Cəmiyyət 

Paytaxtda torpaq bazarı alovlanır – Ən bahalı rayonlar – CƏDVƏL

Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda bir sot torpağın orta qiyməti 431 743 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 29% çoxdur. Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 206 620 manata bərabər…

Read More
Cəmiyyət 

Tikinti materialları alanlara XƏBƏRDARLIQ – VİDEO

Sosial şəbəkədə bir nəfər şəxs bazarda satılan tikinti materiallarının ölçüsünün deyilənə uyğun gəlmədiyini iddia edib. O, 3-lük adı ilə tanınan taxtanın daha nazik olduğunu bildirib. ARANTV.AZ  Xəzər TV-yə istinadən məlumat verir ki, bəzi satıcılar da söylənənlərin doğru olduğunu, buna təkcə taxta yox, şifer və digər materiallarda da rast gəlindiyini bildiriblər. Belə məhsulların bazarda çox satıldığını və alıcıların tez-tez aldandığını deyən ekspert Elnur Fərzəliyevin sözlərinə görə, satıcılar bu yolla həm də vətəndaşlara maddi ziyan vururlar. Çünki ölçü səhv qeyd edildiyinə görə hesablanma zamanı müştəridən artıq pul alınmış olur. Bu, daha çox…

Read More
Cəmiyyət 

Ağrınızın əsl səbəbi elə qəbul etdiyiniz ağrıkəsici ola bilər

Gündəlik həyatda ən çox istifadə edilən dərmanlardan biri olan ağrıkəsicilər səhv istifadə edildikdə ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, diqqətsiz istifadə olunan bu dərmanlar zamanla xeyirdən çox zərər verə və hətta ağrılarınızın əsl səbəbinə çevrilə bilər. Mütəxəssislərə görə, ən çox istifadə edilən dərman qruplarından olan ağrıkəsicilər həkim nəzarəti olmadan qəbul edildikdə təhlükəli nəticələr doğura bilər. Tez-tez baş ağrısı, diş ağrısı, əzələ və oynaq şikayətləri üçün seçilən bu dərmanlar düzgün dozada istifadə edilmədikdə faydadan çox zərər gətirir. Həkimlər bildirirlər ki, ağrıkəsicilərin uzunmüddətli və nəzarətsiz istifadəsi paradoksal təsir…

Read More
Cəmiyyət 

Günəbaxan tumunun gözəgörünməz zərərləri

Endokrinoloq Evgeniya Bayturova xəbərdarlıq edib ki, günəbaxan tumları hər nə qədər vitamin və mikroelementlərlə zəngin olsa da, onların çox miqdarda istehlakı sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssis tumları yalnız ara-sıra və bir ovucdan artıq olmamaqla qəbul etməyi tövsiyə edir. Bayturova bildirib ki, xüsusilə qovrulmuş tumlar tərkibində artıq bitki yağı və duz saxlayır, bu isə həm kalori yükünü artırır, həm də faydalı maddələrin istilik müalicəsi nəticəsində itirilməsinə səbəb olur. Onun sözlərinə görə, 100 qram tum təxminən 600 kalori ehtiva edir ki, bu da çəki artımına yol aça bilər. Üstəlik, bir çox…

Read More
Cəmiyyət 

Qəhvəni günün bu saatında için – insanı xoşbəxt edir, ruh halını yaxşılaşdırır

Alimlərin apardığı yeni araşdırma, səhər içilən qəhvənin insanları daha xoşbəxt etdiyini üzə çıxarıb. Mütəxəssislər, kofeinin beyində “adenozin” adlı kimyəvi maddəyə bağlı reseptorları blokladığını və bunun yuxu hissini azaltdığını müəyyən edib. Qəhvənin hansı saatlarda insanı daha xoşbəxt etdiyini araşdıran alimlər, yuxudan oyandıqdan sonrakı 2,5 saat ərzində içilən qəhvənin insanları daha xoşbəxt etdiyini bildiriblər. Səhər saatlarında içilən qəhvənin insanların ruh halını yaxşılaşdırdığı, lakin günorta sonrası içilən qəhvənin eyni effekti vermədiyi qeyd olunub. Alimlər, qəhvə içməyin yalnız ayıqlığı artırmadığını, eyni zamanda ürək sağlamlığını dəstəklədiyini açıqlayıblar. Həmçinin qəhvənin metabolizmanı sürətləndirə biləcəyi və xroniki xəstəlik…

