Cəmiyyət 

Boşanma zamanı cehiz və qızıl-zinət əşyaları necə bölünür? – Vəkildən izah

Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakı və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə tez-tez rast gəlinir. Qanunvericilikdə bu məsələ necə tənzimlənir? Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu mülkiyyətə əmək, sahibkarlıq və intellektual fəaliyyət nəticəsində əldə edilən gəlirlər, alınan pensiya və müavinətlər, xüsusi təyinatı olmayan digər pul ödəmələri, eləcə də ümumi gəlirlər hesabına əldə olunan daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, paylar, əmanətlər və sair daxildir. Əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, nikah dövründə…

Read More
Cəmiyyət 

Azərbaycanda bu şəxslərin əməkhaqları artdı

2025-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4015,9 manat, qeyri neft-qaz sektorunda 1046,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,6 manat, özəl müəssisələrdə isə 1151 manat olub.

Read More
Cəmiyyət 

Misir Mərdanov Paşinyanla bağlı videosundan DANIŞDI

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı videomüsahibəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. O, müsahibədən kəsilmiş görüntülərdə “Paşinyan bizim rayondan – İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı” deyib. Musavat.com-un məlumatına görə, Misir Mərdanov Azxeber.com-a açıqlamasında Paşinyan haqda fikirlərinə belə aydınlıq gətirib: “İlk onu bildirim ki, bizim kənddə heç vaxt erməni yaşamayıb. Ancaq rayonumuz erməni rayonu olub. Mən şəxsən Paşinyanı və əmisini tanımıram. Ancaq danışılanlardan eşitmişəm ki, bizim rayonda tanınmış həkim olub. Onun üzünü də heç…

Read More
Cəmiyyət 

4 illik stomotoloji kabus – pasiyent 23 min manatı geri tələb edir

Azərbaycanda stomatoloji xidmət sahəsində istehlakçı hüquqlarının pozulması halları yenidən gündəmə gəlib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tərəfindən ictimailəşdirilən şikayət məktubuna görə, bir vətəndaş 2021-ci ildən P.P. Dental klinikasında ortodontik və digər stomatoloji müalicələrə başlamış, lakin 4 ilə yaxın davam edən prosesdə ciddi tibbi və maliyyə problemləri ilə üzləşib. “Mənim stomotoloji xidmət sahəsində istehlakçı hüququm pozulub! Belə ki,2021-ci Ildən P. P. Dental klinikasına ayaq döyürəm. Bu klinikaya ortodontik, TMJ müalicəmi başqa klinikada bitirib, razı qaldığım konstruksiya ilə gəlmişəm, itirilmiş toxumaların cərrahi bərpasını həkim X.T-dən xahiş etmişəm. Həkim problemin həll olunacağına…

Read More
Cəmiyyət 

Ad günündə vəfat etdi… – FOTO

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib. ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib. Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü…

Read More
Cəmiyyət 

Azərbaycanda virtual sevgi tələsi, yaşanan faciələr- Valideynlər üçün həyəcan təbili

Goranboyda 9-cu sinif şagirdinə qarşı törədilən cinsi zorakılıq hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub. İstintaq materiallarına görə, qız internetdə tanış olduğu şəxs tərəfindən aldadılaraq əvvəlcə inam qazanılıb, daha sonra isə istismara məruz qalıb. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Mehriban Zeynalova bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, buna səbəb son illər virtual iyunların geniş yayılmasıdır: “Bu hadisə müasir dövrün təhlükəli tendensiyalarından biri olan onlayn cəlbetmə, sevgi asılılığı yaratma və sonradan sui-istifadədir. Proses adətən latent gedir, yəni gizli şəkildə davam edir. Ona görə də hüquqi mexanizmlər çox vaxt gecikmiş şəkildə…

Read More
Cəmiyyət 

Bakı, Qubadlı və İmişidə ağaclar qanunsuz kəsilib, 71 750 manat ziyan dəyib

Son bir həftə ərzində Bakı, Qubadlı və İmişidə ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb, 71 750 manat ziyan dəyib. Bu barədə Musavat.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhərinin Yasamal rayonu, Vasif Əliyev küçəsi, 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Read More
Cəmiyyət 

Canan Karataydan xəbərdarlıq: Qabığı ilə yeməyin!

Təbii qidalanma və sağlam yaşam üzrə ekspert Prof. Dr. Canan Karatay limonun düzgün istehlak edilməməsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib. Karatay xüsusilə limon qabığında aparılan “mumlama” prosesi barədə vətəndaşları xəbərdar edib. Onun sözlərinə görə, limon qabığındakı kimyəvi mumlar bağırsaq florasına zərər verir, həzm sisteminə mənfi təsir göstərir və uzun müddətdə immuniteti zəiflədə bilər. Karatay əlavə edib ki, bu maddələr hətta xərçəng riskini artırır. Ekspert vurğulayır ki, hazır meyvə və tərəvəzlər yaxşıca yuyulmadan və qaynağı bilinmədən istehlak edilməməlidir. Limon qabığını sağlam şəkildə istifadə etmək üçün: Üzvi və mumsuz məhsullar…

Read More
Cəmiyyət 

Yumurtadan 10, ətdən isə 25 dəfə faydalıdır

Tərkibində yumurtaya nisbətən 10 dəfə çox protein, ətdən isə 25 dəfə çox dəmir olan yaşıl mərcimək, xüsusilə ət yeməyənlər üçün əvəzolunmaz qida hesab olunur. Bu faydalı məhsul orqanizmin zülal və dəmir ehtiyacını qarşılayır, həzmi yaxşılaşdırır, ürək sağlamlığını qoruyur, dərini canlandırır və diabeti idarə etməyə kömək edir. Vegetarian və veganlar üçün ideal seçim Yaşıl mərcimək tərkibindəki zəngin protein və dəmir sayəsində xüsusilə vegetarian və vegan pəhrizi ilə qidalananlar üçün önəmli bir alternativdir. Ət yeməyən insanlarda tez-tez rast gəlinən dəmir və zülal çatışmazlığının qarşısını almağa kömək edir. Liflə zəngin olması isə bağırsaqların…

Read More