Cəmiyyət 

Fasilənin gücü: Aramla yaşamaq psixi sağlamlığımızı necə qoruyur?

Yavaşlamaq bizə duyğularımızı, ehtiyaclarımızı hiss etməyə imkan verir. Bu, psixi rifahı qorumaq üçün həyati bir zərurətdir, türkiyəli klinik psixoloq İlayda Kutevu izah edib ki, insan ağlı istirahət etmədən daim tələsməklə sağlam qala bilməz. Yavaşlamaq bizə duyğularımızı hiss etməyə, ehtiyaclarımızı anlamağa və həqiqətən həyatda mövcud olmağa imkan verir. Müasir dünyada bu təcrübə getdikcə daha çox əhəmiyyət kəsb edir. Aramla yaşamaq Müasir həyat çox vaxt məşğulluğu müvəffəqiyyətlə eyniləşdirir. Kutevuya görə, bu daimi tələskənlik bəzən hisslərimizdən daha dərindən qaçmağı gizlədə və məşğul olmaqdan bir növ asılılığa səbəb ola bilər. Bir çoxları üçün dayanmaq…

Read More
Cəmiyyət 

Doğma nəfəs duyuncu dikəldi Dəmirçilər

Ata yurdu işğaldan azad edilmiş ərazilərdə olanlarımıza ithaf edirəm 2020-ci ilin 9 noyabr səhərinə ən gözəl səhər demişdim. O vaxtdan üzü bu yana səhər – Zəfər səsləşməsi dualarımın təkbiri olub. Mənə elə gəlib ki, (gəlir ki,) o vaxtdan sonra bütün uğurlar başlanğıcını 9 noyabr səhərinin dan yerindən götürür; ən gözəl səhərin işığını ruhumuzun yol göstərəni bilirik – Qubadlının Dəmirçilər kəndinə uğur üstəyik. İşğaldan qurtulmuş ərazilərdə bəzi yaşayış məntəqələrində müəyyən zəruri baxış – yoxlamalara, dəqiqləşdirmələrə görə sahili sahilə birləşdirən, mənzili ünvana yetirən körpüdə dayanmışıq. Uğur üstə olanlara elə gəlir ki, belə…

Read More
Cəmiyyət 

Kənd təsərrüfatında sudan israfçılığın qarşısı necə alınır?

Azərbaycanda quraqlığa davamlı məhsul sortlarının yetişdirilməsi istiqamətində ilkin uğurlu nəticələr var Dünyada ciddi narahatlıq yaradan su qıtlığı artıq qlobal  problemdir. Xüsusilə su israfının qarşısının alınması üçün indi bir çox ölkələrdə ciddi elmi araşdırmalar və pilot layihələr həyata keçirilir. Bu araşdırmalar nəticəsində məlum olub ki, ən çox su israfçılığı kənd təsərrüfatı sahəsində qeydə alınır. Məhz bu sahədəki sözügedən israfçılığın qarşısının alınması üçün yeni və innovativ metodlardan istifadəyə başlanılıb. Bəs bu istiqamətdə ölkəmizdə hansı yeniliklər mövcuddur? Qeyd edək ki, artıq aqrar sektorun modernləşdirilməsi istiqamətində ilkin addımlar atılmağa başlanılıb. Belə ki, ölkə fermerlərinə…

Read More
Cəmiyyət 

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub. “Azərbaycan müəllimi” xəbər verir ki, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz. Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur. Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil. Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyib ki, bütün siniflərdə dərs müddəti eynidir – 45 dəqiqə. Onun fikrincə, xüsusilə…

Read More
Cəmiyyət 

Bağça müəllimi olmaq istəyənlərin nəzərinə!

Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, 5593 namizədin iştirakı planlaşdırılan müsabiqə 29 imtahan mərkəzində təşkil olunacaq. Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.//Milli.Az

Read More
Cəmiyyət 

“Sədərək” ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib

“Sədərək” ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib. Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib. Məlumata əsasən, üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub. Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Read More
Cəmiyyət 

1300 abonentin qazı kəsiləcək – Bərpa tarixi bəlli deyil

Bu gün Sumqayıt şəhərində 1300 abonentin qazı kəsiləcək. Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də orta təzyiqli d-108 mm qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1300 abonentin qaz təchizatında fasilə yaranacaq. Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb./Report

Read More
Cəmiyyət 

Magistraturada 3 min yeri boş qoyan səbəb BU YAZIDA

2025-ci ilin magistratura imtahanlarının nəticələri ali təhsil sistemində diqqətçəkən mənzərəni ortaya qoyub. Plan yerlərinin xeyli hissəsi boş qalıb. Rəsmi məlumatlara əsasən, ümumilikdə 3700 boş yer üçün cəmi 1418 nəfər seçim edib. Onlardan isə yalnız 617 nəfər qəbul olub. Nəticədə təxminən 3000 yer boş qalıb. Bu statistika sual doğurur: nə üçün minlərlə gənc magistraturada təhsil almaq istəmir və ya qəbul ola bilmir? Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Musavat.com-a açıqlama verib. Onun sözlərinə görə, yerlərin boş qalmasının çoxşaxəli səbəbləri var: “Birinci problem ondan ibarətdir ki, magistraturanı bitirənlərlə bakalavr məzunları arasında…

Read More
Cəmiyyət 

Kəmaləddin Heydərov bu xanıma yüksək vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib. Qaynarifo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Şahhüseynov Aleksey Teymuroviç vəzifəsindən azad edilib. Onun yerinə Məmmədova Ləman Aydın qızı təyin olunub. Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə əyin olunmuşdu.

Read More