Cəmiyyət 

Sovet dövründən qalan sənədsiz evlərə “kupça” verilir

Bir müddətdir ki, Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyat prosesi sadələşdirilib. Hələ də bəzi vətəndaşlar bu prosesin necə olduğu halda məlumatsızdırlar. Bəs proses qaydası necə tənzimlənir? Sovet dönəmində Xalq Deputatları Soveti tərəfindən verilmiş qərarlar əsasında torpaq sahəsi əldə etmiş şəxslərin mülkiyyət hüquqları qanunla tanınacaq. Həmin torpaqlarda 35-40 il əvvəl inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkün olacaq. Əgər torpaq sahəsi 2001-ci ildən əvvəl istifadə olunubsa və müvafiq ilkin sənədlər mövcuddursa, bu zaman sənədlərdə göstərilən göstəricilər (məsələn, evin sahəsi) real vəziyyətdən fərqli olsa belə, faktiki istifadə edilən ölçü əsas götürüləcək.Bu proses…

Read More
Cəmiyyət 

Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı – FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirlikdən verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Marz” MMC-yə məxsus məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 103 ünvanında yerləşən “Metprof” MMC-yə məxsus qapı-pəncərə istehsalı sexlərində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı…

Read More
Cəmiyyət 

Qazla bağlı yeni sabit aylıq tarif olacaq

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir. ARANTV.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır: – qazın topdansatış tarifləri; – qazın nəqli tarifləri; – qazın saxlanması xidmətlərinin tarifləri; – qazın paylanması tarifləri; – istehlakçılara qazın pərakəndə satış tarifləri; – qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin…

Read More
Cəmiyyət 

Dayanacağa ziyan vuran şəxs SAXLANILDI

Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. DİN Mətbuat Xidmətindən bildirilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Read More
Cəmiyyət 

Nazirlik estetik əməliyyat zamanı videogörüntüləri yayılan şəxs barədə məlumat yaydı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. Daxil olan sorğularda əməliyyatın “Dost Estetik Mərkəzi”ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə…

Read More
Cəmiyyət 

Paytaxt metrosu yeni dövrə qədəm qoyur: Köhnə problemlər, yeni həllər

Bakı şəhərinin nəqliyyat sistemində on illərdir əsas rol oynayan metro bu gün artıq sadəcə kütləvi daşıyıcı vasitə deyil, həm də müasir texnologiyaların tətbiq olunduğu, şəhərin dinamik ritminə uyğunlaşdırılmış strateji nəqliyyat sistemi kimi çıxış edir. Son illərdə görülən işlər, alınan yeni nəsil qatarlar, intervalın azaldılması, rəqəmsal idarəetməyə keçid, yeni stansiyaların inşası və sərnişinlər üçün şəraitin yaxşılaşdırılması bu sahədə ciddi dönüş nöqtəsi yaradıb. Metronun yenilənməsi prosesində ən diqqətçəkən məqam yeni qatarların alınmasıdır. Artıq “Bakı Metropoliteni” QSC ilə imzalanmış müqaviləyə əsasən 2024–2026-cı illərdə 65 yeni vaqon– yəni 13 qatar tərkibi gətiriləcək. Onlardan 2024-cü…

Read More
Cəmiyyət 

Daha bir əməliyyat görüntüsü yayıldı: prokurorluq araşdırma başlatdı

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, “Dost Estetik Mərkəzi”ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı prokurorluqda araşdırma başlanılıb. Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb. İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub. Faktla bağlı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.

Read More
Cəmiyyət 

SOS! Ölkədə şiş xəstəlikləri artır – onkoloqdan tövsiyə

Xərçəng xəstələri üçün çarpayıların sayının çoxaldılması təsadüfi deyil – həkim səbəbləri açıqladı Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər Azərbaycanda qan dövranı xəstəliklərindən tutmuş, tənəffüs orqanlarının patologiyalarına qədər əksər xəstəlik qruplarında artım müşahidə olunur. Onkoloji (şiş) xəstəliklərə tutulma hallarının sayında artım xüsusilə nəzərə çarpır. “Belə ki, yenitörəmələr qrupu üzrə göstərici 2010-cu ildəki 8979-dan 2025-ci ildə 20302-yə yüksəlib. Bu baxımdan, ölkədə onkoloji xəstələrin müalicəsi üçün ixtisaslaşdırılmış çarpayıların sayının artırılması təsadüfi deyil”, – məlumatda qeyd olunur. Bəs səbəb(lər) nədir? Qida faktoru şişlərin yaranmasında nə dərəcədə mühüm rol oynayır? İnsanlar daha çox nələrə…

Read More
Cəmiyyət 

Ötən il icbari tibbi sığorta hesabına 98 mindən çox minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub

Minimal invaziv cərrahiyyə adlanan, kiçik kəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyata keçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatına daxildir. Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi, qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətən bu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti və travmatizasiya əhəmiyyətli dərəcədə azalır. 2024-cü il ərzində 98 365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığorta hesabına həyata keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. İcbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahi…

Read More
Cəmiyyət 

Dünyada ən çox boşanma bu ölkələrdədir – Bəs Azərbaycan neçəncidir?

Dünyada ölkələr üzrə boşanma faizləri maraqlı fərqlərlə diqqət çəkir. ARANTV.AZ  xəbər verir ki, statistikaya əsasən, boşanma səviyyəsinin ən aşağı olduğu ölkə Hindistandır. Burada boşanma cəmi 1 faizdir. Ən aşağı boşanma faizinə malik digər ölkələr arasında Vyetnam (7%), Tacikistan (10%), İran (14%) və Meksika (17%) da yer alır. Boşanma səviyyəsinin ən yüksək olduğu ölkə 94 faiz ilə Portuqaliyadır. İspaniya isə 85 faizlə ikinci yerdə qərarlaşıb. Siyahıda daha sonra Lüksemburq (79%), Rusiya (73%) və Ukrayna (70%) kimi Avropa ölkələri gəlir. Qərb ölkələrində də boşanma faizi kifayət qədər yüksəkdir: ABŞ (45%), Kanada (47%), Böyük…

Read More