Cəmiyyət 

Mingəçevir və Yevlax mədəniyyət müəssisələrinin əməkdaşlarının övladlarına məktəb ləvazimatları verilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşəbbüsü ilə Mingəçevirdə və Yevlaxda fəaliyyət göstərən mədəniyyət müəssislərində çalışan əməkdaşların övladları məktəb ləvazimatları ilə təmin olunub. #MərkəziAranRMİ #Mingəçevir #Həmkarlarİttifaqı

Read More
Cəmiyyət 

İti güllələyib, sürüdülər – Ucarda insanlığa sığmayan qəddarlıq – VİDEO

İti güllələyib öldürüblər, cəsədindən belə əl çəkməyiblər. Ayağına məftil bağlayıb sürüyüblər. Bu qəddarlıq Ucar rayonunda baş verib. Rayon sakini tərəfindən çəkilən videoda görünür ki, iti odlu silahdan açılan atəşlə öldürən şəxs cəsədini maşının arxasına bağlayaraq yol boyu sürüyür. Son zamanlar belə qəddar səhnələr Azərbaycanın digər bölgələrində də baş verir. Bir müddət öncə Sumqayıt şəhərində pişiyin dili kəsilmişdi, Köhnə Günəşlidə isə pişiyi 10 litrlik su butulkasına dəmir məftillə bağlanaraq döyüb öldürmüşdülər. Ölkəboyu heyvanlara qarşı qəddar münasibətin artdığı müşahidə olunur. Belə işgəncələrdən sonra heyvarlar ən yaxşı halda quyruqsuz, ayaqsız həyata davam edirlər.…

Read More
Cəmiyyət 

Nəfəskəsən sıxlıq Bakı metrosuna qayıdır

2025-2026-cı tədris ilinin başlamasına 1 aydan da az müddət qalır. Artıq tələbə adını yeni qazanan dünənin şagirdləri ölkənin hər tərəfindən paytaxta axışırlar. Onların ən çox istifadə etdiyi nəqliyyat metrodur. Bu il ali təhsil müəssisələrinə ixtisas seçimində 86 min 461 ərizə təsdiqlənib. Azərbaycanda ali təhsil müəssisələrinin az qala 80 faizinin Bakıda yerləşdiyini nəzərə alsaq, ümumilikdə 60-70 min tələbənin paytaxta üz tutacağı bəlli olur. Əksər tələbələrin gündəlik olaraq metrodan istifadə etdiyi də kimsəyə sirr deyil. Bakı metrosunda indidən sərnişin sıxlığı artıq hiss olunur. Təxminən 20-25 gündən sonra məktəblər və universitetlər açıldıqda vəziyyət…

Read More
Cəmiyyət 

Kəlbəcər rayonunda YENİ TƏYİNAT

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidmətinə yeni rəhbər təyin edilib. Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsinə Nuranə Babayeva gətirilib. Yeni təyinat çərçivəsində N.Babayeva Kəlbəcər rayonunda aparılan bərpa və tikinti layihələrini, həmçinin qurumun fəaliyyətini ictimaiyyətə düzgün şəkildə təqdim etməkdə məsuliyyət daşıyacaq. Qeyd edək ki, Nuranə Babayeva bundan əvvəl YAŞAT Fondunda fəaliyyət göstərib.

Read More
Cəmiyyət 

28 nəfərə professor adı verildi

2025-ci ilin I yarısında 28 nəfərə professor elmi adı verilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Belə ki, ən çox elmi ad verilən sahələr texnika və iqtisadi elmlər üzrə olub. Bundan başqa, 3 nəfərə professor elmi adının verilməsinə imtina verilib.

Read More
Cəmiyyət 

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. ARANTV.AZ  xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 68 ailə – 252 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını…

Read More
Cəmiyyət 

Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov istintaqa cəlb olunub

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub. APA-nın əldə etdiyi məlumata görə, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib. Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis…

Read More
Cəmiyyət 

Pensiyalarla vacib MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. ARANTV.AZ xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, avqustun 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. “Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”,- deyə əlavə edilib.

Read More
Cəmiyyət 

İsmayıl Vəliyevin kadrına da cinayət işi açıldı

Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur. Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. G.Mirzəzadə 2015-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir. İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda…

Read More