Cəmiyyət 

Məktəbli gəlinlər – qanun sərtləşir, gerçək isə…

Mehriban Zeynalova: “Qızların qaçırılması köhnə stereotiplərin davamıdır, buna heç bir bəraət ola bilməz” Xəbər verdiyimiz kimi, Bakıdan Lənkərana gedərək qız qaçırmaq istəyən şəxslər hadisə yerində saxlanılıb. Məlumata görə, Bakının Binə qəsəbəsində yaşayan Nahid TikTok-da tanış olduğu Laləni (ad şərtidir) qaçırmaq üçün Lənkərana gedib. İstintaqla müəyyən edilib ki, ona kömək etmək məqsədilə atası Mübariz də Lənkərana gedib. Onlar 8-ci sinif şagirdi olan Laləni məktəbdən çıxan zaman maşına əyləşdirmək istəyiblər. Bunu görən kənd sakinləri müdaxilə edərək qızın valideynlərinə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Qızın valideynləri övladlarını qaçırmaq istəyən Nahid və…

Read More
Cəmiyyət 

Tərtərdə zəlzələ oldu

Tərtərdə zəlzələ olub Bərdə stansiyasından 32 kilometr şimalda, Tərtər rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, zəlzələ 3,1 maqnitudada və 3 kilometr dərinlikdə baş verib. Yeraltı təkanlar ətraf ərazilərdə 3 bala qədər hiss olunub.

Read More
Cəmiyyət 

Bu yol tam bağlanacaq – XƏBƏRDARLIQ

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Agentlik sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş edir.

Read More
Cəmiyyət 

Həbs olunan Rəqsanədən xəbər var

İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır. “Qafqazinfo”nun məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib. Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir. Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.

Read More
Cəmiyyət 

Heyvan xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeşin Fes-Meknes regionunda, Xorvatiyanın Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, həmin inzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, agentlik tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət…

Read More
Cəmiyyət 

Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı bu gündən etibarən “Dəniz Mall” ticarət mərkəzində növbəti könüllü qanvermə aksiyasına başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya avqustun 31-dək hər gün saat 13:00-dan 20:00-dək davam edəcək. Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün həyati vacib olan qan və qan komponentlərinin toplanmasıdır. Qan donorluğu vasitəsilə hər bir vətəndaş bu uşaqların sağlam gələcəyi naminə dəyərli töhfə verə bilər. Qanvermə prosesi tam təhlükəsizdir və tibbi normalara uyğun həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən müayinə edilir,…

Read More
Cəmiyyət 

Hüquq müdafiəçisi ərəbləri həbs etdiyinə görə Azərbaycan polisinə təşəkkür etdi

“Ərəb turistlərinin sosial şəbəkələrdə paylaşdıqları görüntülər təbii ki, hər birimizi hiddətləndirdi. Çünki Azərbaycanın torpaqları uğrunda, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidimiz bizim hər  birimiz üçün əziz və müqəddəsdir”. Bunu Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. O deyib ki, bu ərəblər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik etmişdir: “Bizim hər birimizin həssas nöqtəmizə təhqiredici davranış sərgiləyiblər. Bu görüntülər ilk yayılanda bunun nə vaxt çəkildiyi, onlara qarşı hansısa bir addımın atılması məsələsi bizim üçün qaranlıq idi. Bu gün Daxili İşlər Nazirliyinin vermiş olduğu…

Read More
Cəmiyyət 

Adına uyğun olmayan dadlar – istehlakçıları belə aldadırlar – FOTOLAR

Azərbaycanda istehlakçıların ən çox üzləşdiyi problemlərdən biri məhsul qablaşdırmasında təqdim olunan vizual görüntü ilə real məzmunun uyğun gəlməməsidir. Alıcılar mağazada məhsulu qablaşdırmadakı görüntüyə əsasən alır, lakin açanda tamam başqa tərkiblə qarşılaşırlar. Bu hallar ən çox dondurmalarda müşahidə edilir. Alıcı məhsul paketinin üzərində “şokolad örtüklü dondurma” sözlərini oxuyur, örtükü açanda isə sadəcə şokoladlı dondurma ilə qarşılaşır. Yəni istehlakçıya həm yanlış vizual təqdim olunur, həm də etiketdəki məlumat gerçəkliyə uyğun gəlmir. Məsələ təkcə görüntü ilə məhdudlaşmır. Etiketlərdə düzgün olmayan məlumatlar (malın tərkibi, istehsal yeri və s.) istehlakçıları aldadır və onların hüquqlarını pozur.…

Read More
Cəmiyyət 

“Atam muğamı olduğu kimi gələcəyə ötürdü”- Muğam abidəsi Xan Şuşinskinin qızı ilə MÜSAHİBƏ

“Alim Qasımov nə oxusa peşəkardır”; “Sabir Mirzəyevin şansı olmadı…” Azərbaycanın Xalq artisti, muğam sənətinin korifeyi, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olan Xan Şuşinskinin 20 avqustda doğum günüdür. Bu münasibətlə sənətkarın qızı Bəyimxanım Cavanşirova-Verdiyeva ilə söhbət etdik, onu yad etdik.  Musiqi ustadlarının əhatəsində böyüyən Bəyimxanım eyni zamanda böyük sənətkar, Gəncə Dövlət Filarmoniyasının yaradıcısı, respublikanın Xalq artisti, tarzən Fikrət Verdiyevin həyat yoldaşı, Xan Şuşinski Fondunun təsisçisi və rəhbəridir. Musavat.com onunla müsahibəni təqdim edir: – Atam 1901-ci ildə Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin kötücəsi Aslan ağa Cavanşirin ailəsində, Şuşa şəhərində…

Read More
Cəmiyyət 

Azərbaycanda ilan təhlükəsi artır – Sürünənlərin fəallaşmasının şok səbəbi

İlin ilk 6 ayında 148 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya müraciət edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Musavat.com-a verdiyi məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində qurumun tabeliyindəki tibb müəssisələrinə ilan zəhəri ilə toksik effekt diaqnozu qoyulan ümumilikdə 148 nəfər müraciət edib. TƏBİB bildirir ki, həmin dövrdə ilan sancması nəticəsində ölüm faktı qeydə alınmayıb. İlan və həşərat sancmalarının daha çox Mərkəzi Aran rayonlarında qeydə alındığı vurğulanıb. Qurumun açıqlamasında qeyd olunub ki, isti hava şəraiti ilə əlaqədar mövsümi xarakter daşıyan ilan və digər zəhərli həşəratların dişləməsinə qarşı tibb müəssisələri zərdabla…

Read More