə Dövlət Universitetində təhsil alacaqlar. (oxu.az)

Read More
Cəmiyyət 

Qarpız qabığının sirri: Yaponların uzun ömrünün GİZLİ resepti

ARANTV.AZ  xəbər verir ki, əksər ölkələrdə zibil kimi atılan qarpız qabığı Yaponiyada sözün əsl mənasında şəfa deposu kimi qiymətləndirilir. Yapon bazarlarında qarpız dilimlərinin yaşıl qabıqları xüsusi qablaşdırılaraq satılır və alıcıların böyük marağına səbəb olur. Niyə bu qədər dəyərlidir? Yapon alimlərinin və xalq təcrübəsinin birləşdiyi nöqtəyə görə, qarpız qabığı bədən üçün nadir qida maddələri ilə zəngindir. Onun tərkibində: • L-sitrullin adlı amin turşusu var – bu, qan dövranını yaxşılaşdırır və damarları genişləndirir. • Antioksidantlar var – orqanizmi qocalmadan qoruyur, hüceyrələrin yenilənməsini sürətləndirir. • Vitamin və minerallar – xüsusilə kalium və maqnezium ürək…

Read More
Cəmiyyət 

Təhsil kreditinin gerçək mahiyyəti: gənclərə ümid, gələcəyə sərmayə – Rəşad Mahmudovun yazısı

Əziz həmvətənlərim, bəzən bir gəncin taleyini müəyyən edən əsas amil onun zəhməti, istedadı və iradəsi yox, sadəcə ailəsinin maddi imkanı olur. İstəyir oxusun, savad qazansın, gələcəyini qursun, amma qarşısında böyük bir divar dayanır – təhsil haqqı. Bu divar o qədər sərtdir ki, bir çox hallarda gəncin arzusu yarımçıq qalır. Amma dövlətin yaratdığı təhsil krediti həmin divarı aşmaq üçün bir körpüdür. Kredit, faiz, borc kimi sözlər beynimizdə o qədər ağır və bəzən də mənfi mənalarla assosiasiya olunub ki, beynəlxalq səviyyədə qəbul olunmuş sosial bir proqram olan “təhsil tələbə krediti” ifadəsini də…

Read More
Cəmiyyət 

Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən Kənar Dairəvi yolda sıxlıq müşahidə edilir

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Read More
Cəmiyyət 

Stres ürəyinizə ciddi zərər verə bilər

Kardioloq Yevgeni Kokin xəbərdarlıq edir ki, gündəlik stress ürəyə davamlı zərbə vurur və ürək sağlamlığı üçün böyük təhlükə yaradır. O, sinir gərginliyinin ürək-damar sisteminə mənfi təsirini ətraflı izah edib. Kokin deyir ki, stress zamanı ifraz olunan adrenalin və kortizol hormonları ürək döyüntüsünü sürətləndirir, damarları daraldır və qan təzyiqini kəskin şəkildə artırır. Bu isə hipertoniya riskini yüksəldir və nəticədə infarkt, insult kimi ağır fəsadlara səbəb ola bilər. Həkim əlavə edir ki, stress ürək ritminin pozulmasına – aritmiyaya yol aça bilər. Aritmiyalar isə bəzən ürəyin dayanması kimi həyati təhlükəli vəziyyətlərlə nəticələnə bilər. Eyni…

Read More
Cəmiyyət 

Gəncədən Sankt-Peterburq və Moskvaya uçuşlar təxirə salınıb – SƏBƏB

Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınıb. Gəncədən Sankt-Peterburq şəhərinə saat 16:40-da yerinə yetirilməli olan təyyarə reysi qeyri-müəyyən vaxta təxirə salınıb. Bundan başqa, Gəncədən Moskavaya saat 03:05-də həyata keçirilməsi gözlənilən təyyarə reysi də təxirə salınıb. Bu reysin səhər 08:00-10:00 saatları aralığında yerinə yetirilməsi gözlənilir. İlkin məlumata görə, uçuşların təxirə salınmasına səbəb Rusiyada hava məkanının bağlanmasıdır. Qeyd edək ki, Gəncədən Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya uçmaq üçün isə 156 sərnişin bilet alıb./Report

Read More
Cəmiyyət 

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 44 milyon 723,08 min ABŞ dolları, həcmi isə 167,32 ton təşkil edib. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,4 % və 7,8 % çoxdur. 7 ay ərzində Azərbaycana xarici ölkələrdən 42 milyon 789,29 min ABŞ dolları dəyərində 162,41 ton poçt göndərişi idxal edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 12,8 % və 7,1 % çoxdur. Hesabat dövründə Azərbaycandan xaricə 1 milyon 933,78 min ABŞ dolları dəyərində 4,91 ton poçt…

Read More
Cəmiyyət 

Lerikdə torpaq sürüşməsi baş verib, yaşayış evi üçün təhlükəli vəziyyət yaranıb

Lerikdə torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi rayonun Çayrud kəndində qeydə alınıb. Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əmkdaşları evin hər an uçmaq təhlükəsi olduğunu bildiriblər. Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb. “Report”

Read More
Cəmiyyət 

Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı – FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb. Modern.az-ın məlumatına görə, polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb. O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı. Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil. Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.

Read More