Cəmiyyət 

Abşeron çimərliklərində hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.

Daha çox xəbərlər