Cəmiyyət 

Azərbaycanda yeni virus? – Risk qrupunda olanlar

Ağcaqanadla yayılan bu virus təhlükə mənbəyidir;  ölkəmizdə ağcaqanad vasitəsilə ötürülən viruslara qarşı tədbirlər həyata keçirilir Çində yeni çikinqunya virusu yayılaraq epidemiya səviyyəsinə çatıb. Ağcaqanadlar vasitəsilə ötürülən bu xəstəlik kəskin hərarət, üşütmə, bel və oynaq ağrıları, eləcə də səpkilərlə müşahidə olunur. Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə çikungunya virusuna yoluxma qeydə alınmayıb. Qeyd edək ki, tibdə hələlik çikinqunya qarşı nə dərman, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3-12 gün arasında dəyişir. Çinin cənubunda aşkar edilmiş ümumi yoluxma halları 8 000-i ötüb…

Read More
Cəmiyyət 

Osmanlı dövlətinin qurulduğu Biləcik – Tarixi yaradanların tarixi necə yaşadılır?

Bir qrup jurnalistlə birlikdə Seranit-Azərbaycan və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən Türkiyə səfərimiz zamanı Biləciyə getmək imkanımız oldu. İstanbuldan təxminən 200 km məsafədə yerləşən məkan yalnız Türkiyə deyil, dünya tarixində çox böyük yeri olan Osmanlı dövlətinin quruluş yeridir. Dövlətin əsasında dayanan Qayı obasının ilk qılınc haqqı, dövlətin ilk paytaxtı olan Söyürt də Biləcikdə yerləşir… Səhər saatlarında İstanbuldan Biləciyə doğru hərəkət etdik. Yolboyu yaşıl və sıx meşəliklərlə örtülü dağlar, dağların qoynunda sıralanan tarlalar bir-birini əvəz edirdi. Bar-bərəkətli tarlaları gördükcə Tanrının bölgəyə bəxş etdiyi ən böyük nemət olan münbit torpaqlar üzündən…

Read More
Cəmiyyət 

Ali Məhkəmədən lift qərarı – məhdudiyyəti qanunsuz saydı

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Musavat.com-un xəbərinə görə, məhkəmə mübahisəsi ondan ibarət olub ki, cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanıb, həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib. Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv…

Read More
Cəmiyyət 

Bu şəxslərə pensiya verilməsi DAYANDIRILACAQ – XƏBƏRDARLIQ

Azərbaycanda vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yalnız müəyyən hallarda dayandırılması və ya ləğv edilməsi mümkündür. Bu, əsasən pensiya təyinatı zamanı qanunvericiliyin tələblərinin pozulması aşkarlandıqda həyata keçirilir. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulduğu halda bu ödənişlərin dayandırılması mümkündür: “Ölkədə əmək pensiyalarının üç əsas növü mövcuddur: yaşa görə, əlilliyə görə və valideynlərini itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası alan şəxslərin ödənişləri ləğv edilmir, yalnız qanun pozuntusu aşkarlandığı hallarda artıq ödənilmiş məbləğlər geri qaytarılır. Əlilliyə və valideynlərini itirməyə…

Read More
Cəmiyyət 

Bərdədə Səhiyyə Sahəsinə Qərəzli Hücumlar – Fədakar Əmək Kimlərə Sərf Etmir?

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov uzun illərdir dövlətimizə, xalqımıza və cənab Prezident İlham Əliyevin siyasi kursuna sədaqət və vicdanla xidmət edən, peşəkarlığı və idarəçilik qabiliyyəti ilə tanınan bir rəhbərdir. Onun rəhbərliyi dövründə xəstəxanada şəffaf idarəetmə, tibbi xidmətlərin keyfiyyətinin artırılması, yeni avadanlıqların gətirilməsi və xəstələr üçün müasir şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. Vüsal Məmmədovun fəaliyyəti sayəsində Bərdədə səhiyyə xidmətlərinə əlçatanlıq artıb, tibb personalının peşəkarlığı yüksəlib, vətəndaş məmnuniyyəti əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Lakin son aylarda onun fədakar əməyinə kölgə salmaq istəyən bəzi qüvvələrin ortaya çıxdığı görünür. Bu cür…

Read More
Cəmiyyət 

Azərbaycanda bu taksi şirkəti ləğv edilir

“TESLATAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir. Bu barədə şirkət özü elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər. Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Allahverdiyev Asim Akif oğludur./Trend

Read More
Cəmiyyət 

Məşhur ticarət mərkəzində tualet rəzaləti – bir xanımın çəkdiyi VİDEOETİRAZ

“Xəqani Mall”da tualetə girmək istədim. Üstümdə nağd pul yoxdur, ancaq kartdır. 3-cü mərtəbəyə qalxdım. Bir də gördüm ki, arxadan bir xanım qaça-qaça gəlir, “dayanın, tualet pulnandır” deyir. Dedim ki, nə qədərdir? Dedi ki, 1 manatdır. 1 manata tualet olar? Bilmədim özü üçün, öz cibi üçün deyirdi… 1 manata tualet olar? Tualetdir də, nədir ki, 1 manat istənilir? Plyus da ki, heç çek də vermirsən, kartla da ödəniş də etmək olmur. Heç nə, əsəbi halda moldan çıxdım. Tualet üçün 1 manat tələb eləmək gülməlidir. Tualetə görə 1 manat tələb edərlər?  –…

Read More
Cəmiyyət 

Azərbaycanda polis rəislərinə birbaşa müraciət etmək olacaq – VİDEO

Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.  DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir. Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır. Qəbula isə çox rahat…

Read More
Cəmiyyət 

Metroda doğulan körpə və anası evə buraxıldı- Foto

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan körpə və anası bu gün xəstəxanadan evə buraxılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır: “Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib”. Xatırladaq ki, avqustun 8-i saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Təcili tibbi yardım briqadası tərəfindən ana və…

Read More
Cəmiyyət 

Azərbaycanda görün adamlar ən çox nə yeyir: STATİSTİKA

Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, ölkədə adam başına düşən illik orta istehlak miqdarında süd və süd məhsulları liderlik edir – 244,9 kiloqram. Onun ardınca yumurta (163 ədəd), çörək məhsulları (131,5 kq), tərəvəz (113,4 kq), kartof (77,8 kq) və ət məhsulları (36,1 kq) gəlir. Ən az istehlak edilən qida isə balıqdır – cəmi 7,8 kq. Niyə ət və balıq qida rasionunda azlıq təşkil edir? Bu, ət məhsullarının qiymətinin yüksək olması ilə bağlıdır, yoxsa başqa səbəblər də var? İnsanların sağlam yaşaması və xəstəliklərin qarşısının alınması üçün düzgün və balanslı qidalanma…

Read More