Cəmiyyət 

Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur. ARANTV.AZ xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium bu gün başa çatıb. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri…

Read More
Cəmiyyət 

10 ay əvvəl açılan yol yenidən təmirə bağlanıb? – AÇIQLAMA

Bakının Pirşağı, Kürdəxanı və Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci uzun sürməyib. Belə ki, 10 ay əvvəl istifadəyə verilən yolun əksər hissəsi yenidən təmirə bağlanıb. Musavat.com-un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol noyabr ayında beynəlxalq tədbir öncəsi iki lay asfalt-beton örtüyü ilə istifadəyə verilib. Hazırda layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Qeyd olunub ki, təmir işləri bir neçə günə yekunlaşacaq.

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak etdi – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər. ARANTV.AZ  xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir. Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin…

Read More
Cəmiyyət 

Azərbaycana gələn turistlər ən çox bunlardan narazı qalıblar

Bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min 648 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəyə gələn turistlərin 108 min 237 nəfəri və ya 11,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər. Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 23 min turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil. Bundan başqa 18 min 579 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 16 min 481 turist taksi xidmətindən, 11 min 276 turist bələdçi xidmətlərindən, 10 min 143 turist yerləşmə xidmətindən, 8 min 112 turist isə metro xidmətindən…

Read More
Cəmiyyət 

Muğam yarışında qalmaqal – Xalq artistlərindən reaksiya

Mənsum İbrahimov: “Təxribatçılar region söhbəti edirlər” Məlum olduğu kimi, Laçında IX “Muğam” televiziya müsabiqəsinin final mərhələsi baş tutub. Müsabiqənin final mərhələsində qaliblərin adı açıqlanıb və onlar mükafatlandırılıblar. 8-16 yaşında yeniyetmələr arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüb. 16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilib. Müsabiqənin münsiflər heyətinin kürsüsündə xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşib. Lakin IX “Muğam” televiziya müsabiqəsinin…

Read More
Cəmiyyət 

“At gücü” – klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib. ARANTV.AZ  xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil…

Read More
Cəmiyyət 

Dənizə gedənlərdə xəstəlik riski – Təhlükə saçan çimərliklər ifşa olundu

Yay fəslində istirahət üçün ən çox seçilən məkanlardan biri çimərliklərdir. Minlərlə insan günün istisini dəniz kənarında sərinləməklə keçirsə də, yay ərzində dənizə getməyənlər də az deyil. Bunun əsas səbəbi isə çimərliklərdə dəniz suyunun təmizliyi və sağlamlıq üçün təhlükəsizliyi ilə bağlı suallardır. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşı Raminə Abdullayeva bildirib ki, həftədə bir dəfə Xəzər dənizindən su nümunələri götürülərək agentliyin mərkəzi laboratoriyasına təqdim olunur. Bu il 79 axardan 30 rekreasiya və çimərlik ərazilərindən su nümunələri götürülərək analizlər aparılıb və bəzi çimərliklərdə suyun çirklənməsi və zibillənmə halları aşkar edilib:…

Read More
Cəmiyyət 

Suyun stressə faydası

Liverpul Con Murs Universitetinin alimləri su qəbulunun orqanizmin stressə reaksiyasına təsir etdiyini müəyyən ediblər. Tədqiqatda 18-35 yaş arası 100 kişi və qadın iştirak edib. Son mərhələdə alimlər 32 nəfəri seçərək onları iki qrupa ayırıblar: gündə orta hesabla 1,3 litr su içənlər və gündə 4,4 litr su qəbul edənlər. Bir həftəlik müşahidədən sonra iştirakçılar üçün süni stress vəziyyəti yaradılıb. Onlardan iş müsahibəsi şəraitində çıxış etmək, yadda hesablama aparmaq və ani tapşırıqları yerinə yetirmək tələb olunub. Nəticədə məlum olub ki, daim az miqdarda su içən insanlarda stress vəziyyətində stress hormonu kimi tanınan…

Read More
Cəmiyyət 

Taksilərin qiyməti artıb?

Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, “Uber” şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, “Bolt” şirkəti üçün isə 3,50 AZN olub. Qeyd edək ki, daha əvvəl ən yaxın ünvana minimum gediş haqqı 2,50 AZN təşkil edirdi.

Read More