Abşeron çimərliklərində hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. “İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.

Daha çox ..

Bu universitetin məzunlarına sevindirici xəbər – Qaydalar dəyişdi

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarından məzun olacaq tələbələrin təcrübələrinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Cari tədris ilində təcrübənin yekun nəticəsi tədris və istehsalat təcrübələri üzrə toplanan balların ədədi ortalaması əsasında müəyyən ediləcək. Yeni qaydaya əsasən, tələbələrin hazırladıqları hesabatlar təcrübə rəhbərinə təqdim olunacaq, əlavə müdafiə prosesi…

Daha çox ..

DYP piyadalara müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyə və təhlükəsizlik qaydalarına laqeyd yanaşmamağa çağırır. Unutmayaq ki, bir anlıq diqqətsizlik ağır nəticələrə səbəb ola bilər”.

Daha çox ..

Sentyabrın 1-dən yeni qaydalar – Bu qədər ödəniş etməlisiniz

Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq. Bu barədə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki…

Daha çox ..

Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 milyon 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Musavat.com xəbər verir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529…

Daha çox ..

ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir – VİDEO

ADY 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir. Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır. Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.

Daha çox ..

“Azərbaycanda hər gün təxminən 41 nəfərə onkoloji diaqnoz qoyulur”

“Onkoloji xəstəliklərin artmasının əsas səbəblərindən biri qidalanma faktorudur. Xəstəliyin yaranmasında təxminən 50-60 faiz pay məhz qidalanmanın payına düşür”. Bunu “Yeni Sabah”a tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Müseyibov bildirib. Onun sözlərinə görə, xüsusilə dönər, kolbasa, sosiska və digər ultra emal olunmuş ət məhsullarının həddindən artıq istehlakı onkoloji xəstəliklərin yayılmasına və cavanlaşmasına səbəb olan əsas amillərdən…

Daha çox ..

Müəllimlərin sertifikasiya imtahanı başladı

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat,…

Daha çox ..

“Onunla son saatlarımı keçirirəm” – Qızının faciəvi ölümündən yazdı

Tanınmış vəkil Fərhad Mehdiyev qızının avtomobil qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı paylaşım edib. Publika.az xəbər verir ki, o, paylaşımında övlad itkisinin gətirdiyi kədəri ifadə edib. “Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı – Sumqayıt sürət yolunda,…

Daha çox ..