Cəmiyyət 

Xankəndinin həsrəti ilə yaşayan atamın arzusu Fotolar

Doğma torpaqlara qayıtmaq – bu, hər bir insan üçün ən böyük arzulardan biridir. Amma təəssüf ki, o arzunu gerçəkləşdirməyə hər kəsin ömrü yetmir. İllərlə həsrət qaldığımız, yurd-yuvasını qəlbində daşıyan minlərlə soydaşımız bu həsrətlə dünyadan köçdü. O yurdlarda böyüyən, o küçələrdə gəncliyini yaşayan, hər daşında alın təri olan insanlar ən böyük arzularını doğma torpaqlarını bir daha görməyi gerçəkləşdirə bilmədilər. Mənim atam Cəlil Əbdülhəsən oğlu Adıgözəlovda onlardan biri idi. Onun həyatının ən böyük arzusu Qarabağa, doğma Xankəndiyə qayıtmaq idi. Amma vaxtsız ölüm bu arzunun qarşısını aldı. Bərdədə köçkün həyatı yaşayan zaman 2007-ci…

Read More
Cəmiyyət 

Minlərlə qanunsuz tikili sənədləşdiriləcək – Yeni gəlişmə

Mühafizə zolaqlarının hüdudlarının azaldılması nəyə gətirib çıxara bilər? Azərbaycanda daşınmaz əmlakın rəsmiləşdirilməsi istiqamətində kiçik və orta sahibkarlığın, sığorta, bank sisteminin və digər sektorların inkişafına təkan verə biləcək proses qeydə alınmaqdadır. Son iki onillikdə ölkədə mülkiyyət hüquqları ilə bağlı ən böyük problemlərdən birinə çevrilən qanunsuz tikililər məsələsinin həlli bir neçə il ərzində aparılan işlər yekunlaşmaq üzrədir. İndiyədək Prezident fərmanları ilə hüquqi bazaya edilən dəyişikliklər ölkə üzrə 600 minə yaxın olduğu bildirilən sənədləşməmiş tikililərin rəsmi qeydiyyatı sahəsində xeyli irəliləyişlərə səbəb olub. İndi isə hökumət müxtəlif obyektlərin(su, elektrik, qaz, dəmiryol və sair) mühafizə…

Read More
Cəmiyyət 

Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI

Əməliyyat olunan pasiyentin çılpaq halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb. BAKU.WS xəbər verir ki, həmin kadrların qəhrəmanı Xəzər TV-yə danışaraq başına gələnləri açıqlayıb. Onun sözlərinə görə, görüntülərin yayılması həm maddi, həm də mənəvi zərərə səbəb olub: . “Bunu edənlər məni biabır ediblər. Hazırda Azərbaycanda deyiləm, amma gələn kimi şikayət edəcəyəm. Videonu görəndə xəstəxanaya müraciət etdim, mənə isə “hara istəyirsən şikayət et” dedilər. Mən narkozda idim, heç nə anlamırdım. Kadrlar iyunun 15-də əməliyyata girdiyim vaxt çəkilib və görüntüləri klinikanın rəhbəri Xəyalə İsmayılova çəkib. O, Gülbadə Abdullayeva ilə mübahisə etdiyinə görə videonu yayıb. Mənə…

Read More
Cəmiyyət 

Il Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları avqustun 23-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki, iştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar. Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edib,…

Read More
Cəmiyyət 

Bu gün dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur. ARANTV.AZ  xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. Prezident İlham Əliyev 2025-ci il avqustun 22-də “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 3…

Read More
Cəmiyyət 

Naxçıvanda “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” Forumu keçirildiFOTO

22 avqust 2025-ci il tarixində Naxçıvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı forum uğurla baş tutdu. Tədbir Azərbaycan və Türkiyədən olan qazi və şəhid ailələrinin iştirakı ilə həyata keçirildi. Forum Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca tədbir çərçivəsində dövlət rəsmiləri, qazi və şəhid ailələrinin nümayəndələri çıxış edərək iki qardaş xalqın birliyinin, həmrəyliyinin və fədakarlığının əhəmiyyətini…

Read More
Cəmiyyət 

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradır. Narkomaniya  İrqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya  günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Ümummilli Liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik…

Read More
Cəmiyyət 

«Kağızsız hökumət»ə keçid sürətlənir

Bu sistemin tətbiqi şəffaflığın təmin edilməsinə və bürokratiyanın sıfırlanmasına xidmət edir Çağdaş dövrün tələblərindən biri də kağızdan istifadənin azaldılması və elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsidir. Buna isə  «Kağızsız hökumət»ə keçid deyilir. Eyni zamanda. Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsistemi məhz belə formalaşdırılır. Xatırladaq ki, RSD altsistemi Azərbaycan Prezidentinin 1 avqust 2023-cü il tarixli  Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən Fərmanın icrası çərçivəsində indiyədək dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1800-dən çox qurum inteqrasiya olunub. «Kağızsız hökumət»ə keçid çərçivəsində RSD…

Read More
Cəmiyyət 

İsti havada soyuq dondurmanın zərərləri: Həkimlərdən xəbərdarlıq

Bəs isti havada soyuq dondurmanın zərərləri nələrdir? Milli.Az xəbər verir ki, mütəxəssislər isti havada soyuq dondurma yeməyin müəyyən sağlamlıq riskləri yaratdığını bildirirlər. Həkimlərin sözlərinə görə, bədən temperaturunun yüksək olduğu zamanlarda qəfil soyuq məhsul qəbul edilməsi boğaz iltihabları, angina və hətta həzm sistemində pozulmalara səbəb ola bilər. Soyuq dondurma orqanizmdə temperatur fərqinə səbəb olaraq immun sisteminin zəifləməsinə yol aça bilər. Bundan əlavə dondurmanın tərkibindəki şəkər və yağ miqdarı da isti havada maddələr mübadiləsini yavaşladaraq artıq çəki və şəkər balansında pozulmalara səbəb ola bilər. Həkimlər xüsusilə uşaqlar və yaşlıların isti hava şəraitində…

Read More
Cəmiyyət 

Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir- SƏBƏB

İstanbul Universitetində yemək qiymətlərinin bahalaşmasına etiraz edən azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb. İş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib. O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb. Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin qiymət artımlarına qarşı etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub. O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır./Unikal.az/

Read More