Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? – AÇIQLAMA
Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Amma sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq. Belə ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Həmçinin, sənədi olmayan, dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq. Bəs görəsən, bu evlərlə bağlı hansı addımlar atıla bilər? Əmlak məsələləri üzrə ekspert…
Read More