Read More
Cəmiyyət 

Polis sürücülərlə maarifləndirmə tədbirlərini davam etdirir

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb. Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb. İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq…

Read More
Cəmiyyət 

Təhsil ekspertindən imtahanlarla bağlı etiraz

Azərbaycanda qəbul imtahanlarının nəticələri hər il cəmiyyətin diqqət mərkəzində olur. İmtahanda maksimal bal toplayanların sayı, abituriyentlərin göstəriciləri və ümumi nəticələr tez-tez müzakirələrə səbəb olur. Son illərin təcrübəsi göstərir ki, yüksək nəticələrin çoxluğu birbaşa imtahan suallarının xarakterindən asılıdır. Təhsil eksperti İlqar Oruclu qəbul imtahanları ilə bağlı Musavat.com-a fikirlərini bildirərkən deyib ki, imtahan nəticələri birbaşa təqdim olunan sualların xarakteri ilə bağlıdır: İlqar Oruclu “İmtahan sualları elə tərtib oluna bilər ki, maksimal bal toplayanların sayı kifayət qədər çox olsun. Mən demək istəmirəm ki, suallar kiməsə kömək məqsədilə hazırlanıb, amma qəbul imtahanı həm də…

Read More
Cəmiyyət 

SOS: Avtobus sürən narkomanlar – xəbərdarlıq

Niyə bu cür hallarda məsuliyyət Cinayət Məcəlləsinə keçmir? – qanunda boşluqlar, yoxsa… Masallıda baş verən hadisə yenidən ictimaiyyətin diqqətini yol təhlükəsizliyi və qanunvericilikdəki boşluqlara yönəldib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərərkən saxlanılıb. Polis əməkdaşlarının diqqətini şübhəli davranışlara görə çəkən sürücü tibbi müayinədən keçirilib və narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Məhkəmə qərarı ilə Qadir Kərimov cəmi 1 ay müddətinə inzibati qaydada həbs edilib. Bu qərar suallar doğurur: Onlarla insanın həyatını təhlükəyə atan şəxs üçün 1…

Read More
Cəmiyyət 

“Qız uşaqları daha çox selektiv abortlara məruz qalır”

Üzeyir Şəfiyev: “Azərbaycan bu məsələdə hətta Çini də üstələyir” Azərbaycanda əhali strukturu və cins nisbətindəki dəyişikliklər son illərdə demoqrafik mənzərədə diqqət çəkən tendensiyaları ortaya qoyur. Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may aylarına dair hesabatına görə, bu il doğulan uşaqların 53,2 faizi oğlan, 46,8 faizi isə qızdır. Əhalinin ümumi cins nisbətinə baxdıqda isə iyunun 1-nə ölkədə kişilərin payı 49,8 faiz, qadınların payı isə 50,2 faiz təşkil edir. Bu göstəricilərdən görünür ki, 2025-ci ildə doğulan uşaqların 53,2 faizinin oğlan olması təbii cins nisbətindən bir qədər yüksəkdir (təbiətdə hər 105 oğlana 100 qız…

Read More
Cəmiyyət 

Ötən 7 ayda Tərtərdə narkomaniya ilə bağlı 3 cinayət faktı aşkarlanıb

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə tədbirlər, onların acı nəticələri barədə əhalini məlumatlandırmaq məqsədilə Tərtər Rayon Polis, Səhiyyə şöbələri və Qarabağ Regional Təhsil İdarəsi ilə birgə bu istiqamətdə görüləcək işlər hər rübə uyğun olaraq müəyyənləşdirilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Nakomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən rayon ərazisində həkim təyinatı olmadan narkotik vasitələrin, psixotrop maddələrin qəbul edilməsinə, əldə edilərək saxlanılmasına və…

Read More