Cəmiyyət 

Mingəçevirdə “Tullantısız gələcək” devizi altında maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi “Tullantısız gələcək” devizi altında növbəti maarifləndirici tədbir təşkil edib. Tədbir Mingəçevir şəhəri Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi İctimai Birliyinin ofisində baş tutub. Layihə rəhbər Aytən Hüseynovanın bildirdiyinə görə, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir. “Məişət tullantılarının zibil qutularına atılmaması antisanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmaqla yanaşı, həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur. “- deyərək, çıxış edən Aytən Hüseynova vurğulayıb ki, “İstehsalat və məişət…

Read More
Cəmiyyət 

Evin zəlzələyə davamlı olduğunu təsdiqləyən ən önəmli SƏNƏD

Xəbər verdiyimiz kimi avqustun 26-dan 27-nə keçən gecə Xəzər dənizi sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ dənizətrafı ölkələrlə yanaşı Azərbaycanın bir sıra rayonlarında da hiss olunub. Zəlzələlərin Tədqiqi Bürosunun məlumatına görə, yeraltı təkanlar Qusar stansiyasından 94 km şimalda yerləşən ərazidə qeydə alınıb. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3-4 bal gücündə hiss olunub. Hadisə zamanı əhali təşvişə düşüb, xüsusilə bina evlərində yaşayan sakinlər küçəyə axışıb. Son illərdə, xüsusən də 2023-cü il fevralın 6-da Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələ insanların qorxu hissini…

Read More
Cəmiyyət 

Bu şəxs 30 min manatadək cərimələnə bilərlər – XƏBƏRDARLIQ

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir”. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova səsləndirib. Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir: “Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması…

Read More
Cəmiyyət 

Sertifikasiyadan keçməyən tibb işçiləri ilə bağlı VACİB MƏLUMAT

““Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər”. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib. Onun sözlərinə görə, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı aşağıdakı vəzifələrin icrasına nəzarət etməlidir: “Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tədrisə…

Read More
Cəmiyyət 

Bədxassəli şiş aşkarlanan gənclərin sayı ARTIB

Ötən il 393 gəncdə (14-29 yaş) bədxassəli şiş aşkarlanıb. ARANTV.AZ  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” məcmuəsində öz əksini tapıb. Məlumata əsasən, onlardan 189-u kişilər, 204-ü isə qadınlardır. 2023-cü ildə isə bədxassəli şiş aşkarlanan gənclərin sayı 296 nəfər olub. 2024-cü ildə 14-17 yaşlı 70 gəncdə (2023-cü ildə 48 nəfər), 18-29 yaşlı isə 323 gəncdə (2023-cü ildə 248 nəfər) bədxassəli şiş aşkarlanıb.

Read More
Cəmiyyət 

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. “Report” xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə…

Read More
Cəmiyyət 

Birinci sinfə gedəcək uşaqların VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ! Necə adaptasiya ola bilərlər?

Yeni dərs ilinin başlaması ilə birinci sinfə gedən uşaqlar üçün adaptasiya prosesi gündəmə gəlir. Bu mərhələ yalnız uşaqlar üçün deyil, həm də valideynlər və müəllimlər üçün mühüm əhəmiyyət daşıyır. Çünki uşaqlar ev mühitindən çıxaraq yeni qaydalar, müəllim obrazı və həmyaşıdlarla ünsiyyət kimi tamamilə fərqli bir mühitə qədəm qoyurlar. Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki: “Uşaqların məktəb mühitinə, xüsusən də birinci sinfə adaptasiya prosesi onların gələcək təhsil həyatına ciddi təsir göstərən mərhələdir. Bu dövr uşaqlar üçün həm psixoloji, həm də sosial baxımdan yeni mərhələdir.…

Read More
Cəmiyyət 

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. ARANTV.AZ  xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə – 370 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını…

Read More
Cəmiyyət 

Xəzərdə 5.7 bal gücündə zəlzələ oldu, Bakı və Sumqayıt SİLKƏLƏNDİ

Dağıstanda zəlzələdən tələfat və dağıntı yoxdur ARANTV.AZ  xəbər verir ki, Dağıstanda baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb. Dağıstan Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, yerli əhali arasında panikaya səbəb olan zəlzələ təkanları ciddi ziyan yaratmayıb və vəziyyət nəzarət altındadır. *** Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. “Report” bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat…

Read More
Cəmiyyət 

Məktəb bazarlığı neçəyə başa gəlir? – QİYMƏTLƏR

Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni dərs ilinə hazırlayırlar. Trend-in əməkdaşı məktəb ləvazimatlarının qiymətlərini və müştərilərin hazırkı alıcılıq maraqlarını araşdırıb. Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə 45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki, bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında…

Read More